Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Stalin göydələnləri (rus. Сталинские высотки) — 1947–1957-ci illər arası Moskvada tikilmiş yeddi (plana görə səkkiz) çoxmərtəbəli bina. Bir çox xarici kitablard

Stalin göydələnləri

  • Ana Səhifə
  • Vikipediya
  • Stalin göydələnləri

Stalin göydələnləri (rus. Сталинские высотки) — 1947–1957-ci illər arası Moskvada tikilmiş yeddi (plana görə səkkiz) çoxmərtəbəli bina. Bir çox xarici kitablarda bu binalar "yeddi bacı" adlanır. Binalar məhbusların və mülki inşaatçıların qüvvələri vasitəsilə tikilib.

Stalin göydələnləri
Xəritə
Ümumi məlumatlar
Memarlıq üslubu Stalin ampiri
Ölkə
  •  Rusiya
  •  SSRİ
Koordinatlar 55°42′11″ şm. e. 37°31′49″ ş. u.HGYO
Şərəfinə adlandırılıb İosif Stalin
Texniki detallar
Material qranit, mərmər, əhəng daşı
Dizayn və konstruksiya
Memar Gelfreyx Vladimir Georgiyeviç, Lev Rudnev, Pavel Abrosimov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Moskvanın panoramasında çoxmərtəbəligöydələnlərin layihəsi

Mündəricat

İdeyanın əsası

1922-ci ildə Sovetlərin Birinci Ümumittifaq Qurultayında Moskvada Sovetlər Sarayının[rus.] tikilməsi ideyası yarandı və bu ideya ömrünün sonuna qədər Stalini rahat buraxmadı. 1931-ci ildə Sovetlər Sarayının layihəsi üçün Ümumittifaq müsabiqəsi təşkil edildi, burada məşhur memarlar iştirak etdilər. 160 layihə təqdim olundu, lakin bütün tələblərə cavab verən layihə yox idi. Buna görə də layihələrin işlənməsi 1932–1933-cü illərə qədər davam etdi. Və sonda Boris Mixayloviçin[rus.] layihəsi əsas götürüldü. Binannın hündürlüyü 420 metr və 100 mərtəbədən ibarət olması nəzərdə tutulurdu. Binanın Xilaskar Məsih Məbədinin[rus.] yerində tikiləcəyi planlanmışdı. 1931-ci ildə məbəd partladıldı və tikinti 1939-cu ildə başladı. İkinci Dünya müharibəsi illərində tikinti dayandırıldı və müharibə başa çatdıqdan sonra belə bu tikinti layihəsini daha bərpa etmək mümkün olmadı. Partladılmış məbədin yerində isə fontan salındı.

Tarixi

İkinci Dünya müharibəsi başa çatdıqdan sonra ölkə rəhbərliyi Moskvada çoxmərtəbəli binalar tikmək fikrinə qayıtdı. Stalinin təklifi ilə 1947-ci il yanvarın 13-də SSRİ Nazirlər Soveti "Moskvada çoxmərtəbəli binaların tikintisi haqqında" qərar qəbul etdi. Bu qərarda səkkiz çoxmərtəbəli binanın tikintisi planları təsvir edilmişdi. Binaların sayının 1947-ci ildə qeyd olunan Moskvanın 800 illik yubileyini simvolizə etməli olduğu güman edilirdi, lakin 8-ci baniannı tikintisi Stalinin ölümündən sonra dayandırıldı.

Arxitektura

Stalin göydələnləri stalinist memarlığın ən aydın nümunələridir. "Stalin göydələnləri"nin memarlıq üslubu ABŞ-nin Vulvort Bildinq kimi göydələnlərinə meydan oxuyurdu.

Yeddi göydələn

  1. Moskva Dövlət Universitetinin əsas binası
  2. "Ukrayna" hoteli[rus.]
  3. Kotelniçeskaya sahilindəki yaşayış binası[rus.]
  4. Rusiya Xarici İşlər Nazirliyinin binası[rus.]
  5. Kudrinskaya meydanındakı yaşayış binası[rus.]
  6. “Qırmızı Qapı”nın yanında inzibati və yaşayış binası[rus.]
  7. Leninqradskaya hoteli[rus.]

Tikilməmiş göydələnlər

  1. Zaryadye inzibati binası[rus.]

Digərləri

Arxitektura baxımından 1934-cü ildə reallaşdırılmayan Qırmızı meydandakı Ağır Sənaye Xalq Komissarlığı binasının, Aeroflot Evinin və başqa bəzi binaların dizaynı Stalin göydələnlərinin dizaynına uyğun idi.

Başqa şəhərlərdə Stalin göydələnləri

Latviya Elmlər Akademiyasının binası (Riqa), Mədəniyyət və elm Sarayı (Varşava), Xreşçatik küçəsi 25 (Kiyev) yaşayış binası, "Beynəlxalq" hoteli (Praqa) və Azad Mətbuat Evi (Buxarest) dizayn baxımından stalin göydələnlərinə uyğundur. Varşavadakı Mədəniyyət və elm Sarayı SSRİ və Rusiyadan kənarda ən hündür Stalinist göydələndir. Sovet İttifaqının Polşa xalqına hədiyyəsi olaraq tikilmişdir. Varşava sakinləri bu göydələni "Stalinin xatirəsi" adlandırırlar.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Stalin göydələnləri haqqında məlumat. Stalin göydələnləri nədir? Stalin göydələnləri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 02, 2026

    Damğan döyüşü

  • Fevral 27, 2026

    Finlandiya bayrağı

  • Fevral 27, 2026

    Endrü Breytbart

  • Fevral 27, 2026

    Naturfəlsəfə

  • Fevral 27, 2026

    Roza Tağıyeva

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst