Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qarabağ tipinə aid olan və "Qarabağ xalçası" adlandırılan bu xalçalar Azərbaycanın bütün xalçaçılıq məntəqələrində, o cümlədən Dağıstanda istehsal olunurdu və h

Qarabağ xalçaları

  • Ana Səhifə
  • Vikipediya
  • Qarabağ xalçaları

Qarabağ xalçaları — Qarabağ tipinə aid olan xovlu xalça.

Xalça
Qarabağ xalçaları

Ümumi

Qarabağ tipinə aid olan və "Qarabağ xalçası" adlandırılan bu xalçalar Azərbaycanın bütün xalçaçılıq məntəqələrində, o cümlədən Dağıstanda istehsal olunurdu və hal–hazırda da istehsal olunmaqdadır. İstehsal olunduğu yerdən asılı olaraq, bu xalçalar müxtəlif cür adlanmaya məruz qalmışlar, lakin sənətşünaslar onu "Qarabağ" adlandırmışlar. İstanbul bazarlarında satılmaq üçün Şuşada istehsal olunan eyni kompozisiyalı xalılar "Xan xalçası" və ya "Xan Qarabağ xalçası", Qubada toxunan eyni xalçalar isə "Afurca xalçası" adlanırdı.

Bədii

"Qarabağ" xalçaları bir neçə variantda kompozisiyaya malikdir. Onlardan birincisinin orta sahəsinin kompozisiyası yalnız göllərdən ibarətdir və İran və Hindistanın bədii parçalarını, xüsusilə basma naxışlı pərdələri xatırladır. Bitki naxışlarına isə göllərə Quran-i Kərimin üz səhifələrində, XV – XVII əsrlərdə Təbriz rəssamlarının bədii – ədəbi əsərlərində rast gəlmək olar. Göllərin yuxarı və aşağı hissələrində yerləşdirilmiş başlıqlar orta sahədəki qellər arasındakı boşluqları doldurur və bununla da xalçanın bədii dəyərini artırır. Qeyd edək ki, göllər arasındakı məsafə və ya boşluq nə qədər azdırsa, xalçanın bədii dəyəri o qədər çoxdur. "Qarabağ xalçası"nın II növü toxucular tərəfindən "Çini–çeşni" adlandırılan xalçalardır. Onun orta sahəsinin kompozisiyasını bir sırada yerləşdirilmiş səkkizbucaqlı göllər təşkil edir. Zaman keçdikcə xalçaçılıq sənətinin texnoloji xüsusiyyətləri ilə əlaqədar olaraq, bu xalçalar dəyişikliyə məruz qalmışdır.

Texniki

"Qarabağ" xalçaları müxtəlif ölçülərdə hazırlanır. Hətta kvadrat formalı olanlara da rast gəlmək mümükündür. Düyünlərin sıxlığı: hər kvadrat desimetrdə 35X35-dən 50X50-dək düyün yerləşdirilir (hər kvadrat metrdə 120 000-dən 250 000-dək düyün). Şuşada və Qubada daha çox hazırlanan kiçik ölçülü xalçalar daha sıx olur. Xovun uzunluğu 6 –9 mm-dir. Müasir dövrdə "Qarabağ" xalçaları öz əhəmiyyətini itirmiş və adi xalçalar kateqoriyasına aid olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qarabağ xalçaları haqqında məlumat. Qarabağ xalçaları nədir? Qarabağ xalçaları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Çankaya köşkü

  • Fevral 27, 2026

    Nalburunlar

  • Fevral 27, 2026

    Gəncə müqaviləsi

  • Fevral 27, 2026

    Cerom Fridman

  • Mart 01, 2026

    Amerikan inqilabı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst