Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ramiz Babayev 1940-cı il mart ayının 8-də Bakının Əmircan qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. Atası Əlirza Yengixan oğlu Babayev (1894–1947) neft mədən

Ramiz Babayev

  • Ana Səhifə
  • Vikipediya
  • Ramiz Babayev

Ramiz Əlirza oğlu Babayev (8 mart 1940, Əmircan – 11 yanvar 1994, Bakı) — Azərbaycan kinooperatoru.

Ramiz Babayev
Doğum tarixi 8 mart 1940(1940-03-08)
Doğum yeri
  • Əmircan, Orconikidze rayonu, Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 11 yanvar 1994(1994-01-11) (53 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi ürək tutması
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti kinooperator
Təhsili
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Həyatı

Ramiz Babayev 1940-cı il mart ayının 8-də Bakının Əmircan qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. Atası Əlirza Yengixan oğlu Babayev (1894–1947) neft mədənlərində calışmış, anası Aliyə Məlikəhməd qızı Babayeva (1919–1994) isə evdar qadın olmuşdur. O 1947-ci ildə Əmircan qəsəbəsindəki 89 saylı orta məktəbdə oxumağa başlamışdır. 1957-ci ildə məktəbi bitirmiş və həmin il Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında operator köməkçisi vəzifəsində işləməyə başlamışdır. 1959-cu ildə Odessa şəhərində Kinematoqrafiya məktəbinə daxil olmuş və həmin məktəbi 1962-ci ildə bitirdikdən sonra yenidən kinostudiyaya qayıtmışdır. Kinostudiyada işini davam etdirməklə yanaşı, 1963-cü ildə M. Əzizbəyov adına Neft və Kimya İnstitutunun Energetika fakültəsinə daxil olmuş və 1969-cu ildə həmin İnstitutu "Elektrik intiqalı və avtomatlaşdırılmış qurğular" ixtisası üzrə bitirmişdir. 1975-ci ildə ailə həyatı qurmuşdur. 2 qız övladı var. 1986-cı ildə SSRİ Kinematoqrafçılar İttifaqına üzv seçilmişdir. 1988-ci ildə "Əmək qəhrəmanı" ordeni ilə təltif olunmuşdur. 1990-cı ildə Əmircan qəsəbəsindən deputat secilmişdir. Ramiz Babayev eyni zamanda bir çox filmlərdə epizodik rollarda da çəkilmişdir. O, 1994-cü il yanvarın 11-də geniş əhatəli infarktdan vəfat etmişdir.

Filmoqrafiya

  1. Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film)-quraşdırma səhnələrin operatoru
  2. Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film)-quraşdırılmış səhnələrin operatoru
  3. Avqust gələndə (film, 1984)
  4. Bayquş gələndə... (film, 1978)
  5. Bir ailəlik bağ evi (film, 1978)
  6. Bircəciyim (film, 1986)
  7. Bizim küçənin oğlanları (film, 1973)
  8. Bu, Səttar Bəhlulzadədir (film, 1969)
  9. Cin mikrorayonda (film, 1985)
  10. Doğma sahillər (film, 1989)
  11. Fəryad (film, 1993)
  12. Fitnə (film, 1970)
  13. Gecə qatarında qətl (film, 1990)
  14. Gilas ağacı (film, 1972)
  15. Girişmə, öldürər! (film, 1990)
  16. Gümüşü furqon (film, 1982)
  17. Güzgü (film, 1990)(II)
  18. Haray (film, 1993)
  19. Həmyerli (film, 1989)
  20. Xüsusi vəziyyət (film, 1986)
  21. İmtahan (film, 1987)
  22. İnsan məskən salır (film, 1967)
  23. İşarəni Dənizdən Gözləyin (1986)
  24. Köhnə bərə (film, 1984)
  25. Qanlı zəmi (film, 1985)
  26. Qara "Volqa" (film, 1994)
  27. Qara gölün cəngavərləri (film, 1984)
  28. Qızıl uçurum (film, 1980)
  29. Qocalar, qocalar... (film, 1982)
  30. Lətifə (film, 1989)
  31. Mən mahnı qoşuram (film, 1979)
  32. Od içində (film, 1978)
  33. Onun bəlalı sevgisi (film, 1980)
  34. Ölsəm... bağışla (film, 1989)
  35. Ötən ilin son gecəsi (film, 1983)
  36. Pıspısa xanım və Siçan bəy (film, 1974)
  37. Sehrli xalat (film, 1964)
  38. Şərikli çörək (film, 1969)
  39. Şirbalanın məhəbbəti (film, 1991)
  40. Uşaqlığın son gecəsi (film, 1968)
  41. Üzeyir ömrü (film, 1981)
  42. Yay gününün xəzan yarpaqları (film, 1986)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ramiz Babayev haqqında məlumat. Ramiz Babayev nədir? Ramiz Babayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    The Times

  • Fevral 27, 2026

    Arunaçal-Pradeş

  • Mart 01, 2026

    Malva parviflora

  • Fevral 27, 2026

    Ceklilər

  • Fevral 27, 2026

    Zəncəfil

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst