Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vasif Vaqif oğlu Qafarov (25 yanvar 1982, Cəngəmiran, Lerik rayonu) — Azərbaycan tarixçisi, AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun

Vasif Qafarov

  • Ana Səhifə
  • Vikipediya
  • Vasif Qafarov

Vasif Vaqif oğlu Qafarov (25 yanvar 1982, Cəngəmiran, Lerik rayonu) — Azərbaycan tarixçisi, AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru (2023), dosent, "Azərbaycanlılara qarşı soyqırımı: tarixi və konsepsiyası" elmi qrupunun rəhbəri, Milli Məclisin VII çağırış deputatı.

Vasif Qafarov
Vasif Vaqif oğlu Qafarov
Azərbaycan Milli Məclisinin VII çağırış deputatı
Vəzifədədir
23 sentyabr 2024-cü ildən
    Seçki dairəsi2024 — 80 saylı Lerik-Astara seçki dairəsi
    Şəxsi məlumatlar
    Doğum adı Vasif Vaqif oğlu Qafarov
    Doğum tarixi 25 yanvar 1982(1982-01-25) (44 yaş)
    Doğum yeri
    • Cəngəmiran, Lerik rayonu, Azərbaycan SSR, SSRİ
    Milliyyəti azərbaycanlı
    Vətəndaşlığı Azərbaycan Azərbaycan
    Təhsili
    • Bakı Dövlət Universitetinin Tarix fakültəsi
    Fəaliyyəti tarixçi, siyasətçi
    Uşağı 3
    Dini islam
    Elmi fəaliyyəti
    Elm sahəsi tarix
    Elmi dərəcəsi
    • tarix elmləri doktoru
    Elmi adı dosent
    İş yeri A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu

    Mündəricat

    Həyatı

    Vasif Vaqif oğlu Qafarov 1982-ci il yanvar ayının 25-də Lerik rayonunun Cəngəmiran kəndində ziyalı ailəsində anadan olub. 1988–1999-cu illərdə Cəngəmiran kənd orta məktəbində təhsil alıb.

    1999-cu ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə qəbul olunub. 2003-cü ildə Tarix fakültəsinin bakalavr pilləsini, 2005-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomları ilə bitirib.

    2006–2009-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani doktorantı olub. 2009-cu ildə "Şimali Azərbaycan məsələsi Rusiya-Türkiyə münasibətlərində (1917–1922)" mövzusunda dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 25 aprel 2017-ci il tarixli qərarı ilə dosent elmi adına layiq görülüb.

    2014–2019-cu illərdə AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun elmlər doktoru istiqaməti üzrə doktorantı olub. V. Qafarov 2022-ci il sentyabrın 30-da "Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasının Azərbaycan siyasəti" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Ali Attestasiya Komissiyasının 23 iyun 2023-cü il tarixli qərarı ilə Vasif Qafarov tarix elmləri doktoru elmi dərəcəsini alıb.

    Əmək fəaliyyəti

    Vasif Qafarov əmək fəaliyyətinə 2006-cı ildə Bakı Dövlət Universitetində müəllim kimi başlayıb. 2007–2017-ci illərdə Azərbaycan Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.

    Vasif Qafarov 2014–2015-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu"nda tarixçi-ekspert vəzifəsində işləyib.

    2017-ci ildə AMEA Qafqazşünaslıq İnstitutunda şöbə müdiri, 2017–2023-cü illərdə AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunda aparıcı elmi işçi vəzifələrində çalışıb. 2023-cü ildən indiyədək AMEA A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda baş elmi işçi, "Azərbaycanlılara qarşı soyqırımı: tarixi və konsepsiyası" elmi qrupunun rəhbəri vəzifəsində çalışır. AMEA A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür.

    Vasif Qafarovun elmi axtarışlarının əsas istiqamətini Azərbaycanın XIX əsr – XX əsrin əvvəlləri dövrü tarixinin müxtəlif məsələlərinin araşdırılması təşkil edir. O, Azərbaycanın XIX–XX əsrlər tarixinin müxtəlif problemlərini əhatə edən elmi əsərlərin yazılmasında, sənədlər toplularının hazırlanmasında iştirak edib. Vasif Qafarov Azərbaycanda və xarici ölkələrdə nəşr olunmuş 12 kitabın və 100-dən çox elmi məqalənin müəllifidir. O, Azərbaycan, Türkiyə, Rusiya, Macarıstan, Monteneqro və digər ölkələrdə keçirilən 30-dan çox beynəlxalq elmi konfransda iştirak edib və elmi məruzələrlə çıxış edib.

    Vasif Qafarov 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən növbədənkənar parlament seçkilərində 80 saylı Lerik-Astara seçki dairəsindən deputat seçilib. Milli məclisin Regional məsələlər və Elm və təhsil komitəsinin üzvüdür.

    Şəxsi həyatı

    Vasif Qafarov ailəlidir, üç övladı var.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vasif Qafarov haqqında məlumat. Vasif Qafarov nədir? Vasif Qafarov nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Yeniqala burnu

    • Fevral 27, 2026

      Göteborq Universiteti

    • Fevral 27, 2026

      Qızyurdu (zirvə)

    • Fevral 27, 2026

      Əl-Nəsr FK

    • Fevral 10, 2026

      Nikolas Maduro

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

    • Fevral 22, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

    • Fevral 25, 2026

      Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst