Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Emil Maqsud oğlu Qarayev - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini, 3-cü dərəcəli dövlət vergi xidmət

Emil Qarayev

  • Ana Səhifə
  • Vikipediya
  • Emil Qarayev

Emil Maqsud oğlu Qarayev - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri.

Emil Qarayev
Emil Maqsud oğlu Qarayev
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini
Vəzifədədir
14 iyun 2024-cü ildən
    Şəxsi məlumatlar
    Doğum tarixi 4 avqust 1984 (41 yaş)
    Doğum yeri Bakı, Azərbaycan SSR
    Vətəndaşlığı Azərbaycan Azərbaycan
    Təhsili Bakı Dövlət Universiteti
    Rütbəsi 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

    Həyatı

    Emil Qarayev 4 avqust 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur.

    2005-ci ildə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" ixtisası üzrə bakalavr pilləsini, 2009-cu ildə isə "Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası" ixtisası üzrə magistr pilləsini bitirmişdir.

    2005–2006-cı illərdə Azərbaycan Ordusunda hərbi xidmətdə olmuşdur.

    Ailəlidir, iki övladı var.

    Əmək fəaliyyəti

    2006–2009-cu illərdə “Deloitte Touche” MMC-də vergi üzrə məsləhətçi, 2009–2011-ci illərdə baş məsləhətçi, 2011–2016-cı illərdə vergi üzrə menecer və baş menecer, 2016–2019-cu illərdə isə vergi və hüquq məsələləri üzrə direktor vəzifəsində çalışmışdır.

    2019-cu ilin may–iyul aylarında Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktorunun müavini, 2019-cu ilin iyul–avqust aylarında həmin departamentin baş direktorunun birinci müavini olmuşdur.

    2019–2020-ci illərdə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş idarəsinin rəisinin birinci müavini, 2020–2021-ci illərdə Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisinin birinci müavini, 2021–2022-ci illərdə isə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisi vəzifələrində çalışmışdır.

    2022–2024-cü illərdə Dövlət Vergi Xidmətinin aparat rəhbəri olmuşdur.

    Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2024-cü il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilmişdir.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Emil Qarayev haqqında məlumat. Emil Qarayev nədir? Emil Qarayev nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Sülh müqavilələri

    • Fevral 27, 2026

      AzerGold

    • Fevral 27, 2026

      Hannover Universiteti

    • Fevral 27, 2026

      Pyotr Kapitsa

    • Fevral 24, 2026

      Yenisey

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

    • Fevral 17, 2026

      Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

    • Fevral 25, 2026

      Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

    • Fevral 28, 2026

      Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

    • Fevral 22, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst