Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Terek qumuqları — Çeçenistan, Şimali Osetiya və Alaniya ərazilərində Terek çayı boyunca yaşayan qumuqların etnik qrupu. 2010-cu ildə keçirilmiş Ümumrusiya əhali

Terek qumuqları

  • Ana Səhifə
  • Vikipediya
  • Terek qumuqları

Terek qumuqları — Çeçenistan, Şimali Osetiya və Alaniya ərazilərində Terek çayı boyunca yaşayan qumuqların etnik qrupu. 2010-cu ildə keçirilmiş Ümumrusiya əhalinin siyahıya alınmasına görə sayları təxminən 28 min nəfərdir. İnanc olaraq müsəlman sünnidirlər. İki etnik alt qrupa bölünürlər braqunlar (Çeçenistanın Qudermes və Qroznı rayonlarında yaşayırlar) və mozdoklular (ya da mozdok qumuqları, Şimali Osetiya Alaniya respublikasında Mozdok rayonunda yaşayırlar).

Terek qumuqları
2010-cu il siyahıyaalınmasına görə qumuqların yaşadıqları ərazilər
2010-cu il siyahıyaalınmasına görə qumuqların yaşadıqları ərazilər
2010-cu il siyahıyaalınmasına görə qumuqların yaşadıqları ərazilər
Özünüadlandırma
(qum:qumuqlar, къумукълар)
Ümumi sayı
28 min nəfər
Yaşadığı ərazilər
Rusiya Rusiya 28.300 (2010)
Şimali Osetiya
16.092 (2010)
Çeçenistan
12.221 (2010)
Dili

Qumuq dili

Dini

İslam

Daxildir
Türk xalqları

Tarixi

Göründüyü qədər terek qumuqları qıpçaqlara qədər Terek çayının bütün sağ sahili boyunca və Sunjey çayı arasında yaşayan tümenlərdən törəyiblər. Bütün bu ərazilər XVI əsrə qədər Tümen xanlığının ərazisinə daxil olub. XVI əsrdən XVII əsrə qədər bu ərazilər Tarku şamxallığından asılı olan və əhalisinin böyük hissəsini qumuqlar təşkil edən Braqun hakimliyinin tərkibində olub. General Yermolovun məktublarında bunlar yazılıb:

" Vəba kabardinlərə qarşı bizim müttəfiqimiz idi. O Kiçik Kabardanın bütün əhalisini məhv edib Böyük Kabardada böyük boşluqlar yaratdı. Onları o dərəcədə zəiflətdi ki onlar artıq əvvəlki kimi böyük güclə toplana bilmirdilər. Ancaq kiçik qruplar şəklində hücumlar edirdilər. Yoxsa böyük ərazi boyunca səpələnmiş hissələrimiz böyük təhlükəsi ilə üzləşə bilərdilər. Çeçenlərdən sonra Terek çayının sağ sahili boyunca andreevski, aksaevski və kostexovski xalqları yaşayırlar. Özlərini qumuq adlandıran onlar əvvəldən bizim təbəəmizdirlər. Hər üç qumuq hakimliyi yaşına görə böyük şahzadə və ya bəy tərəfindən ardıcıllıqla idarə edilirdi. Çox vaxt belə alınırdı ki ən bacarıqlılar idarə edirdilər. Bu bölgələrdə yaşayan əhali əhəmiyyətsizdir xəzinələrində heç bir gəlir yoxdur. "

Məhz vəba vaxtilə XVII – XVIII əsrlərdə qumuqlar tərəfindən sıx məskunlaşmış qumuq düzənliklərinin boşalmasına səbəb oldu.

XVII əsrin sonu XVIII əsrdən etibarən bütün bu ərazilərə çeçenlər köçməyə başlayırlar. Qumuq əhalisinin əksəriyyəti isə bu əraziləri tərk edirlər.

Terek vilayəti bölündükdən sonra terek qumuqları əsasən Dağıstanda yaşayan qumuq etnosundan ayrı düşərək ayrıca etnik qrup kimi formalaşdılar. Onların hazırda yaşadıqları ərazilər sonradan formalaşdırılmış Çeçenistan Respublikası və Şimali Osetiya ərazisində yerləşir.

Terek qumuqlarının yaşadıqları yaşayış məskənləri

Braqunlar – Braqun kəndi (qum Borağan), Vinoqradnoe (qum Bammatyurt), Darbanxi (qum İstisuv)

Mozdoklar – Qızılyar (Quçukyurt), Predqornoe (qum Borasuvotar), Malıy Malqobek (Qiççiotar) Kalininskiy

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Terek qumuqları haqqında məlumat. Terek qumuqları nədir? Terek qumuqları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Yəsrib

  • Fevral 27, 2026

    Demetrius (Falerli)

  • Fevral 27, 2026

    Vazeh Əsgərov

  • Fevral 27, 2026

    Paşa Kərimov

  • Fevral 27, 2026

    Enkidu

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst