Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rza Vəli oğlu Rzayev 17 may 1973-cü ildə Naxçıvan MSSR-nın Şahbuz rayonunda anadan olub. İdarəetmə və Biznes İnstitutunun Hüquq Fakültəsini bitirən Rza Rzayev D

Rza Rzayev

  • Ana Səhifə
  • Vikipediya
  • Rza Rzayev

Rza Vəli oğlu Rzayev (17 may 1973, Şahbuz rayonu) — Azərbaycan aktyoru, rejissoru, ssenaristi.

Rza Rzayev
Rza Rzayev
Rza Rzayev
Doğum tarixi 17 may 1973 (52 yaş)
Doğum yeri Şahbuz rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor, rejissor, ssenarist
Təhsili İdarəetmə və Biznes İnstitutu
Dövlət İdarəçilik Akademiyası
Beykent Universiteti
New York Film Academy
Boyu 191 sm
IMDb ID6960977

Mündəricat

Həyatı və karyerası

Rza Vəli oğlu Rzayev 17 may 1973-cü ildə Naxçıvan MSSR-nın Şahbuz rayonunda anadan olub. İdarəetmə və Biznes İnstitutunun Hüquq Fakültəsini bitirən Rza Rzayev Dövlət İdarəçilik Akademiyasında ikinci təhsil alıb. 2014-cü ildə Türkiyənin Beykent Universitetinin Sinema və Televiziya fakültəsində magistr təhsili almağa başlayıb. 2015-ci ildə tarixdə ilk dəfə New York Film Akademiyası Türkiyəyə kurs keçməyə gəlir və Rza Rzayev akademiyada 80-ci illərin əfsanə rejissoru Shelton Gilbert'dən rejissorluq sənətinin incəliklərini öyrənir. 2014-cü ilədək Naxçıvan Muxtar Respublikasının Bakıdakı Nümayəndəliyində müşavir vəzifəsində çalışıb. İlk dəfə rejissor Rövşən Almuradlının ekranlaşdırdığı "Bəsdir, ağlama!" filmində çəkilib. Ondan sonra "Ünvansız qız" teleserialında Rəşad obrazını canlandırıb. "Ünvansız qız" serialından sonra kino aləmindən uzaqlaşır, bütün dəvətlərdən imtina edir. Uzun fasilədən sonra "Cavad xan" filmində əsas rola — Cavad xanın oğlu roluna dəvət olunur. Ancaq bəzi səbəblərə görə bu filmdə oynamaq istəmir. Rejissor Aqil M. Quliyev "Sarı gəlin" klipini çəkəndə türk komandiri rolunu oynamağa dəvət olunur və bu klipdə çəkilir. Ondan sonra "Niyyət" filminə dəvət alan Rza Rzayev bu filmdə qumarbaz obrazını canlandırır. Rejissor Elxan Cəfərovun dəvətilə 2012-ci ildə "Dolu" filminə dəvət alan aktyor yaratdığı "Drakon" obrazı ilə milyonların sevgisini qazanır. 2015-ci ildə rejissorun digər filmi "Yarımçıq xatirələr"də Cavanşir rolunda çəkilmişdir.

2016-cı ildən rejissorluq fəaliyyətinə başlayan Rza Rzayev ssenaristi və quruluşçu rejissoru olduğu ilk ekran işinin — "Geyilməmiş ayaqqabılar" filminin çəkilişlərinə başlayır. Film 2016-cı ilin Aprel döyüşlərində canını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunmuşdur.

Filmdə əsas rolları — ana obrazını tanınmış aktrisa Gülzar Qurbanova, Həsrət rolunun uşaqlığını məktəbli Dəniz Həsənov, yetkinlik dövrünü isə aktyor Bəhruz Vaqifoğlu canlandırmışdır.

Filmdə yurd-yuvasından didərgin düşən və tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlərin gərgin, psixoloji yaşamı təsvir olunur. Gənc ərini və körpə qızını itirən ana oğlu Həsrətlə təmirsiz bir otaqda yaşayır. Dinib-danışmır. Şəhid ərinin xəyalı və öz ata-baba yurdlarına dönəcəyi vaxtın intizarı ilə günləri sayır. Dərin sükutla oğluna baxır. Həsrət də sakitcə deyir: "Qarabağ alınanda atam və bacımı da götürüb kəndimizə gedərik…". Filmin sonunda ana əlil arabasında iki ayağını itirmiş əsgərlə Xankəndində "Geyilməmiş ayaqqabılar" muzeyinin qarşısına gəlir. Bir cüt ayaqqabını muzeyə verir.

Filmin musiqisini tanınmış rus bəstəkarı Vyaçeslav Şulin yazmışdır.

2017-ci il mart ayının 15-də filmə sənət və media nümayəndələri tərəfindən ilkin baxış keçirilmiş və o, yüksək qiymətləndirilmişdir.

2018-ci il yanvar ayının 16-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Geyilməmiş ayaqqabılar" filminin Nizami Kino Mərkəzində geniş ictimaiyyət üçün təqdimatı baş tutmuşdur. Film tamaşıçılar və sənət nümayəndələri tərəfindən böyük rəğbətlə qarşılanmış, Rza Rzayevin peşəkar rejissorluq fəaliyyətinə yüksək dəyər verilmişdir.

2023-cü ildə Rza Rzayev iki il müddətinə azadlıqdan məhrum edilərək həbs olunub. 2024-cü ilin avqust ayında vaxtından əvvəl azadlığa buraxılıb.

Filmoqrafiya

  1. Bəsdir, ağlama! (film, 1999)
  2. Ünvansız qız (film, 1999)
  3. Niyyət (film, 2010)
  4. Dolu (film, 2012)
  5. Yarımçıq xatirələr (film, 2015)
  6. Geyilməmiş ayaqqabılar (film, 2017)
  7. Pandemiya (film, 2020)

Publisistik fəaliyyət

  1. HEYDƏR ƏLİYEVİ SEVMƏYƏN TÜRK OLA BİLMƏZ!
  2. ƏRDOĞAN — DOĞRU İŞLƏR GÖRƏN YANLIŞ KİŞİ…
  3. MƏZHƏBLƏR YOL YOX, YOLUN YOLGÖSTƏRƏNİ, DÖVLƏTİN QORUYUCUSUDUR
  4. FESTİVAL FİLMLƏRİNİN GİZLİNLƏRİ VƏ SİRLƏRİ…
  5. Onu xalqın gözündən salmaq istəyirlər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rza Rzayev haqqında məlumat. Rza Rzayev nədir? Rza Rzayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Amerikalılar

  • Fevral 27, 2026

    Noqata (valyuta)

  • Fevral 27, 2026

    Loebner mükafatı

  • Fevral 27, 2026

    Voronej vilayəti

  • Fevral 27, 2026

    Musson

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst