Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Malavi gerbi Afrika ölkələrindən biri olan Malavi tərəfindən rəsmi olaraq istifadə edilən gerbdir. 30 iyun 1964-cü ildə ölkənin hələ Nyasaland kimi müstəqilliyi

Malavi gerbi

  • Ana Səhifə
  • Vikipediya
  • Malavi gerbi

Malavi gerbi Afrika ölkələrindən biri olan Malavi tərəfindən rəsmi olaraq istifadə edilən gerbdir. 30 iyun 1964-cü ildə ölkənin hələ Nyasaland kimi müstəqilliyini əldə etmədiyi dövrdə qəbul edilmiş olan gerb rəsmi gerb kimi istifadə edilmiş, daha sonra isə ölkə 6 iyul 1964-cü ildə Malavi adı ilə Birləşmiş Krallıqdan tam müstəqilliyini əldə etdikdən sonra yeni ölkənin rəsmi dövlət gerbinə çevrilmişdir.

Malavi gerbi
Detallar
Armiger Malavi
Təsis edilib 30 iyun 1964
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gerbin mərkəzi hissəsində yerləşən qalxan yuxarıdan aşağıya doğru üç hissəyə bölünmüşdür. Qalxanın yuxarı hissəsində gümüşü fonda yaradılmış iki mavi dalğa yerləşir. Qırmızı fonlu mərkəzi hissədə hərəkət edən qızılı şir, qalxanın aşağı hissəsində isə qara fonda yerləşdirilmiş üfüqdən çıxan yeddi şüalı günəş təsvir edilmişdir. Qalxanın yuxarı hissəsində isə sağda və solda qırmızı-sarı tükləri olan cəngavər dəbilqəsi vardır. Dəbilqənin üstündə isə eyni rəngləri olan dəbilqə qabarığı vardır. Dəbilqənin üstündə həm də üfüqdən çıxan günəşin qarşısında dalğalı mavi-ağ xətlər üzərində yerləşdirilmiş qanadları açılmış balıq qartalı təsviri var. Qalxanın hər iki tərəfində isə təbii rənglərində verilmiş və dağın üstündə dayanan aslan və bəbir ön pəncələri ilə qalxanı tuturlar. Heraldik nöqteyi-nəzərdən aslan qalxanın sağ tərəfində, bəbir isə qalxanın sol tərəfində yerləşdirilmişdir. Gerbin altındakı şüar lentində isə “Vəhdət və Azadlıq” (Unity and Freedom) sözləri yazılmışdır.

Gerbdə təsvir edilmiş olan mavi və ağ rəngli dalğalar ölkənin mühüm gəlir mənbəyi olan Malavi gölünü simvolizə edir. Gerbdəki qalxanın mərkəzi hissəsində yerləşən aslan Britaniya gerbindən ilhamlanaraq ora yerləşdirilmiş, qalxanın içərisindəki günəş isə Afrika ölkələrinin azadlığını və müstəqilliyini simvollaşdırır. Gerbin alt hissəsində təsvir edilmiş olan dağ təsviri isə ölkənin ən hündür nöqtəsi olan Mulanje dağını simvolizə edir.

Tarixi gerblər

  • Britanya Orta Afrika Protektorası arması (1893–1907)
    Britaniya Mərkəzi Afrika Protektoratı gerbi (1893-1907)
  • Nyasaland arması (1914–1925)
    Nyasaland gerbi (1914-1925)
  • Nyasaland arması (1925–1964)
    Nyasaland gerbi (1925-1964)
  • Rodezya ve Nyasaland Federasyonu arması (1953–1963)
    Rodeziya və Nyasalend Federasiyası gerbi (1953-1963)

Həmçinin bax

  • Malavi bayrağı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Malavi gerbi haqqında məlumat. Malavi gerbi nədir? Malavi gerbi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Akif Əlizadə

  • Fevral 27, 2026

    Açıq bənövşəyi

  • Fevral 27, 2026

    Franko Modilyani

  • Fevral 27, 2026

    Qanlıgöl (Tərtər)

  • Fevral 27, 2026

    Elçin (yazıçı)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst