Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şəfəqnur xanım (1833 – 17 mart 1884, Qahirə) — Osmanlıların Misir və Sudan hakimi, ilk Misir xədivi İsmayıl Paşanın xanımı, Tofiq Paşanın anası, Misirin Validə

Şəfəqnur xanım

  • Ana Səhifə
  • Vikipediya
  • Şəfəqnur xanım

Şəfəqnur xanım (1833 – 17 mart 1884, Qahirə) — Osmanlıların Misir və Sudan hakimi, ilk Misir xədivi İsmayıl Paşanın xanımı, Tofiq Paşanın anası, Misirin Validə Paşası.

Şəfəqnur xanım
Misir xidivinin xanımı
18 yanvar 1863 – 26 iyun 1879
Misirin Validə Paşası
26 iyun 1879 – 17 mart 1884
ƏvvəlkiHoşyar Qadınəfəndi
SonrakıƏminə İlhami
Şəxsi məlumatlar
Doğum tarixi 1833(1833)
Vəfat tarixi 17 mart 1884(1884-03-17) (50–51 yaşında)
Vəfat yeri
  • Qahirə, Misir xidivliyi, Misir
Həyat yoldaşı
  • Kavalalı İsmayıl Paşa
Uşağı
  • Kavalalı Tofiq Paşa
Ailəsi Kavalalı ailəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

İlk illəri

1833-cü ildə dünyaya gələn Şəfəqnur xanımın əsli və saraya necə alındığı barədə məlumat yoxdur. Ancaq onun İsmayıl Paşanın anası Hoşyar xanımın xidmətçilərindən olduğu məlumdur. Cütlüyün yeganə övladı Mehmed Tofiq, İsmayıl Paşanın ən böyük oğlu olaraq 30 aprel 1852-ci ildə Qahirədəki Manial sarayında dünyaya gəldi. İsmayıl Paşanın daha öncə 3 ayrı xanımla nikah bağlamasına baxmayaraq, Şəfəqnur xanımın onun vəliəhdini dünyaya gətirməsi və vaxtilə anasının xidmətində olması ona digərlərindən daha üstün yer qazandırmışdı.

Vəliəhd olan oğlunun doğumundan sonra rəsmi sənədlərdə "Validə qadın" olaraq anılmağa başlandı. Nəhayət 1866-cı ildə vəliəhd anasıyla evlənməylə bağlı Misir qanununa əsasən, İsmayıl Paşa Şəfəqnur xanımla rəsmi nikah bağladı. Nigahın ardından "dördüncü xanım" ünvanı alan Şəfəqnur xanım oğluyla birlikdə Əl-Qübbə sarayına daşındı. Bütün rəsmi mərasimlərdə İsmayıl Paşanın digər nikahlı xanımlarıyla birlikdə iştirak etdi.

Validə Paşa illəri

1879-cu ildə İsmayıl Paşa Misirdə tüğyan edən iqtisadi böhran və xarici ölkələrin təzyiqi ilə Sultan Əbdülhəmid tərəfindən yazılan bir fərmanla vəzifədən alındı. Nəticədə onun ən böyük oğlu olan Tofiq Paşa xədiv, Şəfəqnur xanım isə Validə Paşa elan edildi. O əsnada davam edən və Misirdəki xarici qüvvələrə qarşı mübarizə aparan Urabi Paşa üsyanına dəstək verməyə başladı. Şəfəqnur xanım 17 mart 1884-cü ildə qaynanası Hoşyar xanımla birlikdə yaşadığı Qəsr-əl-Ali sarayında vəfat etdi və cənazəsi Əl-Rifai məscidindəki Xədiv türbəsinə dəfn edildi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şəfəqnur xanım haqqında məlumat. Şəfəqnur xanım nədir? Şəfəqnur xanım nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Gəlir vergisi

  • Fevral 27, 2026

    Əl-Kamil fi’t-Tarix

  • Mart 01, 2026

    Güzgü dünyası

  • Fevral 24, 2026

    Feminizm

  • Fevral 27, 2026

    Sindhi dili

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst