Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sofayi Hümayun adlanan dördüncü həyətdə və Hırka-ı Səadət otağının şimal-şərqində yer alan bu köşk Osmanlı sultanı IV Murad tərəfindən İrəvan səfərinin (1635) a

Rəvan Köşkü

  • Ana Səhifə
  • Vikipediya
  • Rəvan Köşkü

İrəvan köşkü — Topqapı sarayında XVII əsrə aid köşk.

Köşkün giriş hissəsi

İnşası və fəaliyyət tarixi

Sofayi Hümayun adlanan dördüncü həyətdə və Hırka-ı Səadət otağının şimal-şərqində yer alan bu köşk Osmanlı sultanı IV Murad tərəfindən İrəvan səfərinin (1635) ardından inşa edilmişdir. Baş memarının kim olduğu dəqiq bilinməsə də, Həsən ağa və ya Qasım ağa olduğu iddia edilir. Qapısının üzərindəki farsca kitabədə dərgah olaraq anılması diqqət çəkir. Bina köşk olaraq inşa edilsə də, sonrakı illərdə müxtəlif məqsədlərlə istifadə edilmişdir. İlk illərdə padşah çalmalarının və əmmamələrinin hazırlanıb qorunduğu yer olan bu köşkdə sədrəzəm padşaha dövlət məsələləri ilə bağlı sənədləri təqdim edərdi. Ramazan ayının 12-ci günündə padşah müqəddəs əmanətləri məhz bu köşkdə ziyarət edər, iki gecə burada saxlanıldıqdan sonra yerinə aparılardı. Patrona Xəlil və ən yaxın adamlarının edam olunduğu İrəvan köşkü I Mahmud dövründə kitabxanaya çevrildi və sonrakı illərdə "Has oda kitabxanası" adını aldı.

Memarlıq xüsusiyyətləri

Səkkizbucaqlı planda inşa edilən köşkün 3 eyvanı var. Divarlar iki sıra pəncərəli olub, bunlardan alt sıradakı pəncərələr düzbucaqlı şəklindədir, üst sıradakılar isə iti uclu naxışlarla bəzədilmişdir. Binanın üzərini 7,70 m diametrə sahib, dörd tərəfindən bir pəncərə açılan gümbəz örtür. Köşk eyvanlı plana malik olduğu üçün dam örtüyü geniş saxlanılmışdır. Köşkün Lalə bağçası səviyyəsində olan zirzəmisindən bağçaya, cənub-şərq cəbhəsində yerləşən iki qapı vasitəsilə bina daxilindəki iki dar koridordan keçilir. Dar və çöldən işıq ala bilməyəcək dərəcədə inşa olunan bu iki koridor İrəvan köşkü ilə Müqəddəs əmanətlərin saxlanıldığı Hırka-ı Səadət otağı arasında keçid rolunu oynayır. Köşkün önündə olan tavanı isə dörd burmalı sütun üzərində dayanır. Binanın inşasında istifadə edilən rəngli daş bəzəmələri Məmlük memarlığından alınmışdır. Köşkün içi isə qübbə səviyyəsinə qədər çinilərlə bəzədilmişdir. Eyvansız qərb divarına bitişik şəkildə isə ocaq yeri inşa edilib. Günbəzin daxildən bəzədilməsi isə Sultan Mehmed Rəşad dövrünə aiddir. Eyvan tavanlarındakı bəzəmələr isə öz dövrünə aid mükəmməl sənət əsərləridir. Tavanlarda təsvir edilən parlaq və rəngli rəsmlər isə vaxtilə zərər görmüş, ancaq sonradan original vəziyyətinə uyğun şəkildə restavrasiya olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rəvan Köşkü haqqında məlumat. Rəvan Köşkü nədir? Rəvan Köşkü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Korporasiya

  • Fevral 23, 2026

    Farer adaları

  • Fevral 27, 2026

    Tadao Ando

  • Fevral 27, 2026

    Sxolastika

  • Mart 01, 2026

    Cydonia oblonga

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst