Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

«Buzovnaneft»in binası — Azərbaycanın paytaxtı Bakı şəhərində, Səməd Vurğun və Nizami küçələrinin kəsişdiyi nöqtədə yerləşən bina. Bina Nəsimi meydanının qarşıs

Buzovnaneftin binası

  • Ana Səhifə
  • Vikipediya
  • Buzovnaneftin binası

«Buzovnaneft»in binası — Azərbaycanın paytaxtı Bakı şəhərində, Səməd Vurğun və Nizami küçələrinin kəsişdiyi nöqtədə yerləşən bina. Bina Nəsimi meydanının qarşısında yerləşir. Tikinti prosesi 1945-ci ildə başa çatmış binanın memarları Sadıq Dadaşov və Mikayıl Hüseynovdur.

Buzovnaneftin binası
Xəritə
Ümumi məlumatlar
Ölkə
  •  Azərbaycan
Koordinatlar 40°22′25″ şm. e. 49°50′31″ ş. u.HGYO
Dizayn və konstruksiya
Memar Sadıq Dadaşov, Mikayıl Hüseynov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarix

«Buzovnaneft»in binasının tikinti prosesi 1945-ci ildə, Sadıq Dadaşovun ölümündən qısa bir müddət əvvəl başa çatmışdır. Bina yalnız iki il ərzində inşa edilmişdir. Bir qədər sonra binanın qarşısında bir meydan təsis edilmişdir. Bu meydanın mərkəzində fəvvarələr yerləşirdi. 1980-ci ildə bu fəvvarələr sökülmüş, yerlərində isə İmadəddin Nəsiminin heykəli tikilmişdir. Parkın hər iki tərəfində bənzər memarlıq dizaynına malik evlərin yerləşdirilməsi nəzərdə tutulmuşdu.

4 noyabr 1955-ci ildə Sov.İKP Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti "dizayn və tikinti həddlərinin aradan qaldırılması haqqında" qərar qəbul etmişdir. Sərəncamda Mikayıl Hüseynovun Bakı şəhərində memarlıq etdiyi binaların "həddindən çox lazımsız strukturlar"a malik olduğu yazılmışdır. Tənqid edilən binalardan biri də «Buzovnaneft»in binası idi. Onların fikirlərinə görə, binada çoxlu "lüzumsüz, mürəkkəb qövslər və lociyalar" var idi. Mikayıl Hüseynov bu tənqidlərə məhəl qoymadan öz fəaliyyətinə davam etmişdir.

Memarlıq

Bina U-şəkilli və beş mərtəbəli bir evdir. Evin qarşısında Nəsimi meydanı yerləşir. Evin üzərində bir-birlərinə simmetrik olan iki qüllə var. Bu qüllələr taca bənzəyir və belvederdirlər. Memar Rəna Əfəndizadənin sözlərinə görə, mənzilin fasadları plastik maddələrdən hazırlanıb və memar Aleksandr Ryabuşinin qeyd etdiyi kimi, mənzilin fasadında istifadə edilən maddələr çox bahalı və keyfiyyətli idi. Binanın cənuba doğru baxan hissəsində çoxlu pəncərələr və balkonlar var. Ryabuşin dizaynerlərin binadakı pəncərələrin dizaynında Mərakeş memarlığından ilhamlandığını etiraf etmişdir.

Binanın mənzillərində havalandırma sistemi mövcuddur. Binanın cəmi səksən altı mənzili var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Buzovnaneftin binası haqqında məlumat. Buzovnaneftin binası nədir? Buzovnaneftin binası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nodar Şaşıqoğlu

  • Fevral 26, 2026

    Millətçilik

  • Fevral 24, 2026

    Bosfor boğazı

  • Fevral 26, 2026

    Monmartr qəbiristanlığı

  • Fevral 27, 2026

    Tim

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst