Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rəşid Meredov (türkm. Raşit Meredow; 29 may 1960, Aşqabad, Türkmənistan SSR, SSRİ) — türkmənistanlı dövlət xadimi, Türkmənistan Respublikasının Nazirlər Kabinet

Rəşid Meredov

  • Ana Səhifə
  • Vikipediya
  • Rəşid Meredov

Rəşid Meredov (türkm. Raşit Meredow; 29 may 1960, Aşqabad, Türkmənistan SSR, SSRİ) — türkmənistanlı dövlət xadimi, Türkmənistan Respublikasının Nazirlər Kabineti sədrinin müavini (2003), Türkmənistan Respublikasının xarici işlər naziri (2001).

Rəşid Meredov
türkm. Raşit Öwezgeldiýewiç Meredow
Türkmənistan Respublikası Nazirlər Kabineti sədrinin müavini
Vəzifədədir
21 fevral 2003-cü ildən
    PrezidentSaparmurat Niyazov
    Qurbanqulu Berdiməhəmmədov
    Türkmənistan Respublikasının Xarici işlər naziri
    7 iyul 2001 – vəzifədədir
    PrezidentSaparmurat Niyazov
    Qurbanqulu Berdiməhəmmədov
    ƏvvəlkiBatır Berdiyev
    Türkmənistan Məclisinin Sədri
    may 2001 – 7 iyul 2001
    ƏvvəlkiSahat Muradov
    SonrakıRəcəpbay Arazov
    Şəxsi məlumatlar
    Doğum tarixi 29 may 1960(1960-05-29) (65 yaş)
    Doğum yeri
    • Aşqabad, Türkmənistan SSR, SSRİ
    Partiya
    • Türkmənistan Demokrat Partiyası
    Təhsili
    • Moskva Dövlət Universitetinin Hüquq fakültəsi[d]
    Fəaliyyəti siyasətçi, diplomat
    Elmi fəaliyyəti
    Elmi dərəcəsi
    • hüquq elmləri üzrə fəlsəfə doktoru

    Təltifləri "Dostluq" ordeni "Müstəqillik" ordeni Türkmənistan Prezidentinin "Bitərəflik" ordeni "Dirçəliş" ordeni 3-cü dərəcəli "Qızıl əsr" ordeni "Türkmənistanın müstəqilliyinin 20 illiyinə" medalı "Vətənə sevgiyə görə" medalı "Cəsarət" ordeni
    "Məxdumqulu Fəraqi" medalı
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Həyatı

    Rəşid Meredov 29 may 1960-cı ildə Aşqabadda anadan olub. Atası milliyətcə türkmən, anası isə azərbaycanlıdır. Uşaqlığı Marı şəhərində keçib.

    1982-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1982–1984-cü illərdə A. M. Qorki adına Türkmənistan Dövlət Universitetində müəllim işləyib. 1984–1987-ci illərdə Moskva Dövlət Universitetində aspirantura təhsili alıb.

    1990–1991-ci illərdə Türkmənistan Ədliyyə Nazirliyində işləyib. 1991-ci ildən Türkmənistan Xarici İşlər Nazirliyində və Türkmənitstan Prezidenti Aparatında çalışıb. 1993-cü ilin martından 1994-cü ilədək Türkmənistan Prezidenti Aparatının hüquq bölməsinin müdiri işləyib.

    1994-cü ildə Türkmənistan Məclisinə (parlamentinə) seçilib. 1996–1999-cu illərdə Türkmənistan prezidenti yanında Demokratiya və İnsan Hüquqları Milli İnstitutunun direktor müavini işləyib. 1996-cı ildə eyni zamanda Rusiya XİN-nin Diplomatik Akademiyasında qısa kurslar keçib. 1999-cu ilin mayında xarici işlər nazirinin birinci müavini təyin edilib. 2001-ci ilin may-iyul aylarında Türkmənistan Məclisinin Sədri olub. 2001-ci ilin iyul ayında Türkmənistan xarici işlər naziri təyin olunub. 2003-cü ilin fevral ayından eyni zamanda Türkmənistan Nazirlər Kabineti sədrinin müavini vəzifəsini də icra edir.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rəşid Meredov haqqında məlumat. Rəşid Meredov nədir? Rəşid Meredov nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Sverdlovsk

    • Fevral 27, 2026

      Qeysər Kaşıyeva

    • Fevral 27, 2026

      Qulu Novruzov

    • Mart 01, 2026

      Axısqa

    • Mart 01, 2026

      T-54

    Trend Mahnılar
    • Fevral 25, 2026

      Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

    • Fevral 17, 2026

      Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

    • Fevral 25, 2026

      Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst