Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əsas funksiyası reflektor şəkildə əzələ tonusunu, hərəkətlərin tarazlığını, koordinasiyasını və sinergiyasını təmin etməkdir. Beyincik arxa kəllə çuxurunda yerl

Beyincik

  • Ana Səhifə
  • Vikipediya
  • Beyincik

Beyincik — hərəkətlərin koordinasiyası və müvazinətini tənzimləyən mərkəzi sinir sistemi orqanıdır.

Beyincik
Sistem Sinir sistemi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsas funksiyası reflektor şəkildə əzələ tonusunu, hərəkətlərin tarazlığını, koordinasiyasını və sinergiyasını təmin etməkdir. Beyincik arxa kəllə çuxurunda yerləşir və dördüncü mədəciyin damını təşkil edir. Onun yuxarı səthi beyin yarımkürələrinin ənsə payından sərt qişa ilə ayrılır, aşağı hissəsi isə böyük ənsə dəliyinə yaxınlaşır.

Beyincik iki yarımkürədən (hemispheria cerebelli) və ortada yerləşən soxulcandan (vermis) ibarətdir. Onun daxilində ağ maddə yerləşir və bu maddənin içərisində dörd əsas beyincik nüvəsi vardır:

  • Dişli nüvə (n.dentatus)
  • Mantarabənzər nüvə (n.emboliformis)
  • Şarabənzər nüvə (n.globosus)
  • Dam nüvəsi (n.fastigii)

Beyincik 3 cüt ayaqcıq vasitəsilə digər beyin strukturları ilə əlaqələnir:

  • Aşağı ayaqcıqlar uzunsov beyinlə,
  • Orta ayaqcıqlar Varoli körpüsü ilə,
  • Yuxarı ayaqcıqlar isə orta beyinlə birləşir.

Beyincik funksiyalarını yerinə yetirərkən beyin qabığından gələn impulslar və onurğa beynindən ötürülən, bədənin məkan daxilindəki mövqeyinə dair informasiyalardan istifadə edir. O, körpü ilə uzunsov beynin arxasında, ənsə paylarının altında yerləşir.

Frontal ölçüsü- 3–5 sm, çəkisi isə 150 qramdır. Beyincik iki yarımkürədən- (hemispheria cerebelli) və onların ortasında yerləşən soxulcandan (vermis) ibarətdir. Əsas vəzifəsi — hərəkətlərin koordinasiyasına nəzarət etməkdir.

Beyincik 3 paydan ibarətdir:

  • Ön pay (lobus anterior)
  • Arxa pay (lobus posterior)
  • Qırıq-düyün payı (lobus flocculonodularis)

Yuxarı və aşağı səthlər fissura horizantales, adlanan yarıqla ayrılır. Arxa pay ilə qırıq-düyün payı (lobus flocculonodularis) isə fissura posterolateralis (arxa bayır yarıq) vasitəsilə bir-birindən ayrılır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Beyincik haqqında məlumat. Beyincik nədir? Beyincik nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Qviddiç

  • Fevral 24, 2026

    XVII əsr

  • Fevral 27, 2026

    Erzyanlar

  • Fevral 27, 2026

    Atalanta FK

  • Fevral 27, 2026

    Umberto Eko

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst