Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hacıbəy Sultanov (Sultanov Hacıbəy Fərəculla oğlu; 20 sentyabr 1921, Bakı, Şağan – 2008, Bakı) — elmlər doktoru (1967), AEA-nın həqiqi üzvü (1972), Əməkdar elm

Hacıbəy Sultanov

  • Ana Səhifə
  • Vikipediya
  • Hacıbəy Sultanov

Hacıbəy Sultanov (Sultanov Hacıbəy Fərəculla oğlu; 20 sentyabr 1921, Bakı, Şağan – 2008, Bakı) — elmlər doktoru (1967), AEA-nın həqiqi üzvü (1972), Əməkdar elm və texnika xadimi, Şamaxı Astrofizika Rəsədxanasının fəxri direktoru.

Hacıbəy Sultanov
Sultanov Hacıbəy Fərəculla oğlu
Doğum tarixi 20 sentyabr 1921
Doğum yeri Bakı, Şağan
Vəfat tarixi 5 mart 2008 (86 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ, Azərbaycan
Elm sahəsi astronomiya
İş yeri
  • Şamaxı Astrofizika Rəsədxanası
Alma-mater BDU-nun Fizika-riyaziyyat fakültəsi
Təhsili
  • Bakı Dövlət Universiteti
Mükafatları 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "İgidliyə görə" medalı "Şöhrət" ordeni
SSRİ Dövlət mükafatı

Mündəricat

Həyatı

Hacıbəy Sultanov 1921-ci il sentyabrın 20-də Bakının Şağan kəndində anadan olmuşdur. 1942-ci ildə BDU-nun Fizika-riyaziyyat fakültəsini Astronomiya, göy mexanikası ixtisası üzrə bitirmişdir. 1951-ci ildə fəlsəfə doktorluğu, 1967-ci ildə elmlər doktorluğu dissertasiyasını müdafiə etmiş, 1972-ci ildə AEA-nın həqiqi üzvü seçilmişdir.

Akademik Hacıbəy Sultanov 2008-ci ildə Bakıda vəfat etmişdir.

Əmək fəaliyyəti

1953-cü ildən Azərbaycan SSR EA Fizika-Riyaziyyat İnstitutunda astronomiya ekspedisiyasının rəisi (1953–1954), astrofizika şöbəsinin müdiri (1954–1956), Azərbaycan SSR EA Astrofizika sektorunun rəhbəri (1956–1959), Şamaxı Astrofizika Rəsədxanasının direktoru (1959–1981), Azərbaycan SSR EA vitse-prezidenti (1976–1981) vəzifələrində çalışmışdır. Beynəlxalq Astronomiya İttifaqının (BAİ), Avropa Astronomiya Cəmiyyətinin üzvü olmuşdur.

Elmi fəaliyyəti

H. Sultanovun elmi fəaliyyəti astrofizika sahəsində müşahidələrin təşkili və təhlili ilə əlaqədardır. Mars və Yupiter planetlərinin orbitləri arasında yerləşən asteroidlərin mənşəyi ilə bağlı riyazi nəzəriyyənin müəlliflərindəndir. Aste- roidlər həlqəsinin Mars və Yupiterin arasında hərəkət edən bir neçə nisbətən böyük ilkin cisimlərin ardıcıl parçalanması nəticəsində əmələ gəldiyini əsaslandırmışdır.

Şamaxı Astrofizika Rəsədxanasının təşkili, yaşayış və inzibati binaların, qurğuların tikintisinin başlanması, teleskop və başqa astronomik cihazların sifarişi, istifadəyə verilməsinə, eləcə də kadrların hazırlanmasına mühüm töhfə vermişdir. Teleskopların (xüsusən 2-metrlik reflektorun) alınıb quraşdırılması, elmi və yaşayış binalarının tikilib istifadəyə verilməsi, hazırlanmış elmi-texniki kadrların artıq rəsədxanada müstəqil fəaliyyətə başlamaları məhz onun rəhbərliyi altında yerinə yetirilmişdir.

Mükafat və təltifləri

Hacıbəy Sultanov respublikanın Əməkdar elm və texnika xadimi fəxri adına layiq görülmüşdür.

Həmçinin bax

  • Nadir İbrahimov

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hacıbəy Sultanov haqqında məlumat. Hacıbəy Sultanov nədir? Hacıbəy Sultanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Rocer Mur

  • Fevral 25, 2026

    Qotlar

  • Fevral 27, 2026

    Maysur əmirliyi

  • Fevral 25, 2026

    Animasiya

  • Mart 01, 2026

    III Tutmos

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst