Dəliqardaş, Saruxan (erm. Սարուխան) — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd.
| Kənd | |
| Dəliqardaş | |
|---|---|
| |
| 40°17′21″ şm. e. 45°08′03″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Göyçə mahalı |
| Rayon | Kəvər rayonu |
| Tarixi və coğrafiyası | |
| Əsası qoyulub | 1828 |
| Sahəsi |
|
| Mərkəzin hündürlüyü | 1.990 m |
| Saat qurşağı | UTC+4 |
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
![]() Dəliqardaş | |
Tarixi
Rayon mərkəzindən 7 km cənubda, Kəvər çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Toponim qədim türk tayfalarından biri olan tele (>dəli) etnoniminə qardaş sözünün artırılması yolu ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Kəndin adı 1920-ci ildə dəyişdirilib Saruxan qoyulmuşdur.
Əhalisi
1828 -1830 - cu illərdə Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.
1897-ci ildə kənddə ermənilərlə yanaşı 15 nəfər azərbaycanlı da yaşamışdır.
XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə kənddə yaşayan azərbaycanlılar tamamilə qovulmuşdur. İndi burada yalnız ermənilər yaşayır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dəliqardaş haqqında məlumat. Dəliqardaş nədir? Dəliqardaş nə deməkdir?

