Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mapunqubve krallığı və ya Mapunqubve (1075–1220) — Cənubi Afrikada, Böyük Zimbabvenin cənubundakı Şaşe və Limpopo çaylarının axınında yerləşən orta əsrlər dövlə

Mapunqubve krallığı

  • Ana Səhifə
  • Vikipediya
  • Mapunqubve krallığı

Mapunqubve krallığı və ya Mapunqubve (1075–1220) — Cənubi Afrikada, Böyük Zimbabvenin cənubundakı Şaşe və Limpopo çaylarının axınında yerləşən orta əsrlər dövləti idi. Dövlətin adı venda və ya kalanqa dilindən götürülmüşdür. Bu ad "çaqqallar təpəsi" mənasını verə bilər. Krallıq, 13-cü əsrdə Zimbabve krallığının yaranması ilə sona çatacaq bir inkişafın ilkin mərhələsində idi. Mapunqubve krallığı təxminən 80 il hakimiyyətdə oldu və paytaxt əhalisi ən yüksək dönəmində təxminən 5000 nəfər idi.

Mapunqubve krallığı
UNESCO-nun Ümumdünya irsi obyekti
Mapunqubve çədəni landşaftı
Mapungubwe Cultural Landscape 
Ölkə Cənubi Afrika Respublikası CAR
Tip Mədəni
Kriteriya (ii), (iii), (iv), (v)
Keçid 1099bis
Region Afrika 
Daxil edilməsi 2003  (27 sessiya)
Genişləndirilməsi 2014
  1. İngilis dilindəki rəsmi siyahı
  2. UNESCO-nun təsnifatına görə bölgə

Mündəricat

Mənşəyi

Leopard təpəsi mədəniyyəti olaraq adlandırılan ən böyük yaşayış məskəni "K2" olaraq tanınır və Mapunqubvedəki məskunlaşmanın bir-başa sələfidir. K2 mədəniyyətindən olan insanlar, ehtimal ki, müxtəlif kənd təsərrüfatı imkanları təmin etdiyi üçün əcdadları kimi Şaşe-Limpopo bölgəsini seçmişdirlər. Bu ərazi həmçinin, qiymətli fil sümüyünün idxalını təmin edən əsas fil ölkəsi idi. Qızıl və fil sümüyü ticarətinə nəzarət K2 mədəniyyətinin siyasi gücünü xeyli artırdı. 1075-ci ilə qədər K2 əhalisi ərazidə bir qədər də irəliləyərək Mapunqubve təpəsində məskunlaşdı.

Adın mənşəyi

Krallığın paytaxtı Mapunqubve adlanırdı və krallıq da adını buradan almışdı. Şəhərin ərazisi indi Ümumdünya irsi, Cənubi Afrika Milli irsi, milli park və arxeoloji sahədir. Mapunqubve adının mənşəyi və mənası ilə bağlı mübahisələr var. Yerli mənbələrə görə Mapunqubve "çaqqallar yeri" və ya alternativ olaraq "çaqqalların yemləndiyi yer" deməkdir.

Mədəniyyət və cəmiyyət

Mapunqubve cəmiyyətinin, arxeoloqlar tərəfindən Afrikanın cənubundakı ilk sinifləndirilmiş sosial sistem olduğu düşünülür. Yəni rəhbərlər sakinlərindən daha yüksək dərəcədə idilər. Mapunqubvenin memarlığı və ərazi quruluşu da "Cənubi Afrikada müqəddəs rəhbərliyə dair ən erkən sübutlar" təqdim edir.

Mapungubwe-də həyat ailə və kənd təsərrüfatı üzərində qurulmuşdu. Açılış mərasimləri, məişət fəaliyyəti və digər sosial funksiyalar üçün xüsusi ərazilər yaradılmışdı. Mal-qara, sakinlərin evlərinə yaxın yerləşən və kraal adlanan damda yaşayırdı.

Cəmiyyət haqqında fərziyyələr daha çox tikililərin qalıqlarına əsaslanmağa davam edir. Çünki, Mapunqubvelilər heç bir yazılı dəlil qoymayıblar.

Krallıq, ehtimal ki, üç pilləli iyerarxiya idi: cəmiyyət alçaq ərazilərdə yaşayanlar, kiçik təpələrdə məskunlaşan rayon rəhbərləri və Mapunqubve təpəsində yerləşən ali hakimiyyət orqanı olmaqla üç yerə bölünmüşdü. Krallıqdakı kübarlar təpələrdə dəfn edilirdi. Kralın xanımları padşahdan uzaq ərazilərdə yaşayırdılar. Əhəmiyyətli kişilər paytaxtın kənarındakı nüfuzlu evlərdə məskunlaşmışdılar. Mapunqubvedə əhalinin artması keramika, xüsusən dulusçuluq üzrə mütəxəssislərin yetişməsinə səbəb olmuş ola bilər. Kral təpəsindəki kübarların dəfnlərində qızıl əşyalar aşkar edilmişdir.

Yenidən kəşf

1932-ci ilin Yeni il gecəsi, yerli fermer və kəşfiyyatçıolan ESJ Van Qraan və Pretoriya Universitetinin keçmiş tələbəsi olan oğlu, eşitdikləri bir əfsanəni izləyərək üçün yola çıxdılar.

1985-ci ildə nəşr olunan bir məqaləyə görə, təpənin başında yerləşən qalanın qalıqları üzərində araşdırma aparılmış və 11-ci əsrə aid edilmişdi. Arxeoloji sahə nəzarətdə olan ziyarət və turlar istisna olmaqla, ictimaiyyət üçün açıq idi. Lakin aşkar edilən bəzi əşyalar Pretoriya Universitetinin Arxeologiya şöbəsində nümayiş olundu. Mapunqubve təpəsi və K2, 1980-ci illərdə hökumət tərəfindən milli abidələr elan edildi.

Mapunqubve 2003-cü ildə CAR-ın 6-cı sinif tədris planına əlavə edilmişdir.

Qalereya

  • Mapunqubve Milli Parkına giriş; Limpopo əyaləti, CAR
    Mapunqubve Milli Parkına giriş; Limpopo əyaləti, CAR
  • Soldan Botsvana, sağdan isə Zimbabve olmaqla CAR-dan çəkilmiş foto. Soldan sağa axan çay Limpopo çayıdır. Üfüqdə itən çay isə Şaşedir.
    Soldan Botsvana, sağdan isə Zimbabve olmaqla CAR-dan çəkilmiş foto. Soldan sağa axan çay Limpopo çayıdır. Üfüqdə itən çay isə Şaşedir.
  • Mapunqubva Milli Parkına xas olan qumdaşı süxur formalaşmaları
    Mapunqubva Milli Parkına xas olan qumdaşı süxur formalaşmaları
  • Mapunqubve təpəsinə şimaldan baxış
    Mapunqubve təpəsinə şimaldan baxış
  • Mapunqubvedə arxeoloji qazıntı sahəsi.
    Mapunqubvedə arxeoloji qazıntı sahəsi.
  • Mapunqubve qızıl kərgədanı
    Mapunqubve qızıl kərgədanı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mapunqubve krallığı haqqında məlumat. Mapunqubve krallığı nədir? Mapunqubve krallığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kalsium karbonat

  • Fevral 27, 2026

    VII Henri

  • Fevral 27, 2026

    Anna Pavlova

  • Fevral 27, 2026

    Sulli

  • Fevral 27, 2026

    Müqayisəli anatomiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst