Çatmadağ — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd.
| Tarixi Azərbaycan əraziləri | |
| Qəmərli | |
|---|---|
| Ümumi məlumatlar | |
| Ölkə | Qərbi Azərbaycan |
| Bölgə | Gərnibasar mahalı |
Tarixi
İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu ərazisində kənd. Kəndin bir adı da Çatmadaş olmuşdur. Qafqazın 5 verstlik xəritəsində Çatma formasında qeyd edilmişdir. Kəndin adının ikinci komponenti dağ//daş sözləri sonralar ixtisar edilərək rəsmi sənədlərdə Çatma formasında işlədilmişdir.
Əhalisi
Kənddə 1873-cü ildə 41 nəfər, 1886-cı ildə 57 nəfər, 1897-ci ildə 162 nəfər, 1904-cü ildə 51 nəfər, 1914-cü ildə 178 nəfər, 1916-cı ildə 190 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 29 nəfər, 1926-cı ildə 18 nəfər, 1931-ci ildə 37 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1949-cu illərdə azərbaycanlılar zorla Azərbaycana köçürülmüşdür və kənd ləğv edilmişdir.
Kənddə 31 nəfər kürd yaşamışdır. Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəhbəri, general Bəylər Əyyubov bu kənddə doğulmuşdur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çatmadağ haqqında məlumat. Çatmadağ nədir? Çatmadağ nə deməkdir?