"#" simvolu (diyez işarəsi, octothorpe) — kompüter klaviaturasında olan bu simvoldan müxtəlif məqsədlər üçün istifadə olunur:
- UNIX mühitində: Komanda sətrinin çağırışında (PROMPT) supervizor (ROOT (2)) səlahiyyətinin olmasını göstərir.
- UNIX proqramlarının bir çoxunun konfiqurasiya fayllarında, Windows sisteminin konfiqurasiya fayllarının bir hissəsində, bir sıra proqramlaşdırma dillərində (Perl, Python), Unix əməliyyat sisteminin komanda örtüklərində bir sətirli şərh işarəsi kimi istifadə olunur.
- HTML fayllarında: İstinadlarda faylın daxilindəki hər hansı bir bölümün, hissənin və s. bəlgəsinin adından əvvəl qoyulur.
- Simmetrik olduğundan birenli şriftlərdə (MONOSPACED FONT) psevdoqrafik görüntülərin yaradılması üçün istifadə olunur.
- C, C++ dillərində kompilyatorun preprosessorunun direktivini göstərir.
- Pascal dilində simvolların ASCII kodlarını göstərmək üçün istifadə olunur.
- printf funksiyalar ailəsində qiymətlərin alternativ formada çıxışa verilməsini göstərmək üçün idarəedici ardıcıllığın daxilində istifadə olunur.
- Basic dilində dəyişənin adından sonra qoyulmuşsa, verilənlər tipinin "ikiqat dəqiqlikli sürüşkən nöqtəli" olmasını göstərir.
- Visual Basic proqramlaşdırma dilində "tarix" verilənlər tipini göstərmək üçün (məsələn, #2/27/06#).

Musiqidə Diyez İşarəsi
Musiqidə diyez işarəsi (#) səsi yarım ton yüksəltməyi bildirən alterasiya işarəsi (#). Məsələn, Do notu diyez alarsa, Do# (Do diyez) adlanır və səs bir qədər yüksək səslənir. Bu işarə notun qarşısında və ya açarda göstərilir , notun adından sonra deyilir, musiqi yazılarında və akkordlarda geniş istifadə olunur.
- Misal:
- Do → Do# - do-diyez
- Fa → Fa# - fa-diyez və s.
Diyez işarəsi bəzi tonal sistemlərdə modulyasiya və melodik ifadəliliyi artırmaq üçün istifadə edilir.
Ədəbiyyat
- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Diyez işarəsi haqqında məlumat. Diyez işarəsi nədir? Diyez işarəsi nə deməkdir?