Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xoşbulaq (əvvəlki adı: Xaçbulaq) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zağalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetin

Xoşbulaq

  • Ana Səhifə
  • Vikipediya
  • Xoşbulaq

Xoşbulaq (əvvəlki adı: Xaçbulaq) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zağalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 f on kompleks kçsijxödıdpdödğeödldldıevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Daşkəsən rayonunun Zağalı kənd Sovetinin Xaçbulaq kəndi Xoşbulaq kəndi adlandırılmışdır.

Xoşbulaq
40°27′45″ şm. e. 46°01′37″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 1.901 nəf. (2009)
Xəritəni göstər/gizlə
Xoşbulaq xəritədə
Xoşbulaq
Xoşbulaq

Mündəricat

Toponimikası

Qədim xəritələrdə kəndin adı Xanbulaq olaraq göstərilir. Kəndin ərazisi keçmişdə Yelizavetpol qəzasına daxil olan Əhmədli, Alabaşlı, Kamanlı, Hacallı, Qarabağlar, Lək, Şadılı və başqa kəndlərin yaylaq yeri olmuşdur. Sonrakı dövrlərdə kəndin adı dəyişdirilmiş və girişindəki xaçlı bulağın adına uyğun olaraq 1991-ci ilədək Xaçbulaq adlandırılmışdır. 1991-ci ildən Xoşbulaq adlanır. 1991-ci ildən kəndin adı "Xoşbulaq" kimi rəsmiləşdirilmişdir. Kəndin əvvəlki adı Xaçbulaq idi. Bu toponim Qafqaz Albaniyası ilə bağlıdır.

Tarixi

Kəndə 1967-ci ildə sel gəlmiş və çoxlu insan tələfatı olmuşdur.

Tarixi abidələri

Xoşbulaq kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
51 Xoşbulaq kurqanları Son tunc-İlk dəmir dövrü Xoşbulaq kəndi Axeoloji Dünya

Coğrafiyası və iqlimi

Kənd Qoşqarçayın sahilində, Şahdağ silsiləsinin ətəyində, rayon mərkəzindən təqribən 7 km məsafədə yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 1879 951 928
2009 ↗1901 ↗982 ↘919

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Yaylaq mövsümündə xoşbulaqlılar evlərini kirayə verməklə, gələn qonaqlara qatıq, pendir, təndir çörəyi satmaqla gəlir əldə edir. Bura Qərb bölgəsinin sakinlərinin ən çox üz tutduğu məkandır.

Kənd ərazisindən Daşkəsən-Xoşbulaq magistral təbii qaz xətti keçir, kənddə Xoşbulaq avtomatik qazpaylayıcı stansiya fəaliyyət göstərir.

Mədəniyyəti

Kənddə 1 №-li, 2 №-li və 3 №-li Xoşbulaq kənd kitabxana filialları, Xoşbulaq kənd Mədəniyyət Evi, Xoşbulaq kənd klubu fəaliyyət göstərir.

Kənddəki gölün kənarında qədim müsəlman məzarları aşkarlanmışdır. Burda Qara seyidin qəbri hələ də ziyarət edilən yerdir. 2020-ci ilin sentyabr ayında Xoşbulaq yaylağında 3 min il əvvələ aid dini ibadətgah yeri tapılmışdır.

Təhsil

Kənddə Daşkəsən rayon Xoşbulaq kənd tam orta məktəbi və Daşkəsən rayon Xoşbulaq kənd ümumi orta məktəbi fəaliyyət göstərir.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə Xoşbulaq kənd həkim məntəqəsi yerləşir.

Şəxslər

  • Asim Süleymanov (2001–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.

Şəkillər

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xoşbulaq haqqında məlumat. Xoşbulaq nədir? Xoşbulaq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Polihierax

  • Fevral 27, 2026

    Cinas

  • Fevral 27, 2026

    Gəgəli

  • Fevral 24, 2026

    Küveyt (şəhər)

  • Fevral 27, 2026

    Henrix Böll

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst