Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Karl Renner — Avstriya Sosyal-Demokrat Partiyasının qurucusu və Avstriyanın ikinci cumhuriyyətinin ilk prezidentidir. Əvvəllər parlament kitabxanasında calışırd

Karl Renner

  • Ana Səhifə
  • Vikipediya
  • Karl Renner

Karl Renner — Avstriya Sosyal-Demokrat Partiyasının qurucusu və Avstriyanın ikinci cumhuriyyətinin ilk prezidentidir. Əvvəllər parlament kitabxanasında calışırdı. Sosyaldemokratlara qatıldıqdan sonra dostları ilə birlikdə Avstriya Marksizminin önəmli təmsilçisi halına gəldi. Avstriya-Macarıstan impersiyasının federal şəkildə yenidən qurulmasını müdafiə etmişdi.

Karl Renner
Karl Renner
Karl Renner
Karl Renner
Avstriyanın ilk Prezidenti
30 Dekabr 1945 – 31 Dekabr 1950
ƏvvəlkiVilhelm Miklas
SonrakıTeodor Körner
Şəxsi məlumatlar
Doğum adı Carl Renner
Doğum tarixi 14 mart 1868
Doğum yeri Avstriya-Macarıstan imperiyası
Vəfat tarixi 31 dekabr 1950 (82 yaşında)
Vəfat yeri Vyana, Avstriya
Dəfn yeri
  • Vyana mərkəzi qəbiristanlığı[d]
Partiya
  • Avstriya Sosialist Partiyası
Təhsili
  • Vyana Universiteti
Fəaliyyəti siyasətçi, kitabxanaçı, diplomat, vəkil, hüquqşünas
Həyat yoldaşı Luiz Renner
Dini Roma-Katolik kilsəsi
Elmi fəaliyyəti
Elm sahəsi siyasət, hüquq, milli iqtisadiyyat, beynəlxalq münasibətlər, Hüquq sosiologiyası
Elmi dərəcəsi
  • doktorluq dərəcəsi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tərcümeyi-hal

Karl Renner kəndli ailəsində on səkkizinci uşaq olmuşdur. Vyanada hüquq təhsili alıb və hüquq elmləri doktoru elmi dərəcəsinə yiyələnmişdir. 1896–1932-ci illərdə Parlamentin kitabxanaçısı vəzifəsində işləmiş və kitabxananın fondlarından öz tədqiqatlarına istifadə etmişdir.

1894-cü ildə Sosial Demokrat Partiyasının üzvü olmuşdur. 1907-ci ildən — Parlamentin üzvü, 1934-cü ilə qədər aşağı palatada işləmişdir.

İlk Avstriya Respublikasının yaradılmasında iştirak etmişdir. 1918–1920-ci illərdə kansler və Dövlət Şurasının sədri oluşdur. 1930-cu ildən o, 1934-cü ildə Dollfus hökuməti tərəfindən ləğv edilən parlamentin sədri seçilir. Avstriya azad edildikdən sonra o, ilk ümumi koalisiya müvəqqəti hökumətinin kansleri olmuşdur. Bütün siyasi partiyaların razılığı ilə prezident seçilmişdir, lakin altı illik səlahiyyət müddəti bitmədən vəfat etmişdir.

O, Avstriya Sosial Demokratiyasının və II İnternasionalın lideri, həmçinin Avstriya-marksizmin görkəmli nəzəriyyəçisi idi. Milli məsələ probleminə dair bir neçə əsərin müəllifidir. Azlıqların siyasi və mədəni bərabərliyinə əsaslanan demokratik federasiya şəklində çoxmillətli dövlət ideyası aşılayırdı. 1938-ci ildə referendumda faşist Almaniyası ilə birlikdə anşlüz-a səs verməyə çağırırdı, eləcə də nasistləri təşviqat prosesinə fəal qoşulmağa dəvət edirdi.

1920–1929-cu illərdə Avstriya Respublikasının faktiki himni olmuş "Alman Avstriyası, ecazkar diyar" mahnısının mətninin müəllifidir.

Əsərləri

  • Государство и нация, 1899 (Sinoptikus təxəllüsü ilə; ru. tərcümə — 1906)
  • Национальная проблема, 1902 (Rudolf Şpringer təxəllüsü ilə; ru. tərcümə — 1909, ikinci nəşr — 2010. ISBN 978-5-396-00125-1)
  • Теория капиталистического хозяйства : марксизм и проблема социализирования / Tərcümə G. B. Germaidze. — Moskva ; Leninqrad : Гос. изд-во, 1926. — XVIII–XX, 336 с. : ил.

Ədəbiyyat

  • Ватлин, Александр Юрьевич. Австрия в XX веке: учеб. Пособие для вузов. М. 2006.
  • Ватлин А. Ю., Котов Б. С., Сорокин А. К.. СССР и Австрия на пути к Государственному договору. Страницы документальной истории 1945—1955. М.: Политическая энциклопедия. 2015. səh. 455.
  • Воцелка К.. История Австрии. Культура, общество, политика. М. 2007
  • Жиряков И. Г.. Советская оккупация Австрии: некоторые политико-правовые выводы и обобщения. // «Право и жизнь». № № 112 (7). 2007.
  • Котов Б. С.. Переписка Сталина и Реннера //Историк. 2016.
  • Котов Б. С.. Проблема «германской собственности» в переговорном процессе о восстановлении независимой Австрии (1945—1955) // Исторические документы и актуальные проблемы археографии, источниковедения, российской и всеобщей истории нового и новейшего времени. М.: Политическая энциклопедия. 2016. səh. 285—294.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Karl Renner haqqında məlumat. Karl Renner nədir? Karl Renner nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 11, 2026

    Alman dili

  • Fevral 27, 2026

    Xeyirxahlıq

  • Mart 01, 2026

    III Qordian

  • Fevral 27, 2026

    Xanəgah

  • Fevral 27, 2026

    Rəng (muğam)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst