Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səadət Qabil qızı Cahangir (8 yanvar 1968, Diləli Müskənli, Qubadlı rayonu) — Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü, "Azadlıq" qəzetinin köşə

Səadət Cahangir

  • Ana Səhifə
  • Vikipediya
  • Səadət Cahangir

Səadət Qabil qızı Cahangir (8 yanvar 1968, Diləli Müskənli, Qubadlı rayonu) — Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü, "Azadlıq" qəzetinin köşə yazarı, şairə.

Səadət Cahangir
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini
Vəzifədədir
2 sentyabr 2023-cü ildən
    SədrƏli Kərimli
    Şəxsi məlumatlar
    Doğum tarixi 8 yanvar 1968(1968-01-08) (58 yaş)
    Doğum yeri
    • Diləli Müskənli, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ
    Milliyyəti azərbaycanlı
    Partiya
    • Azərbaycan Xalq Cəbhəsi Partiyası
    Təhsili
    • Bakı Dövlət Universiteti
    Fəaliyyəti şairə, publisist

    Mündəricat

    Həyatı

    Səadət Cahangir 8 yanvar 1968-ci ildə Qubadlı rayonunun Diləli Müskanlı kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə və Hal kənd orta məktəblərində alıb. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinə daxil olub. 1990-cı ildə BDU-nu bitirərək doğulduğu kəndə qayıdıb. 1993-cü ildə Qubadlı rayonu işğal olunduqdan sonra Bakıya köçüb.

    1996-cı ildən etibarən "Azadlıq" qəzetində çalışır. 2001–2007-ci illər arasında BP neft şirkətində informasiya və redaktə işləri üzrə məsul işçi vəzifəsində çalışıb. 2007–2010-cu illərdə "Universe" tərcümə şirkətində redaktor kimi fəaliyyətini davam etdirib.

    Ailəsi

    Səadət Cahangirin atası Qabil Cahangirli, anası isə Ulduz xanımdır. Ulduz xanım Cavanşirlər nəslindəndir. Şair Məhəmməd bəy Aşiq və Əbdüssəməd bəy Aşiq Ulduz xanımın ulu babalarıdır. Ulduz xanımın Ağabəyim ağa, Gövhər ağa, Xurşidbanu Natəvan, Qasım bəy Zakir ilə də yaxın qohumluq əlaqələri var.

    Səadət Cahangir 1991-ci ildə ailə qurub, bir oğlu var.

    İctimai-siyasi fəaliyyəti

    Tələbəlik illərində universitetdə yaradılan "Yurd" birliyinin (1987) üzvlərindən, sonralar tələbə hərəkatının fəallarından olub. Azərbaycanda başlanan azadlıq hərəkatında yaxından iştirak edib. 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi yarandığı gündən təşkilata üzv olub. Hazırda Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvüdür.

    1990-cı illərdə Qubadlı rayonunda nəşr olunan "Bərgüşad" qəzetində çalışıb.

    Bakıya köçdükdən sonra bir müddət "Demokratiyanın İnkişafı" Fondunda, sonra isə "Azadlıq" qəzetində işləyib. 2011-ci ildə yenidən köşə yazarı olaraq "Azadlıq" qəzetinə qayıdıb. Hazırda qəzetin köşə yazarıdır.

    Yaradıcılığı

    Səadət Cahangir ilk şeirlərini məktəb illərindən yazmağa başlayıb. Orta məktəb illərində rayon qəzetində şeirləri və məqalələri çıxıb. İlk şeir kitabı "Bu sevdamı, nağılmı?" 2004-cü ildə, ikinci şeir kitabı "Qırov" 2013-cü ildə, üçüncü şeir kitabı "İçimdə bulud səsi" isə 2021-ci ildə çıxıb. Şeirləri Türkiyə və Fransada nəşr olunub. O, şeir kitablarından başqa, 3 tərcümə kitabının müəllifidir. Sözlərinə çox sayda mahnılar bəstələnib. Müğənni Flora Kərimovanın ifasında səslənən "Daha o yerlərdə kimim var mənim" mahnısının, müğənni və bəstəkar Rəşidə Rəşidin bəstələdiyi "Ağlama" mahnısının, bəstəkar, müğənni Hatəm Nəbioğlunun "Kapitan", "Ölkəm qədər qırğınam", "Uzaqlardan əsən yel" mahnılarının sözlərinin müəllifidir.

    Mükafatları

    • Həsən bəy Zərdabi mükafatı, 2015-ci il
    • "Free Person" təşkilatı tərəfindən "İlin ən yaxşı mədəniyyət və incəsənət" yazarı, 2002-ci il

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səadət Cahangir haqqında məlumat. Səadət Cahangir nədir? Səadət Cahangir nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Mart 01, 2026

      Abdulax Xaybulayev

    • Fevral 27, 2026

      I Faruq

    • Mart 01, 2026

      Yumşaqtüklü qızılağac

    • Fevral 23, 2026

      Haplorhini

    • Fevral 27, 2026

      Şəmşəddin

    Trend Mahnılar
    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    • Fevral 17, 2026

      Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Xumar Qedimova - Dünya

    • Fevral 21, 2026

      Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

    • Fevral 22, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst