Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ərəbgirli ya da ərəbgirlü — Qızılbaşların Şamlu tayfa birliyinə daxil olan tarixi oymaqlardan biridir. Səfəvilər dövründə siyasi və hərbi sahələrdə mühüm rol oy

Ərəbgirli oymağı

  • Ana Səhifə
  • Vikipediya
  • Ərəbgirli oymağı

Ərəbgirli ya da ərəbgirlü — Qızılbaşların Şamlu tayfa birliyinə daxil olan tarixi oymaqlardan biridir. Səfəvilər dövründə siyasi və hərbi sahələrdə mühüm rol oynamışdır.

Ərəbgirli oymağı
Yaşadığı ərazilər
 Azərbaycan
 İran
 Türkiyə
Dini

İslam

Mənşəyi
Oğuz (Türk)
Qohum xalqlar

Türk xalqları

Mündəricat

Tarixi

Ərəbgirlü oymağı ilkin mərhələdə, xüsusilə I Şah İsmayıl (r. 1501–1524) və I Şah Təhmasibin (r. 1524–1576) hakimiyyəti dövründə müstəqil fəaliyyət göstərmişdir. 1520-ci illərdə oymağın başında Əliqulu bəy dururdu. I Şah Abbasın dövründən etibarən Ərəbgirlülər Şamlu tayfa birliyinə daxil edilmişdir.

Görkəmli nümayəndələri

Oymaqdan çıxmış bir çox şəxs Səfəvi sarayında və ordusunda yüksək vəzifələrə layiq görülmüşdür:

  • Mahmud ağa – I Şah Təhmasibin ovçubaşısı olmuşdur.
  • Mühəlhil Bahadur – 1525–1536-cı illərdə Van yürüşündə iştirak etmişdir.
  • Haqverdi sultan və Əfəndi bəy – I Şah Abbasın dövründə Azərbaycan əmirləri olmuş, Ərəbgirlü oymağına mənsub idilər.
  • Məhəmmədqulu bəy – Səfəvi sarayında eşikağasıbaşı vəzifəsinə yüksəlmişdir.
  • Kamal bəy Ərəbgirlü – "Xanədanın saf sufilərindən" biri kimi tanınırdı. Ovçubaşı olmuş, sonradan hərəm eşikağasıbaşısı təyin olunmuşdur. Bu vəzifə onun sarayda xüsusi etimad qazandığını göstərir.
  • İsfəndiyar bəy Ərəbgirlü – Kamal bəyin oğlu olmuş, ovçubaşı vəzifəsini atasından sonra icra etmişdir. O, həmçinin Şah Abbasın xüsusi tapşırıqlarını yerinə yetirmişdir. Mokri kürdlərinə qarşı cəza yürüşünə və şirvanlıların Mazandarandakı Fərahabad bölgəsinə köçürülməsinə rəhbərlik etmişdir. Bağdad səfərindən qayıdarkən xəstələnmiş və qısa müddətdə vəfat etmişdir.

Qorçu vəziri nəslinin fəaliyyəti

Ərəbgirlü oymağından çıxan bir nəslin nümayəndələri qorçu sistemində mühüm mövqelər tutmuşlar:

  • Hüseynəli bəy Ərəbgirlü – qorçuların baş vəziri olmuş, eyni zamanda təliq xətti ilə yazmaqda mahir bir xəttat kimi tanınmışdır.
  • Əliqulu bəy Ərəbgirlü – atası Hüseynəli bəy Ərəbgirlü kimi qorçuların baş vəziri təyin edilmişdir. Lakin I Şah Abbasın hakimiyyətinin əvvəlində vəfat etmişdir.

Ərəbgirlü oymağından olan digər şəxslərin də yüksəksəviyyəli xəttatlıq bacarığına sahib olduqları məlumdur.

Əhəmiyyəti

Ərəbgirlü oymağı, Səfəvi dövlət aparatında saray və ordu strukturlarında dərin təsirə malik olmuş, Şamlı tayfa birliyinin mühüm bir komponenti kimi formalaşmışdır.

Həmçinin bax

  • Şamlı eli
  • Qızılbaş

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ərəbgirli oymağı haqqında məlumat. Ərəbgirli oymağı nədir? Ərəbgirli oymağı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Varanidae

  • Fevral 27, 2026

    Google Play

  • Mart 01, 2026

    MediaWiki

  • Fevral 27, 2026

    Damğa

  • Fevral 27, 2026

    İrineus Lionlu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst