Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fransua Delsart — fransız teatr pedaqoqu, musiqiçi, müğənni (tenor), aktyor və vokal sənəti nəzəriyyəçisi.

Fransua Delsart

  • Ana Səhifə
  • Vikipediya
  • Fransua Delsart

Fransua Delsart — fransız teatr pedaqoqu, musiqiçi, müğənni (tenor), aktyor və vokal sənəti nəzəriyyəçisi.

Fransua Delsart
François Alexandre Nicolas Chéri Delsarte
Ümumi məlumatlar
Doğum tarixi 19 noyabr 1811
Vəfat tarixi 20 iyul 1871 (59 yaşında)
Vəfat yeri
  • Paris
Dəfn yeri
  • Monmartr qəbiristanlığı
Vətəndaşlığı Fransa Fransa
Musiqiçi məlumatları
Fəaliyyəti Teatr pedaqoqu, musiqiçi, müğənni, aktyor, vokal sənəti nəzəriyyəçisi
Səs tembri tenor
Mükafatları "Fəxri legion" ordeninin cəngavər dərəcəsi — 1870
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

1826–30-cu illərdə Parisdə A.Koronodan, nəğmə dərsləri almış, daha sonra konservatoriyada A.Qarode və L.A.Ponşar – atanın tələbəsi olmuşdur. “Opera-Komik” teatrında çıxış etmişdir. Artistlik fəaliyyətindən çox tez uzaqlaşmış, Parisdə Şatel abbatlığının xormeysteri olmuşdur; kilsə nəzdində nəğmə kursları açmışdır. Paris konservatori yasında dərs demişdir. Aktyorlar Raşel, B.K.Koklen onun şagirdləri olmuşlar.

Fəaliyyəti

İsveçrə fizioqnomika nəzəriyyəçisi İ.K.Lafater, həmçinin F.A.Mesmer, J.Q.Debüro və başqalarının ona təsiri olmuşdur. Aktyor hazırlamaq üçün öz sistemini işləyib hazırlamışdır. Sistem Delsartın şagirdlərindən olan Amerika dramaturqu, aktyor və rejissor S.Makkey (1869–70-ci illərdə Delsartın dərslərində iştirak etmişdir) tərəfindən qeydə alınmış və 19-cu əsrin sonlarında geniş yayılmışdır.

Delsart səs texnikası ilə bərabər, aktyor sənətinin bütün komponentlərini də tədqiq etmişdir. Delsart aktyor oyununun kodifikasiyasına ilk təşəbbüs göstərənlərdən biridir. Onun formulə etdiyi “Hərəkətin 9 qanunu” (“hərəkət”, “ritm”, “reaksiya”, “ifadəlilik” və s.) müasir teatr pedaqogikasında da tətbiq olunur.

Delsartın nəzəriyyəsi modern rəqsin təşəkkülündə başlıca rol oynamış, E. Jak-Dalkroz, T. Şoun, R. fon Laban və K. Yossun yaradıcılığında inkişaf etdirilmişdir. Vokal sənəti nəzəriyyəsinə dair əsərlərin, fortepiano ilə səs üçün metodik vəsaitlərin müəllifidir, Delsart həmçinin intonasiya təmizliyinə nəzarət edən cihaz işləyib hazırlamışdır.  

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fransua Delsart haqqında məlumat. Fransua Delsart nədir? Fransua Delsart nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Polad (dəqiqləşdirmə)

  • Fevral 27, 2026

    Transpirasiya

  • Fevral 27, 2026

    I Kanişka

  • Fevral 27, 2026

    Lui Dager

  • Fevral 27, 2026

    Abdulla Faruq

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst