Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Parasitiformes (lat. Parasitiformes) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəüstü.

Parasitiformes

  • Ana Səhifə
  • Vikipediya
  • Parasitiformes

Parasitiformes (lat. Parasitiformes) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəüstü.

Parasitiformes
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Ranqsız:
İlkağızlılar
Tipüstü:
Tüləyənlər
Ranqsız:
Panarthropoda
Ranqsız:
Tactopoda
Tip:
Buğumayaqlılar
Klad:
Arachnomorpha
Yarımtip:
Xeliserlilər
Sinif:
Hörümçəkkimilər
Dəstəüstü:
Parasitiformes
Beynəlxalq elmi adı
  • Parasitiformes Uilyam Elford Liç, 1815
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  82758
NCBI  6934
EOL  1299817
FW  

Haqqında

Parazitiform gənələrdə bədən iki hissədən ibarət olur: 2 cüt ön ətraflı qnatosom və 4 cüt ayaqlı idiosom. Bu gənələrin bədəni seqmentləşməmişdir. Ayaqların birinci buğumları sərbəst şəkildə bədənə birləşmiş, hərəkətli və ya azhərəkətlidir. Onlarda 1 cüt yaxşı nəzərəçarpan nəfəsgah vardır. Cinsiyyət dəliyi idiosomun ön hissəsində yerləşir. İnkişaf sikli aşağıdakı fazaları əhatə edir. Yumurta, sürfə, nimfa və yaşlı gənə. Cinsi dimorfizim adətən yaxşı ifadə olunmuşdur. Dişilər mayalanmadan sonra çoxalırlar, ancaq parteneogenez də məlumdur. Parazitiform gənələr – tipik yerüstü sakinlərdir. Onların həyat tərzi və yaşayış yeri çox müxtəlifdir. Torpaqda, meşə döşənəyində, peyində, bitkilərdə, xırda məməlilərin və quşların yuvalarında, ictimai cücülərin yuvalarında yaşayırlar. Dəstəyə həm yırtıcı və ya qarışıq qidalı sərbəstyaşayan, həm də parazit növlər daxildir. Ev və vəhşi heyvanların paraziti, insanın və ev heyvanlarının bir çox qorxulu xəstəliklərinin törədicisi olan iksod, arqas və bəzi qamaz gənələri geniş dairələrdə məlumdur. Parazitiform gənələrin ölçüləri güclü şəkildə fərqlənərək 0,2 sm-dən 2–3 sm-ə qədər dəyişir. Bədən formasıda çox müxtəlifdir. Gənələr dorszol-ventral istiqamətdə yastılana və ya bərabər surətdə kürəşəkilli enlənə bilər. İdiosomun örtükləri dartılan kutikuladan ibarət olub, müxtəlif forma və ölçüləri olan və dioqnostik əhəmiyyət kəsb edən qalxan və qalxancıqlara skrelitlərə, disklərə malik olur. Bədənin və ətrafların örtükləri üzərində müxtəlif formalı və uzunluqlu qılcıqlar olur. Qılcıqlar ya düzgün və daimi formada yerləşir, ya da nizamsız şəkildə bütün bədəni örtür. Gözləri, əgər varsa, idiosomun dorsal tərəfində yerləşir. Əksər növlərdə gözlər yoxdur. Xeliserlər – zirvəsində qısqac olan 2–3 buğumludur. Pedipalplar 4–5 buğumlu olub hiss orqanı rolunu oynayır. Yaşlı nimfalarda və gənələrdə 4cüt, sürfələrdə 3cüt ayaq olur. Ayaqlar 6 buğumdan ibarət olur: çanaq, burma, bud, diz, baldır, bir cüt caynağa malik pəncəönü və əmziklə bitən pəncə. Bir çox gənələrdə caynaqlar və əmziklər reduksiyaya uğramış, birinci ayaqlar isə antena rolunu oynayır. Parazitiform gənələr dəstəsi üç yarımdəstəyə bölünür.

  1. Qamaz, uropod və başqa gənələrdən ibarət olan Mezostqmata
  2. İksodoid gənələr fəsiüstlüyünü birləşdirən Metastiqmata
  3. Tropik Holotyroidea – dan ibarət olan Tetrastiqmata

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Parasitiformes haqqında məlumat. Parasitiformes nədir? Parasitiformes nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nijeqorod vilayəti

  • Fevral 27, 2026

    Vüsal Aslanov

  • Fevral 27, 2026

    Tambov vilayəti

  • Fevral 27, 2026

    Biseksual

  • Fevral 27, 2026

    Çində buddizm

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst