Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Balasadıq 1929-cu il oktyabrın 21-də Bakının Mərdəkan qəsəbəsində kolxozçu ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir (1936-1946). Ailə vəziyyət

Balasadıq

  • Ana Səhifə
  • Vikipediya
  • Balasadıq

Aslanov Balasadıq Sadıq oğlu - şair, ssenarist, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Balasadıq
Balasadıq Sadıq oğlu Aslanov
Doğum tarixi 21 oktyabr 1929
Doğum yeri Mərdəkan, Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 23 may 2003 (73 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Fəaliyyəti ssenarist

Həyatı

Balasadıq 1929-cu il oktyabrın 21-də Bakının Mərdəkan qəsəbəsində kolxozçu ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir (1936-1946). Ailə vəziyyətinə görə təhsilini davam etdirə bilməmişdir. Əmək fəaliyyətinə Əzizbəyovneftdə çilingər kimi başlamış (1946-1952), sonra Bakı Radio zavodunda elektrik qaynaqçısı (1952-1969), "Azərbaycanfılm" kinostudiyasında aktyor şöbəsinin rəisi (1969-1988), həmin studiyanın dublyaj qrupunda rejissor assistenti-redaktor, "Oğuz eli" qəzeti redaksiyasında poeziya və nəsr şöbəsinin müdiri vəzifələrində işləmişdir (1990-2003). Azərbaycan klassik və müasir ədəbiyyatını, eləcə də dünya xalqları əbədiyyatını mütaliə yolu ilə dərindən öyrənmişdir. Ədəbi aləmə 1963-cü ildən dövri mətbuatda çap etdirdiyi şeirlərlə gəlmişdir. İlk mətbu şeirləri - "Yaylağa payız düşür", "Nəğmələr dinən zaman" "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunmuşdur (1963). "Azərbaycan", "Ulduz" jurnallarında, "Ədəbiyyat və incəsənət", "Azərbaycan gəncləri" qəzetlərində müntəzəm çıxış etmişdir. "Atəşgahda möcüzə" (1997) kitabı kütləvi tirajla buraxılmışdır. "Karvan yolu" pyesi tamaşaya qoyulmuşdur. SSRİ Xalq artisti Zeynəb Xanlarovaya həsr edilmiş tammetrajlı bədii filmin ("Gün doğandan gələn səs") ssenarisinin şərikli müəllifidir.

2003-cü il mayın 23-də Bakıda vəfat etmişdir.

Əsərləri

  1. Nəğmə istəyir anam. Bakı: Gənclik, 1968, 68 səh.
  2. Mənim tale ulduzum. Bakı: Yazıçı, 1989, 74 səh.
  3. Meyxanalar. Bakı: Yazıçı, 1993, 275 səh.
  4. Şerlər. Tehran: 1993, 100 səh. (şərikli).

Filmoqrafiya

  1. Atası yandı (film, 1986)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Balasadıq haqqında məlumat. Balasadıq nədir? Balasadıq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Hemitripterinae

  • Fevral 27, 2026

    Edmund Husserl

  • Fevral 28, 2026

    Vilyam Bleyk

  • Fevral 27, 2026

    Casio

  • Fevral 27, 2026

    Skot Edkins

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst