Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Netta Barzilay (ivr. ‏נטע ברזילי‏‎; d. 22 yanvar 1993, Hod-ha-Şaron, İsrail) — İsrail müğənnisi. O, "Toy" mahnısı ilə İsraili 2018 Avroviziya Mahnı Müsabiqəsind

Netta Barzilay

  • Ana Səhifə
  • Vikipediya
  • Netta Barzilay

Netta Barzilay (ivr. ‏נטע ברזילי‏‎; d. 22 yanvar 1993, Hod-ha-Şaron, İsrail) — İsrail müğənnisi. O, "Toy" mahnısı ilə İsraili 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə müsabiqədəki dördüncü qələbəsini yaşatmışdır.

Netta Barzilay
ivr. ‏נטע ברזילי‏‎
Ümumi məlumatlar
Doğum adı נטע ברזילי
Ləqəbi נטע
Doğum tarixi 22 yanvar 1993(1993-01-22) (33 yaş)
Doğum yeri Hod-ha-Şaron, İsrail
Vətəndaşlığı  İsrail
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2017–h.h.
Janr
  • Pop
Musiqi alətləri vokal, gitara, sintezator
nettamusic.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Netta Barzilay 22 yanvar 1993-cü ildə İsrailin Hod-ha-Şaron şəhərində anadan olmuşdur. Atasının mühəndis kimi fəaliyyət göstərdiyi Solel Boneh kompaniyasındakı yeni layihəsinə görə Netta uşaq yaşlarında ikən ailəsi ilə birlikdə Nigeriyaya köçmüş və orada dörd il yaşadıqdan sonra İsrailə geri dönmüşdür. İsrail Silahlı Qüvvələrində məcburi xidmətdən öncə Barzilay könüllü olaraq Nahalda xidmət göstərmiş və daha sonra İsrail Dəniz Qüvvələrində hərbi xidmətini başa vurmuşdur.

Karyera

2017–hal-hazırda: Avroviziya Mahnı Müsabiqəsi

2017-ci ildə Netta Barzilay İsrailin IPBC telekanalının Avroviziya üçün təşkil etdiyi HaKokhav HaBa 2018 adlı milli seçim turunda iştirak etmişdir. Uzun sürən seçim turlarında Brazilay Rihanna, Kristina Agilera, Keşa və digər dünya ulduzlarının mahnıları ilə çıxış etmişdir. Nəticədə yarışmada qalib gələrək, Netta Barzilay İsraili Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ qazanmışdır. Onun Avroviziya səhnəsində ifa edəcəyi mahnı "Toy" 11 martda təqdim olunmuşdur.

Müsabiqə üçün uzun sürən hazırlıqlardan sonra Netta 8 may tarixində baş tutan müsabiqənin birinci yarımfinal mərhələsində 7-ci nömrə altında səhnə almışdır. Nəticədə ifaçı 283 xalla yarımfinalda birincilik əldə etmiş və Avroviziya 2018-in finalına yüksəlməyə nail olmuşdur. Finalda mahnısını bir daha ifa edən Netta ümumi nəticədə 529 xal toplayaraq, İsrailə Avroviziya tarixində dördüncü qələbə sevincini yaşatmışdır.

2019-cu ildə ifaçı Fransa və Böyük Britaniyanın Avroviziya milli seçim turlarında çıxış etmişdir. Fevral ayının 2-də Nettanın "Bassa Sababa" adlı ikinci sinqlı təqdim olunmuşdur.

Diskoqrafiya

Sinqllar

Mahnı adı İl
"Toy" 2018
"Bassa Sababa" 2019

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Netta Barzilay haqqında məlumat. Netta Barzilay nədir? Netta Barzilay nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Baharlı sülaləsi

  • Fevral 26, 2026

    Əlcəzair Prezidenti

  • Fevral 27, 2026

    İnfitar surəsi

  • Mart 01, 2026

    Araşdırma

  • Mart 01, 2026

    Dikili

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst