Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Atlantlı ev — Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi, 16 ünvanında mövcud olmuş, memar İosif Ploşkonun layihəsi əsasında 1900-cü ildə inşa edilmiş yaşayış evi.

Atlantlı ev

  • Ana Səhifə
  • Vikipediya
  • Atlantlı ev

Atlantlı ev — Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi, 16 ünvanında mövcud olmuş, memar İosif Ploşkonun layihəsi əsasında 1900-cü ildə inşa edilmiş yaşayış evi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən, Azərbaycanın yerli əhəmiyyətli tarixi və mədəni memarlıq abidəsi elan edilib.

Atlantlı ev
Atlantlı ev 2008-ci ildə.
Ölkə  Azərbaycan
Şəhər Bakı Bakı
Yerləşir Yusif Məmmədəliyev küçəsi, 16
Memar İosif Ploşko
Tikilmə tarixi 1900
Üslubu Barokko
Vəziyyəti Sökülüb
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.3349
KateqoriyaYaşayış evi
ƏhəmiyyətiYerli əhəmiyyətli
40°22′13″ şm. e. 49°50′22″ ş. u.HGYO
Xəritə
Atlantlı ev (Bakı)
Nöqtə
Atlantlı ev

Tarixi

Bina, 1900-cü ildə Polis küçəsində (Yusif Məmmədəliyev küçəsinin keçmiş adı) polşalı memar İosif Ploşkonun layihəsi əsasında barokko üslubunda inşa edilib. Binanın eyvanlarından birini iki atlant heykəli saxladığdan, bina daha çox
"Atlantlı ev" kimi tanınıb. Bu yaşayış evi şəhərin tarixi mərkəzinin tikintisinin fəal elementlərindən biri kimi çıxış edib. Fasadın memarlıq kompozisiyasının üfüqi formada mərkəzi tinləmə və yanlarda güclü atlantlar (dayaqlar) üzərində duran erker ilə təqdim edilmiş üç oxlu sistemi maraqlı fəza mühiti yaratmışdır. Mənzərəli kompozisiya, memarlıq kütlələrinin proporsional bölünməsi, order sistemi elementlərinin bacarıqla paylaşdırılması, incəsənət sahələrinin sintezi və interyerlərinin zənginliyi binanın memarlıq abidəsi kimi Bakıdakı tarixi əhəmiyyətli yaşayış evlərinin ən yaxşı nümunələrindən birinə çevirmişdi.

Sökülməsi

2004-cü ildə binanın söküləcəyi barəsində məlumatlar yayılıb. 2008-ci ildə binanın sakinləri köçürülüb. Köçürülməyə səbəb kimi isə binanın bərpası göstərilib. 2010-cu ildə, 14 saylı qonşu evin sakinlərinin sözlərinə görə, 18 saylı binanın sökülməsindən sonra, onlara deyilib ki, qrunt suları 16 saylı evində bünövrəsini yumağa başlayıb. 2010-cu ilin əvvəllərində Qış bulvarının tikintisi zamanı sökülüb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Atlantlı ev haqqında məlumat. Atlantlı ev nədir? Atlantlı ev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Liviya səhrası

  • Fevral 27, 2026

    Formula 1

  • Fevral 27, 2026

    Coelophysoidea

  • Fevral 27, 2026

    Medinilla

  • Mart 01, 2026

    Nyu Orlean

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst