Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Karlo Kollodi (it. Carlo Collodi, əsl adı Carlo Lorenzini; 24 noyabr 1826[…], Florensiya, Böyük Toskana hersoqluğu[…] – 26 oktyabr 1890[…], Florensiya, İtaliya

Karlo Kollodi

  • Ana Səhifə
  • Vikipediya
  • Karlo Kollodi

Karlo Kollodi (it. Carlo Collodi, əsl adı Carlo Lorenzini; 24 noyabr 1826[…], Florensiya, Böyük Toskana hersoqluğu[…] – 26 oktyabr 1890[…], Florensiya, İtaliya krallığı[…]) — italyan yazıçısı və jurnalisti, əsasən, Karlo Kollodi adı ilə tanınır. Uşaq ədəbiyyatının görkəmli yazıçılarından biridir. Yazıçıya ən çox məşhurluğu Pinokyo gətirmişdir.

Karlo Kollodi
it. Carlo Collodi
Doğum adı Carlo Lorenzini
Təxəllüsü Carlo Collodi
Doğum tarixi 24 noyabr 1826
Doğum yeri Florensiya, Böyük Toskana hersoqluğu
Vəfat tarixi 26 oktyabr 1890 (63 yaşında)
Vəfat yeri Florensiya, İtaliya
Fəaliyyəti Yazıçı, Jurnalist
Fəaliyyət illəri 1856-cı ildən
Əsərlərinin dili italyan dili
Janr uşaq ədəbiyyatı
Tanınmış əsərləri
  • Pinokyonun məcaraları
İmza
carlocollodi.it
Vikimənbənin loqosu Karlo Kollodi Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Karlo Kollodi Florensiyada dünyaya gəlmişdir. Atası aşpaz Domeniko Lorenzini, anası xidmətçi Angela Orzali idi. Yazıçı on övladın birincisi idi. O, uşaqlığını Kollodidə, dağ ətəyində keçirib. İlk təhsilini burada aldıqdan sonra ruhanilik oxumaq üçün Val Delsa seminariyasına göndərilir. Buranı bitirdikdən sonra kitab satıcısı işləyib. Yazıçı daha sonra siyasətə qoşulur. 22 yaşında İtaliya müstəqillik hərəkatı üçün məqalələr yazmağa başlayır. 1848-ci ildə "İl Lampione" adlı satirik jurnalın əsasını qoyur. Ancaq bir il sonra jurnalın çapı qadağan edilir. Kollodi eyni zamanda komediyalar yazmış, qəzetlər redaktə etmişdir. Yazıçı Kollodi təxəllüsünü anasının doğulduğu yerin adından götürmüşdür. 1870-ci ildə yazıçı teatr senzurasında işlənməyə başlayır. Daha sonra o, uşaq ədəbiyyatını özünə peşə seçir və fransız yazıçısı Çarlz Perraultun nağıllarını tərcümə etməya başlayır. Kollodi eyni zamanda öz uşaq hekayələrini də yazmışdır. O, öz hekayələrini "Qianettino" adlı jurnalda çap etdirirdi. Həyatı boyu evlənməyən Karlo Kollodi gələcəkdə onu gözləyən şöhrətdən xəbərsiz 1890-cı ildə Florensiyada həyatını dəyişdi.

Yaradıcılığı

Kollodi öz yaradıcılığı daxilində "Oyuncaq hekayəsi" adlı roman üzərində işləməyə başladı. Sonra isə onun adını dəyişərək "Pinokyonun məcaraları" qoydu. Yazıçını dünya şöhrətli edən də elə bu roman idi. Pinokyonun ilk hissəsi 1881-ci ildə "Qiornale dei bambini" adlı həftəlik uşaq jurnalında çap edildi. Pinokyo böyük müvəffəqiyyət əldə etsə də, kilsə ataları bunun üsyana səbəb ola biləcəyini düşünürdülər. Hekayə Qepetto adlı dülgər tərəfindən düzəldilmiş oyuncaq haqqındadır. Oyuncaq canlanır və insani xüsusiyyətləri öyrənir. Pinokyonun ayaqları yandırılır, zəncirlənir, hətta asılır. Ancaq o ölmür. Pinokyonun ən böyük arzusu isə əsl oğlan olmaqdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Karlo Kollodi haqqında məlumat. Karlo Kollodi nədir? Karlo Kollodi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Spirtli içki

  • Fevral 27, 2026

    Ülufə divanı

  • Fevral 27, 2026

    Hepatit C

  • Fevral 27, 2026

    Bədəl Bədəlov

  • Mart 01, 2026

    Hadson (dairə)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst