Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Leyla Yaşar qızı Abdullayeva (1981, Bakı) — Azərbaycan diplomatı, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi (2018–2022)

Leyla Abdullayeva

  • Ana Səhifə
  • Vikipediya
  • Leyla Abdullayeva

Leyla Yaşar qızı Abdullayeva (1981, Bakı) — Azərbaycan diplomatı, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi (2018–2022), Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri (2022–h.h).

Leyla Abdullayeva
Azərbaycan Respublikasının Fransadakı fövqəladə və səlahiyyətli səfiri
Vəzifədədir
17 oktyabr 2022-ci ildən
    Prezidentİlham Əliyev
    ƏvvəlkiRəhman Mustafayev
    Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi
    4 oktyabr 2018 – 17 oktyabr 2022
    NazirElmar Məmmədyarov (2004-2020)
    Ceyhun Bayramov (2020-)
    ƏvvəlkiHikmət Hacıyev
    SonrakıAyxan Hacızadə
    Şəxsi məlumatlar
    Doğum tarixi 1981(1981) (44–45 yaş)
    Doğum yeri
    • Bakı, Azərbaycan SSR, SSRİ
    Təhsili
    • Bakı Dövlət Universiteti
    Fəaliyyəti dövlət rəsmisi, diplomat
    Həyat yoldaşı Hüseyn Hüseynov

    Təltifləri "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı — 20182018
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı və karyerası

    Leyla Abdullayeva 1981-ci ildə Bakıda anadan olub. Orta təhsilini Bakıda alıb və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb.

    2002-ci ildən Xarici İşlər Nazirliyində çalışır. Nazirlikdə çalışdığı müddətdə regional təhlükəsizlik, Azərbaycanın regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olub. Azərbaycan Respublikasının NATO yanındakı Nümayəndəliyində və Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik fəaliyyət göstərib. XİN-də bundan öncə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində (AİDA) direktor müavini vəzifəsində çalışıb.

    Leyla Abdullayeva 9 iyul 2018-ci ildə "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur. 4 oktyabr 2018-ci il tarixindən 17 oktyabr 2022-ci il tarixinədək Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi vəzifəsini icra edib.

    Prezident İlham Əliyevin 17 oktyabr 2022-ci il tarixli sərəncamına əsasən Azərbaycanın Fransadakı səfiri vəzifəsinə təyin edildi.

    Ailəsi

    Leyla Abdullayeva Hüseyn Hüseynov ilə evlidir və iki övladı var. Həyat yoldaşı Hüseyn Hüseynov Azərbaycanın Bolqarıstandakı səfiri vəzifəsini tutub.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Leyla Abdullayeva haqqında məlumat. Leyla Abdullayeva nədir? Leyla Abdullayeva nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Mart 01, 2026

      Hacı Məmmədov

    • Mart 01, 2026

      Çanaq

    • Fevral 27, 2026

      Sərdrud

    • Fevral 25, 2026

      Alpout (Bərdə)

    • Fevral 27, 2026

      Rahibə

    Trend Mahnılar
    • Fevral 25, 2026

      Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Selale Sesli - Gel mene addim addim Remix

    • Fevral 24, 2026

      Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

    • Fevral 25, 2026

      Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Xumar Qedimova - Dünya

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst