Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yekaterina Qabaşvili (tam adı: Yekaterina Revazovna Qabaşvili, gürc. ეკატერინე რევაზის ასული გაბაშვილი; 16 iyun 1851, Qori, Tiflis quberniyası, Rusiya imperiyas

Yekaterina Qabaşvili

  • Ana Səhifə
  • Vikipediya
  • Yekaterina Qabaşvili

Yekaterina Qabaşvili (tam adı: Yekaterina Revazovna Qabaşvili, gürc. ეკატერინე რევაზის ასული გაბაშვილი; 16 iyun 1851, Qori, Tiflis quberniyası, Rusiya imperiyası – 7 avqust 1938[…], Mepiskalaki[d], Gürcüstan SSR, SSRİ) — Gürcüstan yazıçısı və ictimai xadimi. Qadın hüquqlarının müdafiəsində ilk Gürcü feministlərdən və aktivistlərdən biri.

Yekaterina Qabaşvili
gürc. ეკატერინე გაბაშვილი
Doğum tarixi 16 iyun 1851(1851-06-16)
Doğum yeri
  • Qori, Tiflis quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 7 avqust 1938(1938-08-07)[…] (87 yaşında)
Vəfat yeri
  • Mepiskalaki[d], Gürcüstan SSR, SSRİ
Dəfn yeri
  • Didube panteonu
Fəaliyyəti yazıçı, memuarçı, esseist
Əsərlərinin dili gürcü dili
Janr nəsr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qabaşvili knyaz nəslindən olan Yekaterina Revazovna Qabaşvili Aristokrat ailədə anadan olub. Gürcüstanın tənqidi realizminin tanınmış nümayəndələrindən biri olmuşdur. Gürcü ədəbiyyatına ilk o, kiçik bir nəsr janrını -qısa hekayə, esse təqdim etmişdir. Yazıçının ədəbi fikirləri rus inqilabçı demokratların və XIX əsrin "altmışlar"ın təsiri altında formalaşmışdır.Yaradıcılığına İlya Qriqoryeviç Çavçavadzenin xüsusi təsiri olmuşdur. Tbilisidə Didube panteonuda dəfn edilib. Oğlu, Revaz Qabaşvili tanınmış gürcü publisisti və siyasətçisidir.

Yaradıcılığı

1870-ci ildə "Droyeba" ("Vaxt") qəzetində yazıçı kimi başlamışdır. Müharibə öncəsi Gürcüstanda kənd müəllimlərinin və kəndli həyatının qayğısı ilə bağlı bir neçə sentimental roman və hekayənin müəllifidir. Əsərlərində köçkünlərin həyatını, Gürcüstan kəndinin sosial və iqtisadi ziddiyyətlərini ("Didichevi romanı", 1881, "Kona", 1881, "Oren və Kucha", 1883) , öz güclərini xristianlığa həsr etmiş kəndli ziyalı nümayəndələrinin obrazlarını ("Kənd müəllimləri" ("Soplis Mastsavlebeli"), "Qamardjvebuli Niko" və digərləri) təsvir etmişdir. Bir sıra romanlarında sosial bərabərsizlik şəraitində qadınların faciəli taleyini ("Müxtəlif nikahlar" ("Sxva da sxva qvari kortsili") 1881, "Buludlu" ("Prtebdaqledjili") 1912), Gürcü feodal aristokratiyası parçalanma prosesini ("Benaur № 3", 1898) əks etdirir. Bundan əlavə, o, uşaqlar üçün hekayələr ("Lurdja Maqdana", "Mşieradze ailəsi", "Tinas Lekuri", "Çveni kaklis heh" və s.) yazmışdır. Həyatının sonunda, o, maraqlı xatirələr və seçilmiş əsərlərin bir neçə toplusunu nəşr etdi. 1955-ci ildə Qabaşvilinin ən gözəl hekayələrindən birinə əsasən kinorejissorlar Tengiz Abuladze və Rezo Çxeidze, Kann beynəlxalq kinofestivalı (1956) və Edinburq Beynəlxalq Film Festivalı (1956) ilə mükafatlandırılmış " Maqdananın Lurcası " filmini çəkdilər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yekaterina Qabaşvili haqqında məlumat. Yekaterina Qabaşvili nədir? Yekaterina Qabaşvili nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Babil təqvimi

  • Fevral 23, 2026

    Randstad

  • Fevral 24, 2026

    İçərişəhər metrostansiyası

  • Fevral 23, 2026

    Əhməd Xəlilov

  • Fevral 23, 2026

    ISO 3166-2

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst