Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Teymur Vəliyev (Vəliyev Teymur Süleyman oğlu; d. 15 yanvar 1926, Ağdam rayonu – v. 3 aprel 2002) — görkəmli Azərbaycan iqtisadçısı, AMEA-nın müxbir üzvü (1983),

Teymur Vəliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Teymur Vəliyev

Teymur Vəliyev (Vəliyev Teymur Süleyman oğlu; d. 15 yanvar 1926, Ağdam rayonu – v. 3 aprel 2002) — görkəmli Azərbaycan iqtisadçısı, AMEA-nın müxbir üzvü (1983), Əməkdar elm xadimi (1981).

Teymur Vəliyev
Teymur Süleyman oğlu Vəliyev
Doğum tarixi 15 yanvar 1926
Doğum yeri Ağdam rayonu, Azərbaycan Respublikası
Vəfat tarixi 3 aprel 2002 (76 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan Respublikası
Fəaliyyəti iqtisadçı
Mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1981

Mündəricat

Həyatı

Teymur Süleyman oğlu Vəliyev 1947-1951-ci illərdə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. 1966-cı ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitututunda yenicə yaradılmış İxtisaslaşdırılmış Müdafiə Şurasında doktorluq dissertasiyası müdafiə edən birinci, respublikada iqtisadiyyat üzrə doktorluq dissertasiyası müdafiə edən ikinci alim idi.

Fəaliyyəti

  • 1966-1971-ci illərdə D.Bünyadzadənin Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun tədris işləri üzrə prorektoru;
  • 1971-1976-cı illərdə SSRİ Ali Attestasiya Komissiyasının “Siyasi iqtisad” ixtisası üzrə ekspert komissiyasının üzvü;
  • 1971-1992-ci illərdə ADU-nun siyasi iqtisad kafedrasının müdiri;
  • 1977-1989-cu illər universitetin tədris işləri üzrə prorektoru;
  • 1992-2000-ci illərdə yenidən Azərbaycan İqtisad Universitetinin elmi işlər üzrə prorektoru vəzifələrində çalışmış;
  • 2000-2002-ci illərdə BDU-nun İqtisadiyyat kafedrasının professoru kimi fəaliyyət göstərmişdir.

Yardıcılıq fəaliyyəti

Teymur Vəliyevin 50 çap vərəqindən çox olan 200-ə qədər elmi əsərin müəllifi olmuşdur. Onun elmi rəhbərliyi ilə 20 nəfərdən çox elmlər doktoru və namizədi dissertasiya müdafiə etmişdir. Azərbaycan Siyasi İqtisad (iqtisadi nəzəriyyə) elmi məktəbinə uzun müddət rəhbərlik etmişdir. İqtisadi inkişaf səviyyələrinin tarazlaşmış qanunauyğunluqlarını aşkar etməklə bunları ədalətin, humanizmin əlaməti kimi xarakterizə etmişdir. Onun əmək bölgüsü haqqında mülahizələri sosializmin və bazar, sosializm və əmtəə-pul münasibətləri kimi o dövrün aktual məsələlərinə aydınlıq gətirir. İqtisad elminin yeni prinsiplər və tələblər səviyyəsində inkişafının ilk təşəbbüslərindən biridir.

1995-ci ildə çoxsaylı dərsliklərin, o cümlədən Azərbaycanda ilk iqtisadi nəzəriyyə dərsliyinin redaktoru və müəlliflərindən biri olmuşdur. Uzun müddət bir sıra iqtisadi jurnalların, 1972-1987-ci illərdə isə mötəbər "Экономические науки" jurnalının redaksiya heyətinin üzvü olmuşdur.

Monoqrafiyaları

  • "Sovet respublikasının iqtisadi inkişaf səviyyələrinin tarazlaşması qanunauyğunluqları"
  • "Sosialist ictimai ərazi əmək bölgüsü"
  • "Yetkin sosializm iqtisadiyyatının dinamik inkişafı"
  • "Azərbaycan iqtisadi fikir tarixi"
  • "İqtisad elminin nəzəri əsaslarının tarixi təkamülü"
  • "İnfrastrukturlar: mahiyyətti, təsnifatı və əhəmiyyəti"

Mükafatları

  • SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalı
  • Azərbaycan Respublikası Əməkdar elm xadimi fəxri adı

Həmçinin bax

  • Yozef Şumpeter
  • Vilayət Vəliyev

Ədəbiyyat

  • Orxan Zakiroğlu (Baharlı). Ağdam şəhər 1 nömrəli orta məktəbin tarixi (1883-1993). I kitab. Bakı, 2016

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Teymur Vəliyev haqqında məlumat. Teymur Vəliyev nədir? Teymur Vəliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    E.ə. 44

  • Fevral 27, 2026

    Təbiət fəlsəfəsi

  • Fevral 27, 2026

    Dilemma

  • Mart 01, 2026

    Üşnəviyyə şəhristanı

  • Fevral 27, 2026

    Aqra

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst