Aerobatika və ya hava aerobatikası — bir təyyarəni qeyri-adi vəziyyətlərdə qoymaqla "loop", "rulon", "viril" kimi normal uçuşda istifadə edilməyən manevrlərlə həyata keçirilən həssas və dəqiq uçuş. Aerobatik manevrlər; şou, döyüş, idman və ya təlim məqsədilə keçirilir. Aerobatika, əsasən təyyarə və ya playner kimi sabit qanadlı təyyarələr tərəfindən yerinə yetirilir, lakin bəzi helikopter modellərində də məhdud aerobatika hərəkətləri etmək mümkündür.

Etimalogiyası
Aerobatika termini ilk dəfə 1914-cü ildə ingilis aviasiya jurnalı The Airplane tərəfindən irəli sürülmüşdür. Yunan dilində "havaya aid" mənasını verən aero-prefiksi ilə "ayaq ucunda gəzmək" mənasını verən akrobatika sözlərinin birləşməsindən əmələ gəlmişdir.
Həmiçinin bax
- Aerobatika komandalarının siyahısı
- "Missing man" düzülüşü
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aerobatika haqqında məlumat. Aerobatika nədir? Aerobatika nə deməkdir?