Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pluton (134340 Pluto; simvolı: , və ya ) — Günəş ətrafında dövr edən ən kiçik cırtdan planetlərdən biri. Kəşf edildiyi 1930-cu ildən 2006-cı ilədək planet kimi

Pluton

  • Ana Səhifə
  • Vikipediya
  • Pluton

Pluton (134340 Pluto; simvolı: ⯓, və ya ♇) — Günəş ətrafında dövr edən ən kiçik cırtdan planetlərdən biri. Kəşf edildiyi 1930-cu ildən 2006-cı ilədək planet kimi qəbul edilən Pluton, hal-hazırda Koyper qurşağında Eridadan sonra ikinci böyük obyekt hesab edilir.

Pluton ⯓
Kəşfi
Kəşf edən Klayd Tombo
Kəşf tarixi 18 fevral 1930
Kəşf üsulu birbaşa müşahidə
Təyinlər
Şərəfinə adlandırılıb
Pluton
Orbital xarakteristikaları
Dövr J2000
Afelisi 7 311 000 000 km
48,871 a.v.
Perihelisi 4 437 000 000 km
29,657 a.v.
Böyük yarımoxu
5 874 000 000 082 km
39,264 a.v.
Orbitinin ekssentrisiteti 0,244671664 (J2000)
Siderik dolanma dövrü
90.553,02 sut
Sinodik dolanma dövrü
366,73 gün
Orbital sürəti
4,7 km/s
Orta anomaliyası 0,44065 radian
Orbitin meyli 17,14001206 dərəcə, 11,88 dərəcə
Qalxan düyünün uzunluğu
110,30393684 dərəcə
Perisentr arqumenti
3,91074 radian
Nəyin peykidir Günəş
Kəşf edilmiş peykləri 5
Fiziki xarakteristikaları
Ekvator radiusu
1153±10 km
Qütb sıxılması 1
Kütləsi (1,305±0,007)×1022 kq
Yerin 0,00218-i
Ayın 0,178-i
Orta sıxlığı
1,85 q/sm³
Sərbəstdüşmə təcili
0,62 m/s²
Sinodik fırlanma dövrü
551.856,672 s
Albedo 0,49-dan 0,66-dək (geometrik, 35% dəyişir)
Temperatur min. 33 K, 44 K, maks. 55 K
Görünən ulduz ölçüsü
15,1
Mütləq ulduz ölçüsü
−0,7
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1930-cu ildən 2006-cı ilədək Pluton Günəş sistemində doqquzuncu planet kimi qəbul edilirdi. Ancaq XX əsrin sonları və XXI əsrin əvvəllərində Günəş sistemində plutonsayağı xeyli səma cismi kəşf edildi. Onlardan Erida kütlə baxımından Plutondan 27% böyükdür. 24 avqust 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı özünün XXVI assambleyasında ilk dəfə olaraq "planet" anlayışına tərif verdi. Pluton bu tərifdə deyilən əsaslara uymadığından o planet kateqoriyasından kənarda qaldı.

Pluton və peyki Xaron
Pluton və peyki Xaron

NASA 19 yanvar 2006-cı ildə Plutonun kəşfi üçün "New Horizons" adlı qurğunu kosmosa göndərdi. Həmin qurğu 9 il sonra yəni, 14 iyul 2015-ci ildə Plutona 12000 km yaxınlaşaraq planetin fotosunu çəkib. Xatırladaq ki, Plutonun fotosu dünyadan 5 milyard km uzaqda çəkilib.

5 milyard km uzaqlıqda olan böyük qəlbli göy cismi: Pluton 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən qoyulan planet kriteriyalarına uymadığı üçün planet statusu alınmışdır. Kəşf edildiyi 1930-cu ildən bu yana təxminən 76 il boyunca sistemin 9-cu planeti olan Plutondan niyə planet statusu alındı? Cavabı belədir:

Pluton öz içində kiçik bir sistem daşıyır. Özünə aid irili-xırdalı 5 peyki vardır. Günəş sistemində böyüklük baxımından 11-ci sırada yer alır. Ancaq bəzi hadisələr Plutonu planetlikdən atılmasına səbəb olacaqdı. Bunlardan başlıca olanları:

Plutondan sonra kəşf edilən Erisin Plutondan böyük olması.

Plutonun digər planetlərlə nisbətdə çox kiçik olması(Diametr olaraq Ayın 3/2-si böyüklüyündədir).

2005-ci il etibarı ilə Koyper qurşağında kəşf edilən minlərlə göy cisminin Plutondan çoxda fərqli olmadığı (Plutonun da bu qurşağın bir üzvü sayılması) halı bu planetin , cırtdan bir planet olduğunu gözlər önünə sərmişdir. Ayrıca Plutonun orbitinin Neptunla kəsişməsi onun planet sayılmamasının nüanslarından biridir.

2006-cı il Avqust ayında toplanan birlik, bir göy cisminin planet ola bilməsi üçün 3 kriteriyaya uyğun olmasını qərarlaşdırdı. Bu kriteriyalardan ən önəmlisi bir ulduzun ətrafında dönməsi idi. Digər kriteriyalar isə kürəsəl bir quruluşa sahib olması və ətrafındakı dağıntıları təmizləyəcək böyüklükdə olması idi. Pluton həm Günəş ətrafında dönməkdə idi, həm də kürəsəl bir quruluşa sahibdir. Ancaq ölçüləri olduqca kiçikdir. Ayrıca ən böyük peyki olan Xaron Plutonun 66%-i qədərdi və Pluton ətrafındakı dağıntını təmizləyəcək qədər böyük deyildi.

Ayrıca 1 yanvar 1801-ci ildə kəşf edilən 950 km diametrindəki Serera də təxminən 50 il boyunca sistemin 8-ci planeti olaraq sinifləndirilmişdir.

Nəticə olaraq alınan qərarda Pluton 3 kriteriyaya uymadığı üçün planet statusu alındı. Daha sonra 2008-ci ildə (təsəlli kimi) Pluton, bu sinifdən də alınaraq Koyper qurşağındakı bir çox göy cisminində yer alıdığı "Plutonkimilər" sinfinin başına gətirildi.

İşi ciddiyə alan bəzi vətəndaşlar isə Plutonun təkrar planet olması adına hərəkat etmişdirlər. Günümüzdə bəzi elm adamları da Plutonun hələ də planet olduğunu müdafiə etməkdədirlər.

Mündəricat

Plutonun peykləri

ölçü müqayisəsi

Plutonun 5 peyki var: Xaron, Hidra, Niks, Stiks, Kerberos

Kəşf tarixi

Adı

"Planet İks"in axtarışı

Xronoloqiya

Orbiti və fırlanması

Fiziki xarakteristikaları

Mədəniyyətdə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pluton haqqında məlumat. Pluton nədir? Pluton nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    XIV əsr

  • Fevral 23, 2026

    Kuban çayı

  • Fevral 25, 2026

    Zaqafqaziya Komissarlığı

  • Fevral 24, 2026

    Amerika Samoası

  • Fevral 25, 2026

    Ramiz Rövşən

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst