Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lacoste — 1933-cü ildə tennisçi Rene Lakost və sahibkar Andre Jilye tərəfindən qurulmuş fransız dəb şirkəti. Şirkət geyim, ayaqqabı, idman geyimi, eynək, dəri m

Lacoste

  • Ana Səhifə
  • Vikipediya
  • Lacoste

Lacoste — 1933-cü ildə tennisçi Rene Lakost və sahibkar Andre Jilye tərəfindən qurulmuş fransız dəb şirkəti. Şirkət geyim, ayaqqabı, idman geyimi, eynək, dəri məmulatları, ətir, dəsmal və saat satışı ilə məşğuldur və yaşıl timsah loqosu ilə tanınır. Şirkətin qurucusu Rene Lakost komandasının kapitanı ilə bir matçda qazanacağına dair timsah dərisindən hazırlanmış bir çamadan qarşılığında mərc girmiş və ilk dəfə buna görə Amerika mətbuatı tərəfindən ona "Timsah" ləqəbi verilmişdir. Daha sonra isə tennis kortundakı əzmkarlığına görə fransız pərəstişkarları onu "timsah" adlandırmağa başlayıblar. Lacoste şirkəti 2012-ci ilin noyabrında İsveçrə mərkəzli Maus Frères holdinqi tərəfindən satın alınıb.

Lacoste
Lacoste
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye pərakəndə
Məhsulları geyim, qol saatı[d], ətir, eynək[d]
Təsis tarixi 1933
Baş qərargahın yeri
  • Paris
lacoste.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

1933-cü ildə Rene Lakost o dövrdə Fransada trikotaj istehsal edən ən böyük firmanın sahibi və prezidenti olan Andre Jilye ilə birlikdə La Chemise Lacoste şirkətini qurdu. Onlar Lakostun dizayn etdiyi və özünün tennis kortlarında geyindiyi, sinə hissəsində timsah loqosu işlənmiş inqilabi tennis köynəyi istehsal etməyə başladılar. Şirkət bunun hər hansı bir geyim əşyası üzərində brend adının göründüyü ilk nümunə oldğunu iddia edir.

1950-ci illərdən başlayaraq Amerikan şirkəti Izod ABŞ-da satış üçün lisenziya əsasında "Izod Lacoste" brendi altında geyim istehsal etməyə başladı. Bu tərəfdaşlıq 1993-cü ildə Lacoste-un köynəkləri öz brendi ilə satmaq üçün eksklüziv ABŞ hüquqlarını bərpa etdikdə sona çatdı. 1977-ci ildə ABŞ bazarında birbaşa Lacoste ilə rəqabət aparmaq üçün oxşar geyim çeşidi satan, Lacoste-un timsah loqosu yerinə pələng loqosundan istifadə edən Le Tigre Clothing brendi yaradılıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lacoste haqqında məlumat. Lacoste nədir? Lacoste nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dini terrorizm

  • Fevral 27, 2026

    Odin

  • Fevral 27, 2026

    Yarasa

  • Fevral 28, 2026

    İohan Edel

  • Mart 01, 2026

    Azərsun Holding

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst