Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Novoivanovka (keçmiş adları - Qarapapaq, Seyiddərəsi, Qərib Seyid) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Novoivanovka kənd inzibati ərazi dairəsində kə

Novoivanovka

  • Ana Səhifə
  • Vikipediya
  • Novoivanovka

Novoivanovka (keçmiş adları - Qarapapaq, Seyiddərəsi, Qərib Seyid) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Novoivanovka kənd inzibati ərazi dairəsində kənd.

Novoivanovka
40°33′34″ şm. e. 45°32′33″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1834
Mərkəzin hündürlüyü 1.391 m
Saat qurşağı
  • UTC+04:00
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ2129
Xəritəni göstər/gizlə
Novoivanovka xəritədə
Novoivanovka
Novoivanovka
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Toponimikası

Novoivanovka (oyk.). Dağətəyi ərazidədir.

Yaşayış məntəqəsi 1852-ci ildə qonşu Novosaratovka kəndindən ayrılaraq burada yurd salmış Q.F.İvanovun adını daşıyır. Onun başdaşında kəndi 1852-ci ildə həmin İvanovun salması barədə yazı var. Oykonim “İvanovun yeni kəndi” mənasındadır.

Tarixi

Kənd əvvəllər Qarapapaq, Seyid dərəsi, Qərib Seyid adlarını daşımışdır. Kənddə 4-cü əsrdə tikilmiş 1600-il yaşı olan Ağkilsə adında tikili mövcuddur. Ağkilsə Gədəbəy rayonunun ən qədim tarixi abidəsi hesab olunur.

Novoivanovka Gədəbəydə sonucu sərhəd kəndidir. Burada Rus mədəniyyət mərkəzi yerləşir. 80-ci illərin sonlarında başlanan müharibə ilə burada məskunlaşan rusların (molokanların) çoxu kəndi tərk etmişdir. Hal-hazırda kənddə təqribən 18-23 molokan yaşayır. Əhalinin əksəriyyətini Ermənistandan bura köçmüş Azərbaycan türkləri təşkil edir.

Haqqında

Novoivanovka kəndi Gədəbəy rayonunda əsasən molokanların məskunlaşdığı 3 kənddən (Slavyanka , Novosaratovka və Novoivanovka) biridir. Paytaxt Bakıdan 400 kilometr qərbdə, dəniz səviyyəsindən 1391 metr hündürlükdə yerləşir və əhalisi 1668 nəfərdir. Kəndin ən hündür yeri dəniz səviyyəsindən 1606 metr hündürlükdə yerləşir. Kənddə 1 kvadrat kilometrə 70 nəfər düşür.

İqlimi kontinentaldır. Orta illik temperatur 7 °C-dir. Ən isti ayı avqust ayıdır, hansı ki, bu ayda orta aylıq temperatur 18 °C olur. Ən soyuq ayı isə yanvar ayıdır, ki bu aydı temperatur -6 °C olur. Orta illik yağıntı 736 millimetr təşkil edir. Ən çox yağıntı may ayında 104 mm, ən az yağıntı isə avqust ayında 23 mm düşür.

Novoivanovkanın yerli insanları

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1788 nəfər əhali yaşayır.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Görüntülər

Həmçinin bax

  • Novosaratovka

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Novoivanovka haqqında məlumat. Novoivanovka nədir? Novoivanovka nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Eros Ramazzotti

  • Fevral 25, 2026

    Pumpuang Duangjan

  • Mart 01, 2026

    Kontekstual məlumatlılıq

  • Fevral 27, 2026

    Monterey (Kaliforniya)

  • Fevral 28, 2026

    Rüstəm Tərxan

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst