Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Tərəqqi" medalı — Azərbaycanın dövlət təltifi. "Tərəqqi" medalı, Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 1992-ci il 10 noyabr tarixli 370 nömrəli Qanunu ilə tə

Tərəqqi medalı

  • Ana Səhifə
  • Vikipediya
  • Tərəqqi medalı

"Tərəqqi" medalı — Azərbaycanın dövlət təltifi. "Tərəqqi" medalı, Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 1992-ci il 10 noyabr tarixli 370 nömrəli Qanunu ilə təsis edilib. Heydər Əliyevin 1993-cü il 6 dekabr tarixli 758 saylı Qanunu ilə isə, medalın əsasnaməsi və təsviri təsdiq edilib.

"Tərəqqi" medalı

Ölkə Azərbaycan Azərbaycan
Tip Medal
Təltif edir
  • Azərbaycan Respublikasının Prezidenti
Status təqdim olunur
Statistika
Təsis tarixi 10 noyabr 1992
Ardıcıllıq
Yüksək mükafat "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı
Aşağı mükafat "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsasnaməsi

"Tərəqqi" medalının əsasnaməsi, Heydər Əliyevin 1993-cü il 6 dekabr tarixli 758 saylı Qanunu ilə təsdiq edildi.

1. "Tərəqqi" medalı Azərbaycan vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:
1.1. Kənd təsərrüfatı və sənaye sahəsində qazandıqları uğurlara görə;
1.2. Böyük əhəmiyyətli ixtiralara və səmərələşdirici təkliflərin verilməsinə görə;
1.3. Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, hüquq, təhsil və səhiyyə sahələrində xidmətlərinə görə;
1.4. Xalq təsərrüfatı obyektlərinin inşasında, yenidən qurulmasında görkəmli xidmətlərinə görə;
1.5. Bədən tərbiyəsi və idmanın inkişafında səmərəli fəaliyyətinə görə.
2. "Tərəqqi" medalı döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda "İgidliyə görə" medalından sonra taxılır.

Təsviri

"Tərəqqi" medalının təsviri Heydər Əliyevin 1993-cü il 6 dekabr tarixli 758 saylı Qanunu ilə təsdiq edilmişdir.

"Tərəqqi" medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş 36 mm diametrli dairəvi lövhədir, kənarları yaşıl minalı hərəkət simvollu haşiyələrdən ibarətdir.
Medalın mərkəzində çiçəklənmə rəmzi təsvir olunmuşdur və onun üzərində çevrə boyunca "TƏRƏQQİ" sözü yazılmışdır. Gül təsviri və yazı qabarıqdır.
Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçüdə yaşıl çalarlı düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin sağ və sol kənarlarından mərkəzə doğru ardıcıl olaraq 1 mm, 2 mm və 1 mm enində göy rəngli üç şaquli zolaq yerləşir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü bürünc rəngli təbəqə bərkidilir.
Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

1993 22 aprel 2009-cu ilədək 22 may 2009-cu ildən
Lent

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tərəqqi medalı haqqında məlumat. Tərəqqi medalı nədir? Tərəqqi medalı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şüvəlan

  • Fevral 27, 2026

    Vaqiəyi-Xeyriyyə

  • Fevral 26, 2026

    Meduza gölü

  • Fevral 27, 2026

    .zr

  • Fevral 27, 2026

    Rəng (dəqiqləşdirmə)

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst