Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fransisk (əsl adı: Xorxe Mario Berqolyo; isp. Jorge Mario Bergoglio; 17 dekabr 1936[…] – 21 aprel 2025[…]) — 266-cı Roma Papası, 2013-2025-ci illərdə Vatikanın

Fransisk

  • Ana Səhifə
  • Vikipediya
  • Fransisk

Fransisk (əsl adı: Xorxe Mario Berqolyo; isp. Jorge Mario Bergoglio; 17 dekabr 1936[…] – 21 aprel 2025[…]) — 266-cı Roma Papası, 2013-2025-ci illərdə Vatikanın rəhbəri. Cənubi Amerikadan və Yezuitlər ordenindən olan ilk papa.

Fransisk
lat. Franciscus
266-cı Roma papası
13 mart 2013 – 21 aprel 2025
ƏvvəlkiXVI Benedikt
SonrakıXIV Lev
Şəxsi məlumatlar
Doğum adı Jorge Mario Bergoglio
Doğum tarixi 17 dekabr 1936(1936-12-17)[…]
Vəfat tarixi 21 aprel 2025(2025-04-21)[…] (88 yaşında)
Vəfat səbəbi insult
Fəaliyyəti kimyaçı, yazıçı, vaiz[d], siyasətçi, avtobioqraf[d], universitet müəllimi[d], filosof
Dini katolisizm

Təltifləri Equestrian Order of the Holy Sepulchre qızıl "Olimpiya" ordeni — 2013 Prezidentin "Azadlıq" medalı — 2025 İsa Məsihin Ali Ordeni "Qızıl mahmız" ordeni "IX Piy" ordeni Order of St. Gregory the Great Order of St. Sylvester Grand Collar of the Order of the Andes' Condor — 2015 "Təbəssüm" ordeni
Charlemagne Prize — 2016
İmzanın şəkli
vatican.va/content/franc…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Papa Fransiskin Azərbaycana olan apostol səfərindən
Papa Fransiskin Azərbaycana olan apostol səfərindən

Həyatı

Xorxe Mario Berqolyo 1936-cı il dekabrın 17-də Buenos-Ayresdə dəmiryolçu işləyən italiyalı emiqrant ailəsində dünyaya gəlib. Ailənin 5 uşağının ən kiçiyi olub. Kimya üzrə texnik diplomu alıb. Buenos-Ayresdə Villa Devoto seminariyasında təhsil alıb. Yezuitlər ordeninə 11 mart 1958-ci ildə daxil olub. Çilidə noviziat mərhələsi (Monax ordeninə daxil olmaq üçün sınaq müddəti) keçib. Sonra da Buenos-Ayresdə müqəddəs İosif kollecində təhsilini davam etdirib. Buenos-Ayresin üç kollecində ədəbiyyat, fəlsəfə və dinşünaslıq dərsləri keçib. İtalyan dilində sərbəst danışır.

1969-cu ildə Berqolyo Argentina paytaxtındakı San-Migel kollecinin dinşünaslıq fakültəsinin professoru təyin olunub. 1970-ci illərdə Argentinanın yezuitlər ordenində müxtəlif vəzifələr tutub. 1973–1979-cu illərdə Argentinanın provensialı olub. 1986-cı ildə Almaniyada doktorluq dissertasiyasını müdafiə edib, vətəninə ruhani və Kordova arxiyepiskopluğunun mənəvi direktoru olaraq dönüb.

1992-ci ildə Buenos-Ayresin köməkçi yepiskopu təyin edilib. 1997-ci ildə Buenos-Ayres arxiyepiskopunun koadyuttoru (yepiskopluğun varislik hüququna sahib olan yepiskopu) təyin olunub. 1998-ci ildə kardinal Kvarrasino öldükdən sonra onun vəzifələrini icra etməyə başlayıb. Papa II İohan Pavel 2001-ci ildə ona kardinal rütbəsi verib.

Xorxe Mario Berqalio 14 mart 2013-cü ildə Roma papası seçilib. Roma papası seçildikdən sonra Fransisk adını qəbul etmişdir.

21 aprel 2025-ci ildə vəfat edib. 26 apreldə Böyük Məryəm Ana kilsəsində dəfn olunub. Papa bu kilsədə dəfn olunan səkkizinci pontifik və 17-ci əsrdən sonra dəfn edilən ilk papa oldu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fransisk haqqında məlumat. Fransisk nədir? Fransisk nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Ağstafa

  • Fevral 24, 2026

    Filantrop

  • Fevral 23, 2026

    7 may

  • Fevral 23, 2026

    Kiçik Asiya

  • Fevral 25, 2026

    Qırmızı qurdeşənəyi

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst