Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mahal İsmayıloğlu (tam adı: Mahal İsmayıl oğlu Sadıqov); 22 yanvar 1957, Evli, Kalinino rayonu – 28 avqust 2015, Bakı) — Azərbaycanlı tanınmış jurnalist.

Mahal İsmayıloğlu

  • Ana Səhifə
  • Vikipediya
  • Mahal İsmayıloğlu

Mahal İsmayıloğlu (tam adı: Mahal İsmayıl oğlu Sadıqov); 22 yanvar 1957, Evli, Kalinino rayonu – 28 avqust 2015, Bakı) — Azərbaycanlı tanınmış jurnalist.

Mahal İsmayıloğlu
"Xalq qəzeti"nin baş redaktoru
Oktyabr 1995 – Aprel 2002
ƏvvəlkiTofiq Rüstəmov
SonrakıHəsən Həsənov
Şəxsi məlumatlar
Doğum tarixi 22 yanvar 1957(1957-01-22)
Doğum yeri
  • Evli, Kalinino rayonu, Ermənistan SSR, SSRİ
Vəfat tarixi 28 avqust 2015(2015-08-28) (58 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Ramana
Təhsili
  • Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsi (1978–1982)
Fəaliyyəti jurnalist
Təltifləri "Qızıl qələm" mükafatı

Mündəricat

Həyatı

Mahal İsmayıloğlu 1957-ci ilin yanvar ayının 22-də Ermənistanın Kalinino rayonunun Evli kəndində anadan olub. Evli kəndində kənd səkkizillik məktəbini və 1974-cü ildə Gürcüstanın Dmanisi rayonundakı Muğanlı kənd orta məktəbini bitirmişdir. 1975–1977-ci illərdə hərbi Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Orduda xidmət edəndə Sakit Okean donanmasının "Boyevaya vaxta" qəzetində işə dəvət olunub. 1977–1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almışdır.

Safura xanım ilə evlənmişdir. Aysel, Ayan adlı iki qızı və Tural adlı bir oğlu var.

Xəstəliyi ilə bağlı uzunmüddətli müalicələr almışdır. O, ən son 2014-cü ilin aprel ayında Türkiyənin Qaziantep Universiteti Tibb fakültəsində müalicə almışdır. 2015-ci ilin avqust ayının 28-də müalicə aldığı xəstəxanada böyrəkləri funksiyasını itirib və saat 13:20-də vəfat etmişdir. Ramana qəbristanlığında dəfn edilib.

Fəalliyəti

Mahal İsmayıloğlu 1982–1984-cü illərdə İrəvanda nəşr olunan "Sovet Ermənistanı" qəzetində, baş müxbir vəzifəsində çalışıb. 1984–1987-ci illərdə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında redaktor işləyib. 1987–1990-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunun çoxtirajlı qəzetinin redaktoru olub. 1990-cı ilin avqustundan "Aydınlıq" qəzetində çalışıb. Bu qəzetin yaradıcılarından biri olub. 1995-ci ilin oktyabrından 2002-ci ilin aprel ayınadək "Xalq qəzeti"nin baş redaktoru işləyib.

"Yeni Musavat" qəzetinin köşə yazarı olub. Ara-sıra "Azadlıq" qəzetində də məqalələri dərc olunub.

Mükafatları

Mahal İsmayıloğlu Həsən bəy Zərdabi mükafatı və "Qızıl qələm" mükafatı ilə təltif olunmuşdur.

Həbsi

2008-ci ildən mətbuatda gedən yazılarına görə hakimiyyətin təqiblərinə məruz qalır. Qondarma ittihamlarla 2009-cu ilin iyulunda 2 illik şərti cəza kəsilib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mahal İsmayıloğlu haqqında məlumat. Mahal İsmayıloğlu nədir? Mahal İsmayıloğlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İhsan Doğramacı

  • Fevral 23, 2026

    Pakistan bayrağı

  • Mart 01, 2026

    Falanqa

  • Fevral 27, 2026

    .ba

  • Mart 01, 2026

    Olomouts

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst