Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rene Dekart (fr. René Descartes; 31 mart 1596[…], Dekart[d], Turen[d], Fransa krallığı – 11 fevral 1650[…], Stokholm) — fransız filosofu və riyaziyyatçısı, fizi

Rene Dekart

  • Ana Səhifə
  • Vikipediya
  • Rene Dekart

Rene Dekart (fr. René Descartes; 31 mart 1596[…], Dekart[d], Turen[d], Fransa krallığı – 11 fevral 1650[…], Stokholm) — fransız filosofu və riyaziyyatçısı, fiziki və fizioloqu.

Rene Dekart
fr. René Descartes
Doğum tarixi 31 mart 1596(1596-03-31)[…]
Doğum yeri
  • Dekart[d], Turen[d], Fransa krallığı
Vəfat tarixi 11 fevral 1650(1650-02-11)[…] (53 yaşında)
Vəfat yeri
  • Stokholm, İsveç
Vəfat səbəbi ağciyər iltihabı
Dəfn yeri
  • Sen-Jermen-de-Pre[d]
Elm sahələri fəlsəfə, metafizika, epistemologiya, riyaziyyat, mexanika, Karteziançılıq, Rasionalizm, fizika, optika, Musiqi nəzəriyyəsi, səs
Təhsili
  • Leyden Universiteti,
  • Utrext Universiteti
Elmi rəhbərləri Yakobus Qolius
Üzvlüyü
  • Fransa Elmlər Akademiyası
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Riyaziyyatçı və filosof

Principia philosophiae, 1685

Bir çoxları tərəfindən "Müasir fəlsəfənin banisi" və ya "Müasir riyaziyyatın atası" kimi qəbul olunur. Özündən sonra Qərb fəlsəfə və elmində yazılanların əksəriyyəti onun əsərlərinə bir reaksiya olaraq yazılmışdır. Müasir həndəsə və cəbrdə istifadə olunan Kartezian koordinat sistemi onun adı ilə bağlıdır. Dekart Qərb elmi inqilabının ən nüfuzlu simalarından biridir.

Dekart XVII əsr rasionalizm fəlsəfi cərəyanın ilk və ən nüfuzlu nümayəndələrindən biridir. Sonralar Benedikt Spinoza və Qotfrid Leybnits kimi alim-filosoflarla güclənən bu cərəyan Tomas Hobbs, Con Lokk, Berkle və Hyumun tərəfdarı olduğu empirik fəlsəfi cərəyana qarşı idi. Qeyd etmək lazımdır ki, həm Spinoza, həm də Leybnits Dekart kimi həm də riyaziyyatçı idilər. Kartezian koordinat sistemini kəşf etməklə Dekart cəbr və həndəsə elmləri arasına körpü rolunu oynayacaq analitik həndəsə elminin əsasını qoymuş olur. Filosofun ən məşhur kəlamı Cogito, ergo sum, yəni "Mən düşünürəmsə, deməli mövcudam" kəlamıdır.

Dekartın fikrincə, insan yalnız zəkanın köməyi ilə zəruri bilik edə bilir. O, idrakda rasional əsasın əhəmiyyətini xüsusi qeyd edirdi.

Dekart həm də cəbr və həndəsəni birləşdirən analitik həndəsənin ixtiraçısıdır. Bununla həndəsi problemlərin riyazi həlli mümkün olmuşdur. Ancaq onun adı ilə bağlı olan düzbucaqlı koordinat sistemi onun işlərinin heç birində rast gəlinmir.

Dekart teoreminin izahı

1640-cı ildə Dekart differensial tənliklərin toxunan problemləri həllini işləyir. Dekart o məsələnin həlli üçün əyriyə toxunan çevrə götürür. Bu çevrə əyrini iki nöqtədə kəsir və yaxud bir nöqtədə toxunur. Bununla ona xüsusi əyrilər üçün toxunan artımını təyin etmək nəsib olur. Bu üsul o dövr riyaziyyatçıları arasında böyük maraq doğursa da, məsələnin tam həllini mümkün etməmişdir.

İki teorem Dekartın adı ilə bağlıdır. İşarələmələrlə verilmiş polinomun yuxarı və aşağı hədlərini həqiqi ədədlərlə təyin etmək mümkündür. 1643-cü ildə dörd çevrə teoremi toxunan çevrələr problemini həll edir. Burada bir-birinə toxunan üç çevrəyə toxunan başqa birisi tapılır ki, hansı ki, daha başqa üçünə toxunur.

Əsərləri

Vikianbarda Rene Dekart ilə əlaqəli mediafayllar var.
Vikisitatda Rene Dekart ilə əlaqədar sitatlar var.
  • Musicae compendium (1618)
  • Regulae ad directionem ingenii (ca. 1628)
  • Discours de la méthode pour bien conduire sa raison et chercher la vérité dans les sciences. 1637 (azərbaycanca: "Dərrakədən istifadə üsulu və həqiqəti tədqiqi haqqında")
    • Əlavələr: Dioptrique ("Sınan işıqlar üsulu")
    • Les Météores
    • La Géométrie (Yeni həndəsənin yaradılması)
  • Meditationes de prima philosophia (1641) ("Həndəsənin yaranması haqqında meditisiyalar" — Rationallaşdırma dövrünün əsas əsərlərindən biri.)
  • Principia philosophiae. 1644 ("Fəlsəfənin prinsipləri")
  • Inquisitio veritatis per lumen naturale (ca. 1647)
  • Les Passions de l'âme (1649) ("Qəlbin hissləri")
  • De homine (posth. 1662) ("Dahi insan")

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rene Dekart haqqında məlumat. Rene Dekart nədir? Rene Dekart nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    BMW

  • Fevral 25, 2026

    Osman

  • Fevral 24, 2026

    Cəbəli-Tariq

  • Fevral 24, 2026

    Dəniz iqlimi

  • Fevral 23, 2026

    Allah

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst