Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İlqar İlkin (Bayraməliyev İlqar Bayraməli oğlu; 15 mart 1972, Yormuğanlı, Kaxetiya) — Birlik jurnalının baş redaktoru, şair, Azərbaycan Yazıçılar Birliyinin və

İlqar İlkin

  • Ana Səhifə
  • Vikipediya
  • İlqar İlkin

İlqar İlkin (Bayraməliyev İlqar Bayraməli oğlu; 15 mart 1972, Yormuğanlı, Kaxetiya) — Birlik jurnalının baş redaktoru, şair, Azərbaycan Yazıçılar Birliyinin və Ulduz jurnalının redaksiya heyətinin üzvü.

İlqar İlkin
İlqar Bayraməli oğlu Bayraməliyev
Şəxsi məlumatlar
Doğum tarixi 15 mart 1972(1972-03-15) (53 yaş)
Doğum yeri
  • Yormuğanlı, Saqareco rayonu, Kaxetiya, Gürcüstan
Milliyyəti Azərbaycanlı
Təhsili
  • Kimya-biologiya təmayüllü respublika liseyi[d],
  • Bakı Dövlət Universitetinin Biologiya fakültəsi
İxtisası filologiya
Fəaliyyəti jurnalist

Mündəricat

Həyatı

Bayraməliyev İlqar Bayraməli oğlu 1972-ci ildə Gürcüstan, Saqareco rayonu, Qaraçöp mahalında anadan olub.

Ailəsi

Ailəlidir. Bir oğlu, bir qızı var.

Təhsili

1979-cu ildə Yor-Muğanlı kənd orta məktəbinə daxil olub, 1989-cu ildə Bakı şəhəri, 5 saylı kimya-biologiya təmayüllü internat məktəbini bitirib. 1990-95-ci illərdə Bakı Dövlət Üniversitetinin filologiya fakültəsində filoloq ixtisası üzrə təhsili alıb.

Fəaliyyəti

Mətbuat və diaspor fəaliyyəti

Tələbəlik illərindən yaradıcılıq fəaliyyətilə aktiv şəkildə məşğul olub və şeirlərim aparıcı qəzet və jurnallarda nəşr olunub. 100-ə yaxın kitabın redaktoru olub. 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin və “Ulduz” jurnalının redaksiya heyətinin üzvüdür. 1998-ci ildə yaradılan Dünya Gənc Türk Yazarlar Birliyinin əsas yaradıcılarından biri olub, 2004-ci ildən təşkilatın Məclis sədri olub.

1993-cü ildən “Yurddaş” qəzetində müxbir kimi fəaliyyətə başlayıb və 2000-ci ilə qədər müxtəlif mətbuat orqanlarında müxbir, şöbə müdiri, redaktor kimi fəaliyyət göstərib.

2001-2005-ci illər ərzində Milli QHT Forumunun mətbuat xidmətinin rəhbəri, eyni zamanda BMT-nin Təlim və Resurs Mərkəzinin dəstək verdiyi “QHT bülleteni”nin redaktoru olub.

2005-2009-cu illərdə Türkiyə Cümhuriyyətində yaşadığı müddətdə biznes fəaliyyətilə yanaşı, Türkiyədəki Azərbaycan diaspora təşkilatları ilə də aktiv əməkdaşlıq edərək, diaspora təşkilatlarının işinə yardım edib.

2009-cu ildən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi, təşkilatın təsis etdiyi “Birlik” jurnalının baş redaktorudur. Eyni zamanda 2013-cü ilin aprel ayından Milli QHT Forumunun Diaspora və Lobbiçilik departamentinin rəhbəri təyin olunub.

Kitabları

  • 1996-cı ildə “Halal eylə bu sevgini” adlı şeirlər kitabı,
  • 1998-ci ildə isə həm müəlliflərindən biri olduğu “Qaytarılan köç karvanı” publisistik kitabı.

Təltif və mükafatları

  • 2014-cü ildə Prezident təqaüdünə layiq görülüb.
  • 2015-ci ildə 22 iyul Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə bağlı keçirilən təntənəli tədbirdə Mətbuat Şurasının Ali Media Mükafatına layiq görülüb
  • 2016-cı ildə Azərbaycan milli jurnalistikasının inkişafındakı xidmətlərinə görə "Mirzə Cəlil" Media Mükafatına layiq görülüb.
  • 2017-ci ildə Belçika Türkcə Media Birliyi tərəfindən Türk dünyasına verdiyi töhfələrə və media əlaqələrinə görə təltif "Fəxri Diploma"layiq görülüb.
  • 2018-ci ildə Azərbaycan-Türkiyə Evi və Azərbaycan Diasporu İnformasiya Mərkəzi tərəfindən diaspor və media sahəsində xidmətlərinə görə "Fəxri Diplom"da layiq görülüb.
  • 2018-ci ildə Türk Dünyası Qəzetçilər Federasiyası tərəfindən Türkiyə Mətbuat Onur Günü ilə bağlı türk dünyasındakı fəaliyyətlərdən dolayı "Fəxri Fərmana"da layiq görülüb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İlqar İlkin haqqında məlumat. İlqar İlkin nədir? İlqar İlkin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sığorta

  • Fevral 27, 2026

    Praqmatika

  • Fevral 27, 2026

    Damburneya minima

  • Fevral 25, 2026

    Teleqram

  • Mart 01, 2026

    Krefeld

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst