Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tariyel Qasımov (4 fevral 1939, Köçəsgər, Ağstafa rayonu) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR-in əməkdar (1979) və Azərbaycan Respublikasının x

Tariyel Qasımov

  • Ana Səhifə
  • Vikipediya
  • Tariyel Qasımov

Tariyel Qasımov (4 fevral 1939, Köçəsgər, Ağstafa rayonu) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR-in əməkdar (1979) və Azərbaycan Respublikasının xalq artisti (1991).

Tariyel Qasımov
Tariyel İsgəndər oğlu Qasımov
Doğum tarixi 4 fevral 1939(1939-02-04) (87 yaş)
Doğum yeri
  • Köçəsgər, Ağstafa rayonu, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti teatr aktyoru, kino aktyoru
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Teatr Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1979 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 19911991
3-cü dərəcəli "Əmək" ordeni — 20182018
IMDb ID1076981

Mündəricat

Həyatı

Tariyel İsgəndər oğlu Qasımov 4 fevral 1939-cu ildə Ağstafanın Köçəsgər kəndində anadan olub. 1956-cı ildə Bədən Tərbiyəsi İnstitutuna qəbul olunub. Bədən Tərbiyəsi İnstitutunda təhsil aldığı zaman Lütfi Məmmədbəyovun dram dərnəyinə getməyə başlayıb. İkinci kurs tələbəsi olarkən Gənc Tamaşaçılar Teatrında tamaşada rol alıb. Teatr müdriyyətinin məktubu ilə 1960-cı ildə köçürülmə yolu ilə sənədlərini Teatr İnstitutuna verib. Kino və dram aktyorluğu fakültəsinə — Rza Təhmasibin kursuna qəbul olunub. Üçüncü kursda oxuyarkən Dram Teatrına işə qəbul olunub. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1964-cü il oktyabr ayının 1-dən (müəyyən fasilələrlə) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. 2 il GTT-da işlədikdən sonra Naxçıvan Dövlət Musiqli Dram Teatrına dəvət olunub. 1967-ci ildə İrəvanda yenidən açılan Azərbaycan Teatrının ilk aktyorlarından olub. 1968-ci ildə yenə də Bakıya qayıdıb, kinostudiyada rejissor assistenti kimi işləyib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrına qayıdıb. 1997-ci ildən Qazax Dövlət Dram Teatrına bədii rəhbər və direktor göndərilib. Hazırda Gənc Tamaşaçılar Teatrında çalışır. "Azərbaycanfilm"dən başqa "Türkmənfilm", "Tacikfilm", "Özbəkfilm", "Mosfilm", "DEFA" (Almaniya) studiyalarında filmlərə çəkilib: "Rüstəm və Söhrab" (1969–1971, Tacikfilm, 3 seriyalı, rej: Boris Kimyagərov), "Qızıl rəngi" (1975, Türkmənfilm), "Çilidə gecə" (1982, Mosfilm), "Əlvida, yaşıl yay" (1983, Özbəkfilm), "Həyatın mənası" (1983, Özbəkfilm, 2 seriyalı), "Odlu yollarla" (1981–1983, Özbəkfilm, 17 seriyalı), "Sahib" (1983, Özbəkfilm), "Sonya raport verir" (1983, 2 seriyalı, DEFA (Almaniya), rej: Ştefan Bernxard).

Kitabları

  1. Ömrün sənət yollarında
  2. İnam

Mükafatları

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 9 fevral 1979
  • "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 22 may 1991
  • III dərəcəli "Əmək" ordeni — 10 dekabr 2018

Filmoqrafiya

  1. Ad günü (film, 1977) (tammetrajlı bədii film) — rol: Həsən
  2. Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — rol: Xudayarın qardaşı
  3. Axırıncı dayanacaq (film, 2014)
  4. Babək (film, 1979) - film səsləndirən: Tərxan (Ənvər Həsənov)
  5. Bir ovuc torpaq (film, 2009) - rol: Tacir Xudu
  6. Bizim küçənin oğlanları (film, 1973) - rol: Əliş
  7. Çilidə Gecə (1982, Mosfilm)
  8. Dağ meşəsindən keçərkən… (1964) - Geoloq
  9. Dairə (film, 1989) - rol: Milis rəisi
  10. Dədə Qorqud (film, 1975) - rol: Qılbaş
  11. Doğma sahillər (film, 1989) - rol: Polkovnik Nəsibov
  12. Əlvida, yaşıl yay (1983, Özbəkfilm)
  13. Gənclik macərası (film) (tammetrajlı televiziya tamaşası) (AzTV)
  14. Gilas ağacı (film, 1972)
  15. Həyat, sən kiminsən? (film, 1972)
  16. Həyatın mənası (1983, Özbəkfilm)
  17. Hökm (film, 1994)
  18. Hörmətli alim yoldaşlar (film, 1971)
  19. Xüsusi vəziyyət (film, 1986)
  20. İstintaq (film, 1979)
  21. İşarəni dənizdən gözləyin (film, 1986)
  22. Qatır Məmməd (film, 1974)
  23. Qəzəlxan (film, 1991)
  24. Qızıl rəngi (1975, Türkmənfilm)
  25. Qızıl qaz (film, 1972)
  26. Qocalar (film, 2008)
  27. Qorxma, mən səninləyəm
  28. Liftçi qız (1966)
  29. Məhkumlar (film, 2006)
  30. Muradına çatan Günəş
  31. Nəsimi (film, 1973)
  32. Alovlu yollar (1977–1984, Özbəkfilm)
  33. Ovsunçu (film, 2002)
  34. Özgə ömür (film, 1987)
  35. Rüstəm və Söhrab (1969, Tacikfilm)
  36. Sahib (1983, Özbəkfilm)
  37. Sahilsiz gecə (film, 1989)
  38. Sonuncu dərviş (film, 2009)
  39. Sonya raport verir (1983, Almaniya)
  40. Sürəyya (film, 1987)
  41. Şeytan göz qabağında (film, 1987)
  42. Tək olanda qorxma... (teleserial, 2013)
  43. Unudulan adam (film, 1987)
  44. Vulkana doğru (film, 1977)
  45. Tahirənin İntiqamı (serial,2009) — rol: Fazil
  46. Həmyerlilər ( film-tamaşa,1998)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tariyel Qasımov haqqında məlumat. Tariyel Qasımov nədir? Tariyel Qasımov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Şair Əbdüləzim

  • Fevral 27, 2026

    General-polkovnik (Azərbaycan)

  • Fevral 27, 2026

    Mikroelementlər

  • Mart 01, 2026

    Hippotraginae

  • Fevral 27, 2026

    Şamxor hadisəsi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst