Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Başçısı K. A. Bulavin idi. Üsyanda kazaklar, onlara qoşulmuş qaçqın kəndlilər, şəhər əhalisinin aşağı təbəqələri, həmçinin Volqaboyunda yaşayan xalqlar – tatarl

Bulavin üsyanı

  • Ana Səhifə
  • Vikipediya
  • Bulavin üsyanı

Bulavin üsyanı (1707–09) — Rusiyada kəndli və kazakların antifeodal hərəkatı.

Kondarti Bulavinin evi, Staroçerkaska

Mündəricat

Həyata keçirilməsi

Başçısı K. A. Bulavin idi. Üsyanda kazaklar, onlara qoşulmuş qaçqın kəndlilər, şəhər əhalisinin aşağı təbəqələri, həmçinin Volqaboyunda yaşayan xalqlar – tatarlar, mordvalar və b. da iştirak edirdi.

Birinci mərhələsi

Üsyan 1707-ci il oktyabrın 9-na keçən gecə başlandı, tezliklə Donun yuxarı axarlarında qaçqın kəndlilər yaşayan şəhərcikləri bürüdü. Lakin üsyançılar məğlub edildi; Bulavin, tərəfdarları ilə Zaporojye Seçinə qaçdı.

İkinci mərhələsi

1707-ci ilin sonunda üsyanın ikinci mərhələsi başladı. Hərəkat Don və Volqaboyunu, Ukraynanın bir hissəsini bürüdü. 1708-ci il mayın 1-də Bulavin Çerkassı şəhərini tutdu. Üsyançıların bir hissəsi Volqaboyunda, digəri Sloboda Ukraynasında fəaliyyət göstərirdi. Bulavin əsas qüvvələrlə Azova hücuma hazırlaşırdı. Qüvvələrin parçalanması üsyanın məğlubiyyətini asanlaşdırdı. 1708-ci il iyulun 6-da Bulavin Azovu mühasirəyə aldı, lakin tuta bilmədi. Üsyanda iştirak edən varlı kazaklar həlledici vaxtda ona xəyanət etdilər. İyulun 18-də yasavullar Bulavini öldürdülər. Üsyanın üçüncü mərhələsində ayrı-ayrı dəstələr 1709-cu ilin əvvəlinədək Orta və Aşağı Vol -qaboyunda fəaliyyət göstərdi. Bulavin üsyanı amansızcasına yatırıldı. Üsyançıların bir hissəsi çar qoşunlarının təqibindən xilas olmaq üçün 1740-cı ildə ataman İ. Nekrasovun başçılığı ilə Türkiyəyə köçdü. 1962-ci ildə bulavinçilərin nəsillərinin böyük bir qrupu SSRİ-yə (Stavropol diyarına) qayıtdı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bulavin üsyanı haqqında məlumat. Bulavin üsyanı nədir? Bulavin üsyanı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Poltava vilayəti

  • Fevral 10, 2026

    I Təhmasib

  • Mart 01, 2026

    Əl-Minya

  • Mart 01, 2026

    Sorano

  • Fevral 23, 2026

    17 iyun

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst