Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əhməd Qəmərlinski və ya Əhməd Qəmərli (doğum adı: Əhməd Haşım oğlu Məlikov; 9 may 1880, Bakı – 9 mart 1952, Bakı) — aktyor, Bakı kinostudiyasının artisti, Azərb

Əhməd Qəmərlinski

  • Ana Səhifə
  • Vikipediya
  • Əhməd Qəmərlinski

Əhməd Qəmərlinski və ya Əhməd Qəmərli (doğum adı: Əhməd Haşım oğlu Məlikov; 9 may 1880, Bakı – 9 mart 1952, Bakı) — aktyor, Bakı kinostudiyasının artisti, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940).

Əhməd Qəmərlinski
Matros rolunda. Lev Slavinin "İntervensiya" tamaşası. ADDT, 1933-cü il
Matros rolunda. Lev Slavinin "İntervensiya" tamaşası. ADDT, 1933-cü il
Doğum adı Əhməd Məlikov
Digər adı Əhməd Qəmərli
Doğum tarixi 9 may 1880
Doğum yeri Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 9 mart 1952 (71 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti aktyor
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1940
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Əhməd Haşım oğlu Qəmərlinski (Məlikov) 1880-ci ildə Bakıda anadan olmuşdur. İçərişəhərdə boya-başa çatan Əhməd Məlikov Sultanməcid Qənizadənin məktəbində təhsil almışdır. Səhnəyə ilk dəfə 1906-cı ildə Balaxanıda həvəskar aktyorların hazırladığı "Adı var, özü yox" (N.B.Vəzirov) tamaşasında çıxmış, həmçinin xalq mərasim, oyun və əyləncələrində fəal iştirak etmişdir. Sonralar "Nicat" cəmiyyətinin nəzdindəki teatr truppasının aktyoru kimi milli teatrın inkişafında xüssi xidmətləri olmuşdur. 1908-ci ildən etibarən Azərbaycanın bir sıra kənd və rayonlarını gəzib, ən ucqar guşələrdə aktyor dostları ilə birlikdə çıxışlar etmişdir. O, Azərbaycan Xalq Cumhuriyyəti dövründə təşkil olunmuş (1919-cu il, 17 noyabr) Dövlət türk opera dram teatrında işləmişdir. 1924-cü ildən Bakı Azad Tənqid Təbliğ Teatrının aktyoru və rejissoru olmuşdur. Əhməd Qəmərlinskinin ifa etdiyi əsas rollar: Mirzə Fətəli Axundovun komediyalarında Bayram ("Xırs quldurbasan"), Mirzə Həbib ("Lənkəran xanının vəziri"), Əbdürrəhim bəy Haqverdiyevin faciə və dramlarında Əcinnə, Təlxək, İblis və Əmrah ("Pəri Cadu"), Hacı Səməd ağa və Mirzə Qoşunəli ("Bəxtsiz cavan"), Süleyman ("Ac həriflər"), həmçinin Namiq paşa və Şükrü paşa, İzzət paşa ("Ədirnə fəthi" və "Trablis müharibəsi", Cəfər Cabbarlı), Gürcü bəy və Mirzə Mehdi xan ("Nadir şah Əfşar", Nəriman Nərimanov), Dursunəli ("Dursunəli və ballıbadı", Sultan Məcid Qənizadə), Rüstəm bəy ("Məşədi İbad", Üzeyir bəy Hacıbəyli), Yəzdcürd ("Şəd ibn Vəqqas", Muxtar Axundzadə), Romas ("Xalid ibn Valid", Yusif Talıbzadə), İbn Ziyad, Sədr Əzəm ("Yezid ibn Müaviyə" və "Sultan Əbdüləzizin xəli", Mehdi bəy Hacınski), Hacı Fərəc ("Dövləti-bisəmər", İsmayıl bəy Rüstəmbəyov), Brabansio və Kassio ("Otello", Uilyam Şekspir), Amul bəy ("Şeyx Şamil", Rudolf Botşald), Zöhhak ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Molla Hüseyn ("Qəzavat", Sergey Lanskoy), Şeyxülislam və Sidqi bəy ("Vətən", Namiq Kamal), Şpigelberq ("Qaçaqlar", Fridrix Şiller), Əli ("Əl Mənsur", Henrix Heyne), Kərim və Məmməd ("Zorən təbib", Jan Batist Molyer), Lazer Frankel ("Yəhudilər", Yevgeni Çirkov). 1938-1939-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Burada Rüstəm bəy, Kəblə Qubad ("Məşədi İbad" və "Ər və arvad", Üzeyir Hacıbəyov), Səməd bəy ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundov və Niyazi) rollarını oynayıb. Hüseyn Ərəblinski Qəmərli kəndindən qastroldan qayıdarkən dostuna Qəmərlinski təxəllüsünü təklif etmiş və Əhməd həyatının sonunadək bu familiyanı daşımışdır. Əhməd Qəmərlinski ədəbi yaradıcılıqla da məşğul olmuş, tarixi və müasir mövzuda yazdığı 12 əsərinin, demək olar ki, hamısı 1910–1920-ci illərdə H.Ərəblinski, S. Ruhulla və başqa görkəmli sənətkarlar tərəfindən tamaşaya qoyulmuşdur. Bunlardan "Cavanlar", "Tufan Kərbəla", "Rüstəm və Söhrab", "Məkri-zənən", 1920–1945-ci illərdə yazılmış "Eşq-məhəbbət", "Məktəb vodevili", "Ziyarət nəticəsi", "Maymaq" və s. kiçik həcmli pyeslərdə Əhməd Qəmərlinski ictimai həyatda baş verən mühüm problemlərə toxunmuşdur. Əməkdar incəsənət xadimi (27 aprel 1940) fəxri adına layiq görülmüşdür.

Əhməd Qəmərlinski 9 mart 1952-ci ildə vəfat etmişdir.

Filmoqrafiya

  • İsmət (film, 1934)
  • Almaz (film, 1936) (tammetrajlı bədii film)-rol: kənd sovetinin sədri Balaoğlan
  • "19-cu il" (film, 1938)-rol: Əhməd Əliyev
  • Səbuhi (film, 1941)
  • Sovqat (film, 1942)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əhməd Qəmərlinski haqqında məlumat. Əhməd Qəmərlinski nədir? Əhməd Qəmərlinski nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xaldan

  • Fevral 27, 2026

    Phoenicopteriformes

  • Fevral 10, 2026

    Meksika

  • Fevral 27, 2026

    Şəmsəddin Aydoğmuş

  • Fevral 27, 2026

    Qamışlıq pişiyi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst