Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Möhsün Nəcməddin oğlu Qədirli (İsrafilbəyov) (12 (24) avqust 1893, Şamaxı – 2 yanvar 1938) — Azərbaycanda sovet hakimiyyəti və sosializm quruculuğu uğrunda müba

Möhsün İsrafilbəyov

  • Ana Səhifə
  • Vikipediya
  • Möhsün İsrafilbəyov

Möhsün Nəcməddin oğlu Qədirli (İsrafilbəyov) (12 (24) avqust 1893, Şamaxı – 2 yanvar 1938) — Azərbaycanda sovet hakimiyyəti və sosializm quruculuğu uğrunda mübariz, respublikada səhiyyə işinin təşkilatçılarından biri, professor (1934), repressiya qurbanı.

Möhsün İsrafilbəyov
Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Malyariya və Digər Tropik Xəstəliklərə qarşı Mübarizə Komitəsinin sədri
yanvar 1935 – iyul 1937
Azərbaycan SSR xalq səhiyyə komissarı
28 noyabr 1921 – 11 yanvar 1935
ƏvvəlkiAğahüseyn Kazımov
SonrakıMüseyib Hüseynov
Azərbaycan Tibb İnstitutunun direktoru
1930 – 1930
Əvvəlkivəzifə təsis edildi.
SonrakıNadir Məmmədli
Azərbaycan SSR xalq sosial təminat komissarı
10 noyabr 1920 – 28 noyabr 1921
Əvvəlkivəzifə təsis edilib
SonrakıMəmməd Məmmədyarov
Azərbaycan SSR Xalq Hərbi Dəniz İşləri Kommisarlığı Siyasi İdarəsinin rəisi
9 iyun 1920 – 1920
Şəxsi məlumatlar
Doğum tarixi 12 (24) avqust 1893(1893-08-24)
Doğum yeri
  • Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 2 yanvar 1938(1938-01-02) (44 yaşında)
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası,
  • Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) Partiyası,
  • Hümmət Partiyası
Təhsili
  • Müqəddəs Vladimir adına Kiyev Universiteti (1911–1917),
  • Bakı real məktəbi (–1911)
Fəaliyyəti həkim
Təltifləri "Qırmızı əmək bayrağı" ordeni — 1932

Əməkdar elm xadimi olmuş, mərhum Solmaz İsrafilbəylinin əmisidir.

Həyatı

Möhsün İsrafilbəyov 1893-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. 1911-ci ildə Bakı real məktəbini bitirəndən sonra Kiyev Universitetinə qəbul olmuşdu. Kiyev Universitetində oxuyarkən (1911–1917) tələbələrin inqilabi nümayişlərində iştirak etmişdir. 1917-ci ildə Bakıya gəlmiş, bolşevik "Hümmət" təşkilatının katibi və büro üzvü, RSDF(b)P BK və Bakı Sovetinə üzv seçilmişdir. 1918-ci ilin 1 may–31 iyul tarixlərində Lənkəran, Şamaxı, Cavad qəzalarının fövqəladə komissarı təyin olunmuşdur. 1918-ci ilin avqustundan RSFSR Xalq Milli İşlər Komissarlığı yanında Zaqafqaziya şöbəsinin müdiri, daha sonra RK(b)P Həştərxan quberniya Komitəsinin üzvü, quberniya icraiyyə komitəsinin üzvü seçilmiş, sədr müavini, səhiyyə şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1919-cu ilin mayında RSFSR Xalq Xarici İşlər Komissarlığının Yaxın Şərq şöbəsində çalışmışdır. Şərq xalqları kommunist təşkilatlarının 2-ci Ümum-Rusiya, 5-ci və 7-ci Sovetlər qurultaylarında iştirak etmişdir. Moskvada V. S. Leninlə görüşmüş, ona Azərbaycandakı vəziyyət haqqında məlumat vermişdir.

Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra Xalq Hərbi Dəniz İşləri Kommisarlığı siyasi idarəsinin rəisi (1920), xalq sosial təminat komissarı (1920–1921), xalq səhiyyə komissarı (1921–1935) vəzifələrində işləmişdir. 1935–1937-ci illərdə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında malyariya və digər tropik xəstəliklərə qarşı mübarizə Komitəsinin sədri vəzifəsində çalışmışdır. Dəfələrlə partiya və Sovet qurultaylarının nümayəndəsi olmuş, AK(b)P MK-nm Azərbaycan və Zaqafqaziya MİK-lərinin üzvü seçilmişdir. Azərbaycanda malyariya, traxoma və s. xəstəliklərin ləğv edilməsində böyük xidməti olmuşdur.

İki dəfə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur.

1937-ci ildə repressiya qurbanı olmuş və xalq düşməni adıyla güllələnmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Möhsün İsrafilbəyov haqqında məlumat. Möhsün İsrafilbəyov nədir? Möhsün İsrafilbəyov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Çaqqal

  • Fevral 27, 2026

    Kolagirən

  • Fevral 11, 2026

    Su

  • Mart 01, 2026

    Bəm şəhristanı

  • Fevral 24, 2026

    Nankin

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst