Paprəvənd məscidi — XVIII əsrə aid tarix-memarlıq abidəsi, məscid. Azərbaycanın Ağdam rayonunun Paprəvənd kəndində yerləşir.
| Paprəvənd məscidi | |
|---|---|
| |
| Ölkə | |
| Rayon | Ağdam rayonu |
| Yerləşir | Papravənd kəndi |
| Sifarişçi | Pənahəli xan |
| Tikilmə tarixi | XVIII |
| Üslubu | Arran memarlıq məktəbi |
| Vəziyyəti | dağıdılıb |
| Rəsmi sayt | heritage.gov.az/az/monum… |
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı | |
| Rəsmi adı: İNV № 4045 | |
| Kateqoriya | Məscid |
| Əhəmiyyəti | Yerli əhəmiyyətli |
| 40°09′25″ şm. e. 46°50′29″ ş. u.HGYO | |
![]() | |
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında
Tarixi
Paprəvənd məscidi XVIII əsrdə Papravənd kəndində tikilib.
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Paprəvənd məscidi də bu dövrdə ibadətə bağlanıb.
Birinci Qarabağ müharibəsi dövründə 1993-cü ildə Ağdam rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. İşğaldan sonra bölgədəki tarix memarlıq abidələri o cümlədən yaşayış məskənləri dağıdılıb. Təkcə Ağdam rayonunda yerləşən 135 tarixi abidədən 75-i dağıdılıb. Paprəvənd kəndi və Paprəvənd məscidi də bu dövrdə tamamilə dağıdılıb.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə məscid, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayıb. 2020-ci il noyabrın 10-da imzalanmış İkinci Qarabağ müharibəsini yekunlaşdıran Qarabağ atəşkəs bəyanatına əsasən Ağdam rayonu eləcə də Paprəvənd kəndi noyabrın 20-də Azərbaycanın nəzarətinə qaytarılıb.
Memarlığı
Tamamilə yerli əhəng daşı tikilmiş məscid üç tağlı eyvandan və bir ibadət zalından ibarətdir. Minarəsi olmayıb. Eyvanın tağları mütənasib qamətli bir cüt daş sütunlara söykənir. Tavanı isə tağbənd şəklində tamamlanır. İbadət zalı kvadrat şəklindədir. Tavanı daxildən günbəz şəklində tamamlanıb. Bayır tərəfdən isə günbəz iki yamaclı formaya salınıb. Məscidin bütün tərəflərdən divarının qalınlığı 1,15 metrdir. Ümumi ölçüləri isə 9,2m x 12,54 metrdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Paprəvənd məscidi haqqında məlumat. Paprəvənd məscidi nədir? Paprəvənd məscidi nə deməkdir?

