Asim Nazim oğlu Mollazadə (6 iyun 1953, Bakı) — siyasətçi, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, tibb elmləri doktoru, Azərbaycan Respublikasının Milli Məclisi II, III, IV, V, VI və VII çağırış deputatı.
| Asim Mollazadə | |
|---|---|
| |
Vəzifədədir | |
| 2000-ci ildən | |
| Seçki dairəsi | 2000 — Proporsional siyahı 2005, 2010, 2015, 2020 — 22 saylı Nəsimi ikinci |
| Əvvəlki | Qulamhüseyn Əlibəyli (Proporsional siyahı) |
| Sonrakı | Vəzifə ləğv edildi. (Proporsional siyahı) |
Vəzifədədir | |
| 4 iyul 2005-ci ildən | |
| Əvvəlki | Vəzifə təsis edildi. |
| 1995 – 2005 | |
| Sədr | Əbülfəz Elçibəy (1995-2000) Əli Kərimli (2000-) |
| Əvvəlki | Vəzifə təsis edildi. |
| 1993 – 1995 | |
| Sədr | Əbülfəz Elçibəy |
| Sonrakı | Vəzifə ləğv edildi. |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 6 iyun 1953 (72 yaş) |
| Doğum yeri | |
| Partiya |
|
| Fəaliyyəti | siyasətçi |
| Elmi fəaliyyəti | |
| Elmi dərəcəsi |
|
| | |
| Təltifləri | |
Həyatı
Asim Mollazadə 1953-cü il iyunun 6-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə–profilaktika fakültəsini bitirmişdir. 1980–1992-ci illərdə Moskva (Rusiya) Seçenov adına Tibb Akademiyası Nevrologiya və davranış psixofiziologiyası ixtisası üzrə təhsil alıb. 1978-ci ildən Bakı şəhərində xəstəxanada həkim işləmişdir. 1984–1987-ci illərdə Həkimləri Təkmilləşdirmə İnstitutunun baş elmi işçisi olmuşdur. 1992-ci ilin iyun–dekabr ayları–nevraloji psixogen və psixosomatik xəstəliklər Mərkəzinin direktoru olmuşdur.
Siyasi fəaliyyəti
1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Analitik informasiya xidmətinin rəhbəri, 1993-cü ildə Azərbaycan Respublikası Prezidenti Aparatının Xarici əlaqələr şöbəsinin müdiri və Ermənistanla hərbi münaqişənin həllinə dair danışıqlarda Prezidentin xüsusi nümayəndəsi vəzifələrində çalışmışdır. 1993–2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin xarici məsələlər üzrə müavini olmuşdur.
1995-ci il parlament seçkilərində Asim Mollazadə Azərbaycan Xalq Cəbhəsi Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 4-cü sırada olmuşdur. Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə proporsional siyahı üzrə 346 192 (9.6%) səs toplayaraq siyahısından ilk 3 nəfərin deputat seçilməsinə nail olmuşdur. Beləliklə, Asim Mollazadə deputat seçilə bilməmişdir.
1994-cü ilin fevralından −1998-ci ilədək – Demokratiyanın İnkişafı Fondunun təsisçilərindən biri və vitse-prezidenti, 1998-ci ilin mayından etibarən – Azərbaycan Avro-atlantik Mərkəzinin təsisçisi və prezidentidir.
2000-ci ilin noyabrından 2005-ci ilin noyabrınadək – Milli Məclisin deputatı, Beynəlxalq əlaqələr üzrə parlament komissiyasının üzvü, 2001-ci ilin yanvarından 2005-ci ilin noyabrınadək – Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü. AŞ PA-nın Yaxın Şərq altkomitəsinin sədri, monitorinq və siyasi komitələrinin üzvü. AŞ PA-nın Belorusiya üzrə məruzəçisi olmuşdur.
2005-ci ilin 4 iyulunda Demokratik İslahatlar Partiyasının təsis qurultayında partiyanın sədri seçilib.
2024-cü il oktyabrın 8-də Azərbaycan–Yeni Zellandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
3 fevral 2025-ci ildə Milli Məclisin İntizam komissiyasının sədr müavini seçilib.
Mükafatları
(07.06.2013) — "Şöhrət" ordeni
(06.06.2023) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Asim Mollazadə haqqında məlumat. Asim Mollazadə nədir? Asim Mollazadə nə deməkdir?
