İstemi Baqadur-yabğu (bilinmir və ya VI əsr – 576 və ya VI əsr, Göytürk xaqanlığı) — Aşina sülaləsindən olan de-fakto Göytürk xaqanı. Bumyn xaqanın kiçik qardaşı İstemi Baqadur-yabğu, 552-ci ildən 576-cı ilə qədər Türk Xaqanlığının yabğusu (ikinci şəxs) olmuşdur.
| İstəmi Yabğu | |
|---|---|
Göytürklərin qərb yabğusu | |
| 554 – 576 | |
| Sonrakı | Tardu xaqan |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | bilinmir və ya VI əsr |
| Vəfat tarixi | |
| Vəfat yeri | |
| Fəaliyyəti | hökmdar[d] |
| Atası | Aşina Tuvu |
| Uşaqları | Tardu xaqan,Tamqan şad |
| Ailəsi | Aşina |
| Dini | Tenqriçilik |
Həyatı
İstəmi Yabğu, de-fakto müstəqil amma rəsmi olaraq xaqan olmayan yabğu idi. İstemi Xaqan qədim türklərin əcdadlarından biri idi. O, Göktürk (Aşina) tayfasına mənsub idi. Xaqanın adı (İstemi)- türk adı deyil, o fin-uqor adıdır və "əcdadların ruhu" mənasını daşıyır. Böyük qardaşı Bumın ilə birlikdə İstemi Xaqan Türk Xaqanlığının təməlini qoymuşdur. O, Türk Xaqanlığının qərb ərazilərini idarə etmiş və Soqdilərə hakim olmuşdur. İstemi Yabğu Xaqan titulunu daşıyırdı. Yəni: Qərbi Türk ali hökmdarı titulu.
O, faktiki olaraq on Qərbi Türk tayfasının müstəqil hökmdarı idi. Bumın Xaqan və İstemi Xaqan ordularına yürüşlərə rəhbərlik edərək, Çin salnamələrinə görə, şərqdəki Xinqan silsilələrindən qərbdəki Qafqaza qədər geniş bir ərazidə yaşayan çoxsaylı tayfaları tabe etmişdilər. Onlar Roma imperatoru Mavrikiyə səfir göndərərək ona "dünyanın yeddinci hissəsini", yəni demək olar ki, bütün dünyanı fəth etdiklərini bildirdilər.Bizans imperiyası və Sasanilərlə diplomatik əlaqələri gücləndirmişdir. Özü haqqında Bizans arxivlərində geniş məlumat tapmaq olar. Bizanslılar tərəfindən Stembis Dizaboulos olaraq bilinirdi. Bumın xaqanın qardaşı idi. Hakimiyyəti dövründə İstemi Fars və Bizans imperiyaları ilə diplomatik münasibətlər qurmuş və Eftaliləri məğlub etmişdir.
568-ci ildə Taraz şəhərində İstemi Xaqan Kilikiyalı Zemarxın başçılığı ilə Bizans səfirləri ilə görüşdü. Eyni zamanda, Fars türklərə səfirlik göndərdi. İstemi Xaqan Bizans səfirinə qırğız xalqından götürülmüş bir kölə qızı hədiyyə etdi.
Lakin İstemi Xaqan təkcə ağıllı bir hökmdar deyil, həm də hərbi bacarıq ustası idi. Bunun sayəsində o, uzun illər hakimiyyətini qoruyub saxladı.
İstemi Xaqan 576-cı ildə vəfat etdi. Onun oğlu Türksanthus idi. İstemi Xaqanın ölümündən sonra Qara-Çurin qərbdə ali hakimiyyəti və Tarduş Xan titulunu miras aldı, bundan sonra o, uzun yürüşlər etməyi dayandırdı.
O, iyirmi il ərzində Xaqanlığın qərb siyasətinə rəhbərlik etmiş və qərb ərazilərinin faktiki olaraq müstəqil hökmdarı olmuşdur. İstemi sayəsində Ağ Hunların əlindəki İpək Yoluna nəzarəti ələ keçirmiş, Sasanilər və Bizansla sıx münasibətlər qurmuş, Eftalit dövlətini məhv etmiş və Xaqanlığın sərhədlərini Qara dənizə qədər genişləndirmişlər.
Güclü Türk yabğusu İstəminin zamanında dövlət ən geniş sərhədlərinə çatmışdır.
Bizansda Silzivul və ya Dizavul, ərəbcə Sinjibu , İranda Xaqan-i-Çin və Çin tarixlərində Şidianmi/Şedimi və ya Sedimi Mohed Şehu (室點密) kimi də tanınır. O, Sasani Şahənşahı IV Hörmüzün babası və II Xosrov Pərvizin ulu babası idi.
554 ilədək
İstəmi Bumyn Xaqanın kiçik qardaşı və yoldaşı idi və onunla birlikdə Ruran Xaqanlığına qarşı müharibədə iştirak etmişdi. O, Altayın şimalındakı on Oğur (Uyğur) tayfa başçısına (bu tayfaların nəsilləri, ehtimal ki, Şorlar, Kumandinlər, Çelkanlar, Padarlar və başqalarıdır) komandanlıq etmişdi ki, bu da onun adının yerli türk mənşəli deyil, Oğur mənşəli olduğunu izah edir. Bumyn 552-ci ildə İl-Xan adı ilə Xaqan titulunu qəbul etdikdən sonra İstəmi Yabqunu təyin etdi və onu Xaqanlıqda ikinci başçı etdi.
Qərbə İlk Yürüş, 554–558
553 və ya 554-cü ildə jujanlar türklər tərəfindən məğlub edildikdən sonra Sasanilərin düşməni və Jujan xaqanlığının keçmiş müttəfiqi olan Eftalit dövlətinə qarşı hərbi ittifaq bağlamaq məqsədi güdən Sasani səfirliyi Türk Xaqanlığının paytaxtına dəlir. Türklər üçün ittifaq perspektivi Orta Asiyada mövqelərini möhkəmləndirmək və İpək Yoluna nəzarəti ələ keçirmək üçün bir fürsət təqdim idi. Müqavilə Şahənşah I Xosrov Ənuşirvanın qızının İstəmi xaqan ilə evlənməsi ilə bağlandı (gələcək Şahanşah IV Hörmüz də bu ittifaqdan doğulmuşdu).
Muğan Xaqanın adından İstəmi 554-cü ilin yazında böyük bir ordunun başçılığı ilə qərbə doğru yola düşdü. Yol boyu heç bir əhəmiyyətli müqavimətlə qarşılaşmayan Yabğular 555-ci ildə Aral dənizinə çatdılar. Yol boyu onlar Usunları, Nuşibilər və Tuluları, eləcə də Eftalilərin nəzarəti altında olan Xotanı, Yeddisu knyazlıqlarını və Xarəzmi tabe etdilər. Hindistandakı müharibə səbəbindən Eftalilər bu hadisələrə cavab verə bilmədilər.
I Xosrov Ənuşirvanın Bizanslılara qarşı hərbi əməliyyatlarla məşğul olduğunu bilən İstemi də eftalitlərə tək hücum etməmiş, diqqətini şimala çevirmiş və burada 556-cı ildə Abarları məğlub edib, onlara qoşulan Xionitlərin, Varların, Oqorların və ehtimal ki, onlara qoşulan bəzi jujanların müqaviməti ilə qarşılaşdı. Onlarla müharibə 558-ci ilə qədər davam etdi, bu zaman türklər məğlub tayfaların qalıqlarını Uraldan kənara qovmağı bacardılar (orada qaçqınlar avarlar kimi tanınmağa başla). Volqa sahillərinə yaxınlaşan türklər çayı keçmədilər, geri döndülər. Bu vaxta qədər (557-ci ildə) Sasanilər Bizansla barışıq bağlamışdı və türklərlə birlikdə eftalitlərlə müharibəyə başlamağa hazır idi.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İstəmi xaqan haqqında məlumat. İstəmi xaqan nədir? İstəmi xaqan nə deməkdir?