Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İstilik mübadiləsi — İqlimin vacib cəhətlərindən olan atmosferin istilik rejimi atmosfer havası və ətraf mühit arasındakı istilik mübadiləsi ilə müəyyən olunur.

İstilik mübadiləsi

  • Ana Səhifə
  • Vikipediya
  • İstilik mübadiləsi

İstilik mübadiləsi — İqlimin vacib cəhətlərindən olan atmosferin istilik rejimi atmosfer havası və ətraf mühit arasındakı istilik mübadiləsi ilə müəyyən olunur. Bu zaman ətraf mühit kimi kosmik fəza və qonşu hava kütləsi və yer səthi başa düşülür. İstilik mübadiləsi radiasiya yolu ilə, başqa sözlə havadan şüalanma və Günəş radiasiyasının hava ilə udulması yolu ilə reallaşır. Digər tərəfdən bu hava və yer səthi arasında istilikkeçirmə və atmosfer daxilində turbulentlik vasitəsilə baş verir. Yer səthi və atmosfer arasında istilik mübadiləsi həm də buxarlanma və növbəti kondensasiya zamanı baş verə bilər.

Mündəricat

Turbulent istilikkeçirmə

Troposferdə günəş radiasiyasının birbaşa udulması çox azdır, belə ki, o havanın temperaturunu gün ərzində 0,50C qaldıra bilər. Havadan uzundalğalı şüalanma vasitəsilə istiliyin itməsi bir qədər daha çoxdur. Atmosferin istilik rejimi üçün istilikkeçirmə vasitəsilə yer səthi ilə istilik mübadiləsi həlledici əhəmiyyət daşıyır. Yer səthi ilə birbaşa təmasda olan hava kütləsi onunla molekulyar istilikkeçirmə yolu ilə istilik mübadiləsi edir. Atmosferdə daha effektiv istilik mübadiləsi turbulent istilikkeçirmə yolu ilə gedir. Turbulentlik nəticəsində atmosferdə havanın tez qarışması baş verir ki, bu da atmosferin qatları arasında istilik mübadiləsi yaradır. Turbulentlik prosesi həm də yer səthindən havaya və ya tərsinə istilik mübadiləsi yaradır. Məsələn, turbulentlik prosesi nəticəsində yer səthində hava soyuyursa onun yerinə fasiləsiz olaraq yuxarı qatlardan isti hava daxil olur. Bu proses hava qatı ilə yer səthi arasında istilik mübadiləsini tənzimləyir. Yer üzərində havanın soyuması elə də çox olmur, lakin bu atmosferin daha güclü qatlarına yayılır. Atmosferin daha yuxarı qatları üçün yer səthi ilə istilik mübadiləsi az əhəmiyyət daşıyır. Bundan başqa istilik mübadiləsi havanın adveksiyası yolu ilə də baş verə bilər.

Həmçinin bax

  • İqlim
  • Günəş radiasiyası
  • Rixman — Nyuton qanunu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İstilik mübadiləsi haqqında məlumat. İstilik mübadiləsi nədir? İstilik mübadiləsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qureyş surəsi

  • Fevral 27, 2026

    Rüstəm Minnixanov

  • Fevral 27, 2026

    Yarasa (heyvan)

  • Fevral 27, 2026

    Babingtonia

  • Fevral 28, 2026

    Levaşi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst