Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1897-ci ildə Qərbi Azərbaycanın tarixi ərazilərindən olan Göyçə mahalının Basarkeçər rayonundakı Qoşabulaq kəndində anadan olmuşdur. Atası Əli kişinin maddi vəz

Aşıq Behbud

  • Ana Səhifə
  • Vikipediya
  • Aşıq Behbud

Aşıq Behbud Əli oğlu Nəbiyev — aşıq.

Həyatı

1897-ci ildə Qərbi Azərbaycanın tarixi ərazilərindən olan Göyçə mahalının Basarkeçər rayonundakı Qoşabulaq kəndində anadan olmuşdur. Atası Əli kişinin maddi vəziyyətinin ağırlığından Behbud heç bir təhsil almamışdır. Gənc yaşlarından İnəkdağı kəndində dayısı Aşıq Qəhrəman Alırza oğlunun yanında şəyirdlik etmişdir. Oxumağı və yazmağı bacarmadığı halda, fitri istedada malik olan Behbud iki il ərzində aşıqlıq sənətinin incəliklərini dərindən öyrənmişdir. Bir müddətdən sonra sərbəst aşıqlıq etmişdir. Ermənilərin törətdiyi soyqırımının ağır nəticələri onların ailəsindən də yan keçməmişdir. O, ata-anasını, qardaş-bacısını və yaxın qohumlarını itirmişdir. Cavanlıq dövrünün ictimai-siyasi ziddiyyətlərin, iqtisadi çətinliklərin baş alıb getdiyi bir vaxta düşdüyündən, başqa yaşıdları kimi gənc aşığın da həyatı çətin və dözülməz olmuşdur. Bütün bu çətinliklərə baxmayaraq o, öz doğma kəndində ailə həyatı qurmuş və yaşamışdır. Sovet hakimiyyəti illərində kənd təsərrüfatında çalışmış, boş vaxtlarında isə İrəvan, Qazax, Gəncə, Kəlbəcər, Gədəbəy və başqa rayonlarda aşıq məclisləri təşkil etmiş, saysız-hesabsız toy şənlikləri keçirmişdir… Böyük Vətən müharibəsindən geri qayıtmayan oğlu Qurbanın dərdi onu sarsıtmış, əlinə bir daha saz alıb məclislərə getməyi öz ata qüruruna sığışdırmamışdır [143–317].

Aşıq Behbudun dərin zəkaya, güclü yaddaşa malik olduğunu onu tanıyanlar bu gün də böyük maraqla danışırlar. Bir dəfə Azərbaycan Elmlər Akademiyasının folklorşünas alimləri Göyçəyə gəlmişdilər. Onlar Aşıq Ələsgər irsinin toplanması ilə əlaqədar yerli əhalinin yaşlı sakinlərindən eşitdiklərini yazıya alırdılar. Gənc tədqiqatçı, indi Bakı Dövlət Universitetinin "Şifahi xalq ədəbiyyatı" kafedrasının müdiri işləyən filologiya elmləri doktoru, professor akademiyanın müxbir üzvü Azad Nəbiyev də həmin nümayəndələr arasında idi. O, Aşıq Behbuddan mahalda yazıb-yaradan sənətkarlardan bildiyi qoşmaları və əhvalatları danışmağı xahiş etdikdə maraqlı faktları üzə çıxarır, tapıntı sayılanlarını dəftərinə köçürürdü. O qeydlər sonralar Azad müəllimin monoqrafiyalarında öz əksini tapmışdı. Aşıq Behbudun yaxşı hafizəsi orta əsr xalq dastanlarnı mükəmməl mənimsəməkdə yardımçı olmuşdur. Onun apardığı məclislərdə hədsiz maraqla söylədiyi dastanları lap uşaq yaşlarımda dinləmişəm. "Koroğlu", "Abbas və Gülgəz", "Şah İsmayıl", "Qəndab", "Valeh və Zərnigar", "Əsli və Kərəm" dastanlarını indinin özündə də qaçqınlıq ömrü yaşayan Qoşabulaq kəndinin yaşlı adamları yaxşı xatırlayırlar.

Aşıq Behbudun altı övladı olmuşdur. Böyük oğlu Qurbanın acı taleyi, müharibədə həlak olması onu sənətindən uzaqlaşdırmışdı. Cavan yaşlarında vəfat etmiş qızı Dursunun Fəzail adlı oğul yadigarı DQ hadisələri dövründə doğma yurdundan Sank-Peterburq şəhərinə getmiş, 2010-cu ildə orada vəfat etmişdir. Aşıq Bebudun qızı Aqilə Qazax rayonunda, oğlanlarından Bəhman Goranboy rayonunun Qaradağlı kəndində, Tavariş İsmayıllının Soltankənd kəndində, saza-sözə hədsiz maraq göstərən bir neçə ali məktəb qurtarmış oğlu Valehin ailəsi isə Bakı şəhərində yaşayır.

Təəssüflər olsun ki, Aşıq Behbudun qoşmaları onun həyat yoldaşı Zərnişan qarının yaddaşından vaxtında yazıya alınmamışdır…

Aşıq Behbud 1972-ci ilin dekabrında doğma kəndi Qoşabulaqda vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aşıq Behbud haqqında məlumat. Aşıq Behbud nədir? Aşıq Behbud nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əsənlər

  • Fevral 27, 2026

    Seyidovlar

  • Fevral 27, 2026

    Veber aparatı

  • Mart 01, 2026

    Continental

  • Fevral 27, 2026

    Sosiolinqvistika

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst