Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Corc Rocer (19 mart 1908[…] – 24 iyul 1995[…]) — Afrikadakı işləri və İkinci Dünya müharibəsinin sonundakı Bergen-Belsen düşərgəsindəki kütləvi ölüm hadisələrin

Corc Rocer

  • Ana Səhifə
  • Vikipediya
  • Corc Rocer

Corc Rocer (19 mart 1908[…] – 24 iyul 1995[…]) — Afrikadakı işləri və İkinci Dünya müharibəsinin sonundakı Bergen-Belsen düşərgəsindəki kütləvi ölüm hadisələrinin fotoşəkillərini çəkməsi ilə məşhur olan ingilis fotojurnalist idi.

Corc Rocer
Doğum tarixi 19 mart 1908(1908-03-19)[…]
Vəfat tarixi 24 iyul 1995(1995-07-24)[…] (87 yaşında)
Fəaliyyəti müharibə fotoqrafı, fotoqraf, fotojurnalist, jurnalist
Fəaliyyət illəri 1939–1947
Üzvlüyü
  • Maqnum Foto (1947)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı və Karyerası

Hale, Cheshire adlı ərazidə anadan olan Corc, əslən alman və şotlandiya mənşəlidir. O, məktəbi bitirdikdən sonra Britaniya tacir donanmasına qoşulur və beləcə dünyanı gəzir. Bu illər ərzində, Rocer səyahətlərinin hesabatını aparır və onları sənədləşdirmək üçün öz-özünə fotoqrafiyanı öyrənir. Lakin səyahət haqqında yazılarını çap etdirə bilməyən Rocer, Böyük Depressiya dövründə iş tapa bilmir və 1936-cı ildə Britaniyaya qayıdır. Londonda o, BBC-nin "Listener" adlı jurnalında fotoqraf olaraq iş tapır. 1938-ci ildə "Black Star Agency" adlı yerdə qısamüddətli bir işə də olur.

İkinci Dünya müharibəsi başladıqdan sonra Rocer müharibəni fotolar çəkərək sənədləşdirmək istəyir. Alman düşərgəsi olan The Blitz ərazisində çəkdiyi fotolar ona Amerikanın "Life" jurnalında müharibə fotoqrafı işi qazandırır. Rocer Qərbi Afrikadakı müharibəni geniş şəkildə əhatə etdi və müharibənin sonuna qədər müttəfiqlərin Fransa, Belçika və Hollandiyadan azad edilməsi prosesini yaxından izlədi. Onun işləri həmçinin Birmada İngilis qüvvələrinin geri çəkilməsini də əhatə etdi. O, yəqin ki, Çin hərbçilərinin xüsusi icazəsi ilə Çinə səyahət edərək Birma Yolunda bir hekayə yazmağa icazə verən yeganə ingilis müharibə müxbiri və fotoqrafı idi.

Rocer 1945-ci ildə Bergen-Belsen-də konsentrasiya düşərgəsinə girən bir çox fotoqrafdan biri idi. Sağ qalanların və cəsəd yığınlarının fotoşəkilləri "Life" və "Time" jurnallarında nəşr olundu və ölüm düşərgələrinin reallığını göstərən təsirli işlərə imza atdı. Daha sonra Rocer düşərgədə keçirdiyi vaxtı xatırlayarkən dərk etdi ki, o, çox vaxt ağac və binalar arasında uzanan cəsədlərin qrafik baxımından xoş kompozisiyalarını axtarmağa çalışırdı. Bu travmatik təcrübədən sonra Rocer yenidən müharibə müxbiri kimi işləyə bilməyəcəyi qənaətinə gəldi. "Life" jurnalını tərk edərək, Afrika və Yaxın Şərqi gəzərək, bu ərazilərin vəhşi təbiətini və insanlarını sənədləşdirməyə davam etdi.

1947-ci ildə Rocer Maqnum Fotonun qurucu üzvü oldu. Sonrakı otuz il ərzində bir çox ekspedisiya və Afrika xalqlarının təbiətini, mənzərəsini fotoqraflaşdırmaq üçün sərbəst bir fotoqraf olaraq çalışdı. Rocerin Afrikadakı fotojurnalistika illərində çəkdiyi şəkillər bir çox jurnal və qəzetlərdə, o cümlədən də National Geographic-də yayımlandı.

Ailəsi və Evliliyi

Rocer evləndi və iki oğlu oldu. Onun oğullarından biri — Peter Britaniyada rejissor oldu. O, həmçinin ABŞ-nin Kaliforniya ştatında 2014-cü il Isla Vista cinayətlərinin günahkarı olan və intihar etməzdən əvvəl altı nəfəri öldürmüş və on dörd nəfəri yaraladımış Elliot Rocerin babası idi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Corc Rocer haqqında məlumat. Corc Rocer nədir? Corc Rocer nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Cüt

  • Mart 01, 2026

    Kanada dolları

  • Fevral 27, 2026

    Kolibri

  • Mart 01, 2026

    Capreolus

  • Fevral 27, 2026

    Pyer Trüdo

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst